TÖVBƏ BÜTÜN GÜNAHLARI SİLƏR
Hz. Əlinin (r.a) dediyi kimi dünyada Allah-Təalanın əzabından qurtulmağın iki yolu vardır. Bu yollardan biri Rəsulullahın (s.ə.s) varlığıdır. Ancaq təəssüflər olsun ki, onun vəfatı ilə bu fürsət əldən çıxmışdır. Geriyə yalnız möhkəmcə sarılmalı olduğumuz ikinci yol qalmışdır: TÖVBƏ. Bu həqiqət ayeyi-kərimədə belə xəbər verilir:
“Halbuki sən onların arasında ola-ola Allah (sənə hörmət əlaməti olaraq) onlara əzab verən deyildir. (Tövbə edib) bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!” (əl-Ənfal, 33)
Allah-Təalanın bəndələrinə olan mərhəmətini bütün açıqlığı ilə ortaya qoyan bu ayeyi-kərimə necə də ümidvericidir, elə deyimli? Bəndələrinə qarşı belə şəfqətli bir Rəbbi olan insan necə ümidsizliyə düşə bilər ki? Bu ayeyi-kərimədə Allahdan bizi bağışlamasını dilədiyimiz müddətcə əzaba düçar olmayacağımız vəd edilmişdir. Əlimizdə belə sağlam bir təminat varkən nə üçün ümidsiz olaq, nə üçün tövbə etməyək?
Həyat davam etdiyi müddətcə insan oğlunun xətaları da davam edəcəkdir. Hər xətadan sonra Rəbbimizə dönüb Ondan bizi bağışlamasını istəməyimiz bir qulluq vəzifəmizdir. Günahlarımız nə qədər çox olursa olsun, heç bir zaman ümidsizliyə düşməməliyik. Ayeyi-kərimədə buyurulur: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar.” (əz-Zumər, 53) Peyğəmbərimizin anlatdığı bu hadisə necə də ibrətamizdir:
Əbu Səid Sad bin Malik bin Sinan əl-Xudridən (r.a) rəvayət edildiyinə görə Rəsulullah (s.ə.s) belə buyurdu:
“Vaxtilə doxsan doqquz nəfəri öldürmüş bir nəfər vardı. Bu şıxs yer üzündə ən böyük alimin kim olduğunu soruşdu. Ona bir rahibi göstərdilər.
Bu adam rahibin yanına gedərək:
- Doxsan doqquz nəfəri öldürdüm. Tövbə etsəm qəbul olarmı? -deyə soruşdu.
Rahib:
- Xeyr, qəbul olmaz, dedikdə onu da öldürdü. Beləliklə də öldürdüyü adamların sayı yüzə çatdı. Sonra yenə yer üzündə ən böyük alimin kim olduğunu soruşdu. Ona bir alimi tövsiyə etdilər. Onun yanına gedərək:
- Yüz nəfəri öldürdüyüm, -dedi. Tövbə etsəm qəbul olarmı?
Alim:
- Əlbəttə, qəbul olar. İnsanla tövbəsi arasına kim girə bilər ki? Ancaq sən filan yerə get. Orada Allah-Təalaya ibadət edən insanlar var. Sən də onlarla birlikdə Allaha ibadət et. Əsla məmləkətinə geri qayıtma. Çünki o yer pis yerdir, -dedi.
Həmin adam deyilən doğru yola çıxdı. Yarı yola gəldikdə əcəli çatdı.
Rəhmət mələkləri ilə əzab mələkləri həmin adamı kimin aparacağı haqda mübahisə etməyə başladılar.
Rəhmət mələkləri:
- O, tövbə edərək və qəlbi ilə Allaha yönələrək yola çıxdı, -dedilər.
Əzab mələkləri isə:
- O, həyatında heç bir yaxşılıq etmədi ki, -dedilər.
Bu əsnada insan qiyafəsinə girmiş bir mələk gəldi. Mələklər onu aralarında hakim təyin etdilər.
Hakim olan mələk:
- Gəldiyi yerlə gedəcəyi yer arasındakı məsafəni ölçün. Hansına daha yaxındırsa, o tərəfə aiddir, -dedi.
Mələklər iki məsafəni də ölçdülər. Getmək istədiyi yerin daha yaxın olduğunu gördülər. Bundan sonra onu rəhmət mələkləri götürüb apardılar.” (Buxari, Ənbiya, 54; Müslim, Tövbə, 46, 47, 48)
Yuxarıdakı hədisdən də başa düşüldüyü ki, Allah-Təalanın tövbə nəsib etdiyi və yaxşılığa qabiliyyətli yaratdığı insan nə qədər günah işləsə də, tövbə edərək günahlarının bağışlanmasına nail ola bilər. Eyni zamanda tövbə etmək xüsunda təkcə dil ilə söyləməklə kifayətlənməmək lazımdır. Tövbənin əlaməti işlədiyi günahdan uzaqlaşmaq, günahın işlədiyi məkandan, günahı birlikdə işlədiyi dostlardan uzaqlaşmaqdır. Yaxşı insanlarla birlikdə olmaq insanın doğru yolda olduğunu göstərir.
Gözəl, təmiz və xoşbəxt bir həyatı qucaqlayıb bir ömür boyu bəxtiyar yaşaya bilmək günahlarımıza tövbə edərək və sadiqlərlə bərabər olaraq Allaha gedən yolda yeriməklə mümkündür.
ŞƏRHLƏR