SOSİAL FACİƏ - İNTİHAR
" ... Özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!" (ən-Nisa, 29)
"Kim özünü dəmir parчası (bıчaq və s) ilə öldürərsə, cəhənnəmdə əbədi və daim olaraq həmin dəmiri öz əlilə qarnına soxar. Kim zəhər iчərək özünü öldürərsə, cəhənnəmdə əbədi və daim olaraq zəhər iчər. Kim dağdan ataraq özünü öldürərsə, cəhənnəmdə əbədi və daim olaraq özünü dağdan atar." (Müslim, İman 47)
Ayeyi-kərimə və hədisi-şərif bizi intihara səbəb olan düşüncə və addımlardan чəkindirir. Dinimiz bu əmrində cəmiyyətdə baş verə biləcək sosial faciələrin ən dəhşətlilərindən biri olan intihardan bizi agah edir.
Sosial hadisələrin həm subyekti, həm də obyekti insandır. İnsan düşünən, məntiq işlədib mühakimə etməyi bacaran və eyni zamanda idrak edə bilən bir canlıdır. İnsan Xaliq tərəfindən özünə bəxş edilən "düşünə bilmək" sayəsində düşüncə və davranışlarını dəyişdirmə, yeni şəkil vermə qabiliyyətinə sahibdir:
"...Hər hansı bir cəmiyyət öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz..." (ər-Rəd, 11)
Kainatda heч bir hadisə səbəblər mövcud olmadan yaranmaz. Həm fərd, həm ailə, həm də cəmiyyət olaraq müəyyən hədəflərə doğru yürümədikcə, onlara səbəb olmadıqca, hər hansı bir nəticəyə nail ola bilmərik. Zəmanəmizin insanı iman və mənəvi dəyərlər baxımından şoranlaşan torpaq kimi olmuşdur. Səbəb isə keчici və zahirən чəkici olan yadelli "mədəniyyət"lərin təsirinə qarşı həm dini, həm də milli yöndən tam mənasıyla səfərbər olmamağımızdır.
"Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heч bir zərər yetirə bilməzlər..." (əl-Maidə, 105)
Düşünməliyik, niyə чoxumuz maddi imkansızlıqla yanaşı cəmiyyətdəki kriminal hadisələrin ağırlaşmasından, hədsiz rəqabətdən, bərəkətsizlik və ruh düşkünlüyündən şikayətlənirik. Demək ki, nələrəsə səbəb yaradırıq. Demək ki, uşaqlarımıza fiziki yöndən biz, əqli və əqidəvi yöndən başqa "mədəniyyət və dinlər" sahib чıxır. Özümüzə, kökümüzə məxsusluqdan uzaqlaşırıq. Ağıl və mənəviyyat qovşağımız olan ruhumuza bizə yad olan təzadlı ünsürlər qarışır. Allaha, axirətə və Onun Rəsulunun (s.ə.s) əxlaqına bağlı olan, doğru-dürüst mömin insan özünə necə qəsd edə bilər?
Ola bilsin ki, biz öz dəyərlərimizə qəsd olunmasına səbəb olanlara qarşı чıxmırıq ki, sonunda özümüzə qəsd etmək həddinə - nəticəsinə чatırıq.
Dinimizdə ilk və son чarə Allah olduğu halda, biz intiharı son чarə olaraq necə seчdik?!
Fərz edə bilərik ki, hər kəsin özünü öldürmək üчün tutarlı bir səbəbi ola bilər. Ancaq intihar edən insan ətrafındakı insanlarla uzun müddət əlaqə saxlamış və onlardan kömək gözləmişdir. Bu isə o deməkdir ki, fiziki olaraq birgə olsaq da, bir-birimizin problemlərindən, sıxıntılarından xəbərsizik. İnsanın dərdini dinləyib ona dərman olma alicənablığından uzaqlaşmışıq.
"Bir insanı həyata qaytaran sanki bütün insanlığı ehya etmişdir"[1], "Möminlər binanın hissələri kimi bir-birinə dayaqdırlar"[2] prinsipləri və bizim cəmiyyət. Demək ki, sözün əsl mənasında hələ də ideal bir cəmiyyət kimi formalaşmamışıq. Sadəcə insan və insanlar halında yaşayırıq. İntihar sadəcə bir insanın problemi deyil, cəmiyyətin və insanlığın faciəsidr.
[1] Maidə, 5/32.
[2] Buxari, Əbvabul-Məsacid, 54.
ŞƏRHLƏR