MƏHŞURLARDAN NÜANSLAR
ONDA CAVAN İDİM
Qarabağın məşhur Vəzirovlar sülaləsindən olan, rus ordusunun qabaqcıl zabitlərindən Əbdürrəhim bəy Vəzirovun mayor rütbəsində istefaya çıxdıqdan sonra güzəranı daha da pisləşmişdi. Onun dövlətdən aldığı ildə 10 manat pul heç ailəsinin bir aylıq gəlirlərini ödəmirdi.
Şuşa dəftərxana rəisindən bir mətləb hasil edə bilməyəcəyini görən Əbdürrəhim bəy, yer almaq üçün birbaş Gəncəyə, qubernator Nakaşidzenin yanına getməli olur. O, vizit kartını qapıçıya verib, xahiş edir ki, qubernator onu qəbul etsin. Lakin iki dəfədən çox müraciət etməsinə baxmayaraq, qubernator Nakaşidzenin qəbuluna düşə bilmir. Məsələni anlayır ki, müsəlman olduğu üçün onu qəbul etmirlər. Növbəti dəfə vizit kartında dəyişiklik edibfamiliyasını Veziridze eləyir. Qubernator dərhal onu yanına çağırır. Əbdürrəhim bəy içəri girəndə Nakaşidze təəccüblə xəbər alır:
- Siz müsəlmansınız?
- Bəli.
- Bəs nə üçün Veziridze?
- Gördüm zati-alilərinizin müsəlman familiyasından xoşu gəlmir, onu dəyişməkdən başqa əlacım qalmadı.
- Şikayətin nədir?
- Neçə ildir Şuşa dəftərxanasına rəisindən qulluq istəyirəm, məni sabah-sabaha salır.
Knyaz Nakaşidze onun xahişinə əməl etməmək üçün bəhanə axtarır:
- Axı sən qocasan, qulluq nəyinə lazımdır?
Əbdürrəhim bəy:
- Zati-aliləri, -deyir- mən qulluq üçün ərizə verəndə cavan idim.
NAPALEON
Fransanın hökumət adamlarından biri Napaleonu tənqid edərək barmağını xəritədə gəzdirərək:
“Əvvəlcə buranı almalıydınız, sonar buradan keçərək oranı zəbt etməliydiniz” –deyərək müxtəlif fikirlər irəli sürür.
Napaleon halını pozmada cavab verir:
- Düz deyirsiniz. Oralar barmaqla alına bilsəydi dediyin kimi edərdim.
SIĞORTA
İngilis səfiri əski Türk evlərinin çöl divarından asılan “Ya Hafiz” (Hifz edən Rəbbimiz) lövhələrini görüb Keçəçizadə Fuad Paşadan bunların nə olduğunu soruşur.
Fuad Paşa tam da ingilisin anlayacağı dillə cavab verir:
- O gördükləriniz Osmanlı Sığorta Şirkətinin lövhələridir.
Qanuni Sultan Süleymandan
Qanuni şahzadələrini möhtəşəm bir ayinlə sünnət etdirir. Qısa bir müddətdən sonra da vəziri İbrahim Paşanın da oğlu sünnət olunur. Mərasimə Qanuni də dəvət edilir. Məclisin bir yerində qnuni vəzirdən soruşur:
- İbrahim Paşa, de görüm, sənin məclisin daha ehtişamlıdır, yoxsa bizim məclis ehtişamlı idi?
- Əlbəttə ki, bizim məclis daha ehtişamlıdır.
Qanuni bu cavabdan təəccüblənir və səbəbini soruşur. Vəzir belə cavab verir:
- Bizim uşağın məclisinə o boyda padşah dəvət olunmuşdu və gəldi. Sizinkində belə bir dəvətli vardımı?
MƏN OXUSAM DA FƏRQ ETMƏZ
Bir ədəbiyyat toplantısında şair Nazim Hikmət səhnədə şeir oxuduqdan sonra iştirakçılar arasında oturan Nəcib Fazil Qısakürəyi səhnəyə dəvət edir. Ustad Nəcib Fazil dəvəti qəbul edərək səhnəyə çıxır. Nazim Hikmət ustada belə bir təklif edir:
- Mən öz şeirlərimdən birini, sən də öz şeirlərindən birini oxu!
Nəcib Fazil öz şeirini oxumağı düzgün saymadığı üçün:
- Gəl, mən sənin bir şeirini oxuyum, sən də mənim şeirlərimdən birini oxu, - deyir.
Təklifi qəbul edən Nazim Hikmət Nəcib Fazilin yazdığı “Ölünün odası” şeirini oxuyur. Şeir bitən kimi səhnədən gurultulu alqış səsləri yüksəlir. Nəcib Fazil də öz növbəsində Nazimin sonu “en, çıx”, “çıx, en”lə bitin bir şeirini oxuyur. Şeir oxunduqdan sonra salonda dərin bir səssizlik hökm sürür. Bu zaman Nəcib Fazil lazımi cavabı verir:
- Bax, Nazim! Mənim kimi bir adam sənin şeirini oxuyur, yenə də heç nə fərq etmir.
ŞƏRHLƏR