QURANİ-KƏRİMDƏ SALAM AYƏLƏRİ

QURANİ-KƏRİMDƏ SALAM AYƏLƏRİ

Allahın adı: Salam

O, Özündən başqa heç bir tanrı olmayan, ixtiyar sahibi, müqəddəs olan, salam (nöqsanlardan münəzzəh, salamatlıq verən), əmin-amanlıq bəxş edən, (hər şeydən) göz-qulaq olub (onu) qoruyan, yenilməz qüdrət sahibi, məcbur etməyə qadir olan, böyük olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından ucadır. (əl-Həşr, 23)

Peyğəmbərə salavat və salam

Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın! (Əhzab, 56).

Peyğəmbərlərə salam

Peyğəmbərlərə salam olsun! (əs-Saffat, 181)

“Bütün aləmlər içərisində Nuha salam olsun!” (əs-Saffat, 79)

“İbrahimə salam olsun!” (əs-Saffat, 109)

“Musaya və Haruna salam olsun!” (əs-Saffat, 120)

“İlyasinə (İlyasa) salam olsun!” (əs-Saffat, 130)

“Ona (Yəhyaya) doğulduğu gün də, öləcəyi gün də, diriləcəyi gün də, salam olsun!” (Məryəm, 15)

İsa peyğəmbərin dilindən

Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim gün də (Allahdan) mənə salam olsun!” (Məryəm, 33).

Axirətdə salam

“Onların oradakı duası: “Pərvərdigara! Sən paksan, müqəddəssən!”, orada salamlaşması: “Salam!” duası: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” sözləridir.” (Yunus, 10)

Mələklərin salamı

O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: “Sizə salam olsun! Etdiyiniz (gözəl) əməllərə görə Cənnətə daxil olun!” – deyərlər. (ən-Nəhl, 32)

Cənnətdə salam

Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və (cənnət) gözətçiləri (onlara): “Salam əleykum! Xoş gəldiniz! Əbədi qalacağınız Cənnətə daxil olun!” – deyəcəklər. (Sad, 73)

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz