Bir Ürəyin Yaşadiği Girdablar
Həyatın gurultusu qarşısında səssiz qalmış, qarma-qarışıqlığını kənardan müşahidə edən, insanlar içərisində tənha qalan bir ürək …
Hər şey mənfiykən ətrafında o inadla müsbətə çevirmək üçün çalışmışdır… Sığındığı Rəbbindən “Rəbbim üzərimə səbir yağdır və canımı Müsəlman olaraq al” deməyi könlünə salmış, bu ruhu əməllərinə daşıyan bir ana olmuş cəmiyyətdə. “Cəmiyyəti abad etməyi özümdən başlamalıyam” deyən bir möminə olmağa çalışmışdı.
On doqquz yaşında evləndikdən yeddi ay sonra mərtəbəsinin yüksəlməsi üçün olacaq ki, imtahanlar səhnəsi sıralanmağa başlamışdı həyatında. Yoldaşını əskərliyə göndərmişdi, təzə gəlinkən beş ay sonra körpəsi olunca Azərbaycan qanunlarına görə körpəsi var deyə geri göndərmişlər əskər atanı… Atanın gəldiyinə sevinə bilməyən biçarə ana bu səfərdə adamın narkotikaya tutulması ilə savaşırdı...
Mağazaya çörək borcunu ödəmək üçün evdən götürdüyü güldanı belə satıá pulunu narkotik maddəyə vermişdi azğın adam..
Ikinci uşaqları dünyaya gəlmiş, lakin ata bu xəbəri həbsxanada eşidir... Qadın yoldaşının yaxalandığına sevinmişdi... Mağazaya olan borclarını gecələri fındıq içi təmizləyib ödəməyə çalışmışdı... Kilosunu 1 manatdan daha az pulla..
Vəfakar qadın iki uşağıyla iki ayda bir yoldaşını ziyarətə gedərdi... Yoldaşı getdiklərində nə desə yaxşıdır “Evi satın, rüşvət verin məni buradan qurtarın” qaynanası ağıllıymış ki, evi satdırmamğa qîymamış. Iki uşağın var deyib… Kiçik qız hər evə dönüdüêlərində çəngəllərdən qatar yolu düzəldirmiş atama gedirəm deyə. Və ürəksiz ata dörd il həbs, iki il həbsxananın xəstəxanasında qaldıqdan sonra çıxmış.. Ağıllanar deyirsiniz deyil mi? heç də elə deyil! Qadının əziyyətini artırmaq üçün çıxmış sanki o dörd divardan.. Hələ narkotik maddə işlədən, hələ siqaret çəkən biri olmaq üçün söz vermişcəsinə həyatının son anlarını da yataqda keçirmişdir...
“Yoldaşım həbsdən çıxsın deyə başlamışdım namaza” deyir. “Bilməyirdim çəkdiklərimə səbr etsəydim savab olaraq geri dönəcəyini” deyə artırır sözlərinə. Iki qızını Quran yoluna göndərmiş indilərdə.. Qızlar atalarının doğum günündə Quranı Kərim hədiyyə etmişdi. “Yaxşılaşınca məndə namaz qılacağam” demiş bu mübarək hədiyyəyi alınca sevinərək… Lakin bu onun son doğum günü və bir dahakı ilin ilk ölüm il dönümü olmuşdu…
Artırır gözəl ürəkli ana gözləri dolaraq “Nə qəribədir ki, uşaqlar atalarının məzarı başında gözyaşı belə tökmədilər”
Bizlər dünyaya gəlmədən Rəhmana bir söz verdik ələst bezmində. Lakin dünyaya gəlincə unutdurulduq... Rəbbim bu sözü daima xatırlayanlardan, əhsəni təqvim yolunda olanlardan eyləsin bizləri, sonsuzla – sonsuz arasında olan nəfislərimizi müsbət yöndə çalışdırmağı nəsib eyləsin ! Amin..!
ŞƏRHLƏR