Həyati Zəhər Edən Xəstəlik: Vəsvəsə
Vəsvəsə lüğətlərdə adətən bu şəkillərdə tərcümə edilir: Şübhə, tərəddüd, əsli olmayan ehtimallar, insanın qəlbinə gələn pis düşüncələr və sairə. Vəsvəsə qəlbə, şeytan və insanın öz nəfsi tərəfindən verilir.
Məsələn, dəstəmaz alarkən, namaz qılarkən inadla gələn küfr sözlər vəsvəsədən qaynaqlanır. Vəsvəsəsi olan şəxs çox vaxt üzdən bilinmir. Əslində isə həmin insan özü ilə müharibə halındadır. Ruhən sıxıntı içindədir.Heç kimə dərdini deyə bilmir. Hamı ona bu boş fikirləri beynindən atmasını tövsiyə edir. Onsuzda vəsvəsəli insan bu fikirlərin boş və mənasız olduğunu bilir. Amma bu fikirləri uzaqlaşdırmaq özündən asılı olmur. Vəsvəsə başqa şəkillərdə də özünü göstərə bilər. Məsələn, ifrat dərəcədə təmizliyə düşkünlük də vəsvəsənin bir şəklidir.
Əvvəllər vəsvəsədən əziyyət çəkən bir gənc öz yaşadıqlarını həkimə belə danışır:
“Qəribə, pis, murdar düşüncələrin içində çabalayıram. O qədər çətin vəziyyətdəyəm ki!... Beynimdə ALLAHI inkar, islamı rədd etmə fikirləri dolaşır. Bunların təsiri nəticəsində bir ara günahlara daldım. Hətta içki içməyə başladım. Rahatlayacağımı sandım, amma əksinə, mənəvi böhranım daha da artdı. Əslində islamı, müsəlmanları sevirəm. İndi də işlədiyim günahların təsirindən vicdan əzabı çəkirəm. Xahiş edirəm, mənə yardım edin.”
Həkim bu gəncə belə tövsiyə edir: “Bəzi hallarda özündən asılı olmayaraq insanın başına qəribə, qeyri-məntiqi fikirlər gəlir. O da bundan narahat olur. Bu fikirləri atmaq istəyir, amma bacarmır. Özünü sıxdıqca fikirlər həm artır, həm də çeşidlənir. Beləliklə insan məntiqi və ağlı ilə bu fikirləri analiz etdikdə hər birinin boş və mənasız olduğunu dərk edir. Bir adamın qəlbinə gələn; islamı, axirəti və bu kimi müqəddəs varlıqları inkar etmək kimi düşüncələr vəsvəsədir. İşin maraqlı tərəfi budur ki, vəsvəsə imanı qüvvətli insanlarda olur. İmansızlar bu şəkildə vəsvəsələrə çox tutulmazlar.” Dinimizə görə vəsvəsənin heç bir günahı yoxdur. Peyğəmbər (s.ə.s) aşağıdakı hədislərdə bunu açıqca bildirir:
“Vəsvəsə imanın ta özüdür.”(Ramuz)
“Namazda gələn vəsvəsə dindən və aşkar imandandır.”(Ramuz)
“Ağızla söylənmədikçə, ağıldan keçənə görə hərəkət edilmədikçə, Allah təala ümmətimin daxildə keçirdikləri vəsvəsələri əfv edər.”(Əbu Davud)”
İslam alimlərindən biri buyurur ki: “İbadətlə məşğul olan adam imanından şübhə edər və “günahım çoxdur, ibadətlərim məni qurtarmaz” deyə düşünürsə, bu, imanının qüvvətli olduğuna bir işarədir.”
Yenə islam alimlərindən biri vəsvəsəyə əhəmiyyət verdikcə davamının gələcəyini, lakin vəsvəsəyə məhəl qoyulmadığı halda vəsvəsənin kəsiləcəyini bildirmişdir. Qəlbə gələn ən çirkin vəsvəsələrin belə şeytandan olduğunu bildirən alim qəlbə gələn vəsvəsənin bizə aid olmadığını və bunun da qəlbimizin təəssüfündən bəlli olduğunu, məhz bu səbəblə də vəsvəsələri böyütməyin gərəksizliyini vurğulamışdır. Məsələn, namaz qılmağa başlayırsınız və bir az bundan əvvələ qədər qəlbinizdə heç bir şey yox ikən indi şeytan qəlbinizə vəsvəsə verməyə başladı. Səcdədə olan zaman şeytan təkrar çirkin bir vəsvəsə verdi, siz də zənn etdiniz ki:
“Mənim ağlıma gələn şeylərə bax, həm də Allahın hüzurunda, səcdədə ikən...”
Vəsvəsənin davam edib-etməyəcəyi nöqtə də məhz buradır. Əgər fərqindəsinizsə bu çirkin vəsvəsələrdən sonra qəlbinizi bir kədər bürüyür. Niyə? Əgər o vəsvəsə və düşüncə sizə aid olsa idi heç pis olardınızmı? Ağlınızdan Rəbbinizə qarşı ədəbsizlik etdiyinizi fikirləşərdinizmi? Əlbəttə yox. Bu da vəsvəsənin önəmsizliyini göstərir, sizə aid olmadığından xəbər verir. Bu qəbildən olan çirkin düşüncələr Allahın hüzurundan qovulan şeytandandır. Bunu bilmək vəsvəsənin qabağını almaqda böyük təsir göstərir. Vəsvəsəyə məhəl qoymamaq mövzusunda Şəqiq Bəlxi həzrətləri belə buyurur: “Bu iki xislət şeytanı çox hirsləndirir. Şeytanın vəsvəsələrinə fikir verməmək və Allahın zatı haqqında təfəkkürü tərk etməmək.”
Mövzunun yekununda bu qənaətə gəlmək olar ki, vəsvəsə insanın deyil, şeytanın səsidir. Və həmin səslər müvəqqətidir. Lazım olan Allaha bağlanmaq, səbir etmək və Allaha təvəkkül etməkdir. Belə olduqda Allahın izni ilə vəsvəsələrdən azad olmaq mümkündür.
Vəsvəsə lüğətlərdə adətən bu şəkillərdə tərcümə edilir: Şübhə, tərəddüd, əsli olmayan ehtimallar, insanın qəlbinə gələn pis düşüncələr və sairə. Vəsvəsə qəlbə, şeytan və insanın öz nəfsi tərəfindən verilir. Məsələn, dəstəmaz alarkən, namaz qılarkən inadla gələn küfr sözlər vəsvəsədən qaynaqlanır. Vəsvəsəsi olan şəxs çox vaxt üzdən bilinmir. Əslində isə həmin insan özü ilə müharibə halındadır. Ruhən sıxıntı içindədir.Heç kimə dərdini deyə bilmir. Hamı ona bu boş fikirləri beynindən atmasını tövsiyə edir. Onsuzda vəsvəsəli insan bu fikirlərin boş və mənasız olduğunu bilir. Amma bu fikirləri uzaqlaşdırmaq özündən asılı olmur. Vəsvəsə başqa şəkillərdə də özünü göstərə bilər. Məsələn, ifrat dərəcədə təmizliyə düşkünlük də vəsvəsənin bir şəklidir.

ŞƏRHLƏR