Sari Gəlin Mahnisi Və Əfsanəsi
Araşdırmaçı-tarixçi Tahircan Kukulov.
Son zamanlarda qədim xalq mahnısı olan Sarı gəlin haqqında çox danışılır. Kütləvi İnformasiya Vasitələrində mahnı haqda müxtəlif iddiaların döyüş meydanına çevrilməsinin şahidi oluruq.
Məlumdur ki, bu xalq mahnısı Azərbaycan xalqının, o cümlədən Şimal Şərqi Anadoluda yaşayan türklərin ortaq malıdır.
Sarı gəlin mahnısının ermənilərə aid olduğunu və Sarı gəlinin erməni qızı olmasını deнənlər də var. Əvvəlcə bir şeнi qeyd edək ki, bu mahnı həm azəri, həm də axıskalılar tərəfindən kiçikdən-böyüyə hamı tərəfindən sevilir və əzbər oxunur. Bu mahnının yaranma tarixi 300-400 ilə yaxındır.
Azərbaycanda Yuxarı Çorux və Kür çayları boyunca yaşayan əfsanə ədəbi əsərlərdə öz əksini tapmışdır. Azərbaycanın görkəmli şairi Hüseyn Cavid bu əfsanənin geniş yayıldığı Yuxarı Kür və Çorux çayları boyunda yaranmış əfsanəni yaxından öyrəndikdən sonra “Şeyx Sənan” adlı pyesini yazmışdır.
Mahnı ilə bağlı Ortodoks qıpçaqlardan qalan xatirələrdən biri də Qars və Ərzurum bölgəsində söylənilən “Şeyx Sənan və padşahın sarı qızı” əfsanəsidir. Bu əfsanə ilə bağlı yaranmış mahnı günümüzə qədər gəlib çatmışdır. Cənubi Qafqazın ortodoks qıpçaq türkləri kimdir, onları müsəlman etməyə çalışan islam təbliğçilərinin macərasını və sarışın qıpçaq qızının xatirəsini yaşadan əfsanəylə tanış olaq.
Bir çox qaynaqlarda qıpçaqların gözəl, sarışınn, mavi gözlü olması qeyd olunur. Böyük şair Nizami Gəncəvinin “İskəndərnamə” əsərində də qıpçaqların gözəlliyindən bəhs olunur.
Qıpçaqların tarixdə bir adı da Kumandır. XIII əsrdə qıpçaqlar Qafqazda, Cənubi Rusiyada və Ukrayna ərazisində çox fəal idilər. XII-XIII əsrlərdə qıpçaqlar Gürcüstanın çiçəklənməsində böyük rol oynamışlar.
XI əsrdə Səlcuq türkləri tərəfindən sıxışdırılan Kartlı çarı IV David Şimali Qafqazda və qıpçaq çöllərində yaşayan köçəri və döyüşçü qıpçaqları ölkəsinə dəvət etdi. Kartlı Çarının dəvəti ilə 45 min hərbi gücə malik qıpçaq ailəsi Dəryal keçidi vasitəsilə Kartliyə daxil oldu. IV Davidin qayınatası qıpçaqların komandanı Atrakın da şəxsi mühafizəsini təmin edən 5 min ordunu da nəzərə alsaq onda Kartlı çarının 15 minlik ordusuna 50 min qıpçaq ordusu da əlavə edildi. Kartli çarı qıpçaqları ölkəsinə dəvət edərkən onların dilini yox, dinini nəzərə almışdı. Çünki orta əsrlərdə xalqlar dini əlamətə görə birləşirdilər. Bu baxımdan Kartli çarı qıpçaqları özlərindən hesab etmişdi.
Sarışın insan gözəli və türklərin ən yaraşıqlı soyundan olan qıpçaqlar Səlcuqlar tərəfindən əzilən Kartli hakimi Baqratlı sülaləsini böyük bir qüdrətlə canlandırdılar. 1080-ci ildən etibarən Səlcuqlu ölkəsi vəziyyətinə gələn Axıska, Ərdəhan və Gölə ətrafları 1124-cü ildən qıpçaqların əlinə keçdi. Gürcülərlə eyni dindən olan qıpçaqlar öz hesablarına işğal etdikləri Kür və Çorux ərazilərinə (Axıska, Axalkələk, Ərdəhan, Artvin və Ardanuc ətrafına) yerləşdilər. Bu gün Kür və Çorux çayları boyu ilə Çıldır gölü şərti olaraq Axıska türkləri deyilən xalqın formalaşmasında öz təsirini göstərmişdir. Qıpçaq ordusu hesabına Səlcuqiləri məğlub etmiş gürcülər orta əsrlərdəki sərhədlərinə görə onlara çox şeyi borcludurlar.
Gürcü çarlarının qıpçaqlara qarşı münasibətlərinin getdikcə dəyişməsi müstəqillik meyillərinin yaranmasına səbəb olmuşdur. Cənubi Qafqazı işğal edən Hülakilərin dəstəyi ilə 1267-ci ildə öz müstəqilliklərini elan edərək Axıska Atabəylər dövlətinin əsasını qoydular. Atabəylik 1578-ci ildə III Muradın hakimiyyəti illərində Çıldır savaşı ilə Osmanlı dövlətinə tabe oldu. Müsəlmanlıq bu bölgədə rəsmi din elan edildi. “Sarı gəlin” mahnısının yaranma tarixi təxminən bu dövrlərə təsadüf edir.
“Sarı gəlin” əfsanəsi ilə bağlı Qars və Ərzurum ətrafında yayılan rəvayətlər 1578-ci il Çıldır döyüşünə qədərki dövrü əhatə edir. Bununla bağlı iki rəvayət günümüzə qədər gəlib çatmışdır.
Tanınmış tarixçi və folklorşünas professor F. Kırzioğlu 1958-ci ildə yazmış olduğu “Ədəbiyyatımızda Qars” əsərində qeyd edir ki, “Sarı gəlin türküsü və Şeyx Sənan əfsanəsi XII əsrdə Şimali Qafqazdan gələn ortodoks qıpçaqların xatirəsindən qalmışdır.”
Çox qədim musiqi tarixinə sahib olan bir millətin ermənidən mahnı götürməsi mümkündürmü? Amma əsrlər uzunu təbəmiz olmuş ermənilərin bizdən çox şey götürdüklərini söyləyə bilərik. “Sarı gəlin” mahnısı azəri türklərinin və Şimal-Şərqi Anadolu türklərinin hakim mövqe tutduğu bölgədə meydana gəlmişdir. Ermənilərə gəldikdə isə onlar xeyli azlıq təşkil etmiş bir xalq olmuşlar. Böyük bir imperiya qurmuş millətin öz himayəsində yaşayan hər hansı bir milli azlıqdan mahnı və ya oyun havası götürməsi uzaq bir ehtimaldır.
ŞƏRHLƏR