İRAN NÜVƏ PROBLEMININ TAM HƏLLİ ASTANASINDA
Artıq illərdir ki, dünya ictimaiyyətini narahat edən İranın nüvə problemi həll olunmaq ərəfəsindədir, - ən azından, Həsən Ruhaninin ölkə prezidenti seçiləndən sonra atdığı addımlar bunu deməyə əsas verir.
Məlum olduğu kimi, bu ilin 24 noyabrında Cenevrə şəhərində İranla altılıq (ABŞ, Böyük Britaniya, Rusiya, Çin, Fransa və Almaniya) arasında “aralıq müqaviləsi” (interim agreement) deyilən bir sənəd imzalandı. Sənədin qısa təhlilinə keçməzdən öncə qeyd edək ki, uzun illərdir İranla Qərb, eyni zamanda İsrail arasında siyasi-iqtisadi gərginlik yaşanırdı. İran sürətlə inkişaf etdirməkdə olduğu nüvə proqramının sırf dinc məqsədlər, - elektrik enerjsiinin istehsalı və tibb məqsədilə, - daşıdığını dəfələrlə bəyan etsə də, Qərb və İsrail uranın zənginləşdirilməsi prosesinə istinad edərək rəsmi Tehranın əslində nüvə başlıqları əldə etmək istədiyini söyləyir və buna son qoymaq üçün bu dövlətə qarşı ticari-iqtisadi sanksiyaları get-gedə sərtləşdirirdi.
Mötədil sayılan M.Xatəmi, nə də ondan sonra iki dəfə dalbadal prezindent seçilmiş M.Əhmədinecat dövründə problem həll edilmədi, sərt sanksiyalardan ciddi iqtisadi itkilərlə üzləşən İran əhalisi H.Ruhaniyə səs verdi və yuxarıda qeyd edildiyi kimi, ilk addım atıldı.
Qısaca olaraq onu deyək ki, noyabrda imzalanmış Cenevrə sazişinə görə İran uranın5 faizdən çox olmayaraq zənginləşdirilməsini, eləcə də BMT-nin Atom üzrə Beynəlxaq Agentliyinin (ABEA) ekspertlərini ölkədə istənilən nüvə obyektini təftiş etməsinə icazə verməsi öhdəliyini öz üzərinə götürür. Qərb isə öz növbəsində iqtisadi sanksiyaları yumşaltmağa söz vermişdir və artıq sanksiyalar nəticəsində xarici banklarda dondurulmuş 20 milyard dollara yaxın maliyyə vəsaiti ölkəyə daxil olmuşdur. Hətta Avropa İttifaqında neft və qaz embarqosunun aradan qaldırılması ilə bağlı çağırışlar səslənməkdədir.
Cenevrə sazişinə bir neçə aspektdən yanaşmaq olar. İlk növbədə qeyd etmək lazımdır ki, son on il ərzində bu məsələ ətrafında gedən proseslər göstərdi ki, sanksiyalarla müşayiət olunan danışıqlar sonda öz nəticəsini göstərmək iqtidarındadır. Təbii ki, biz İranın gercəkdən nüvə proqramının hərbi, yoxsa dinc məqsədlər daşıdığıyla bağlı qəti fikir deməkdən uzağıq. Amma fakt faktlığında qalır ki, aparıcı dövlətlərin sərt sanksiyaları İran kimi güclü regional dövləti ciddi güzəştlər etməyə məcbur etdi. Və aydın olur ki, illərlə keçirilən danışıqlar sırf danışıqlar görüntüsü yaratmaq üçün aparılmayıb.
İkincisi, bu saziş nə qədər də olmasa, regionda yaranmış gərginliyi bir qədər azaltmış oldu: ən azından, sənəddə qeyd edildiyi kimi, problemin tam həlli ilə bağlı imzalanacaq yekun müqaviləyə qədər altı aylıq danışıqlar dövrü müəyyən qədər stabilliyə xidmət edəcəkdir. Təsadüfi deyil ki, Cenevrə danışıqları uğurla başa çatandan sonra buna ilk müsbət reaksiya verən dövlətlər arasında Türkiyə və Azərbaycan da var idi.
Üçüncüsü, İran yenidən regionda maraqlı faktor kimi tanınmağa başlandı. Artıq, ABŞ-ın müəyyən dairələrində, eləcə də Avropanın bəzi aparıcı paytaxtlarında Suriya böhranınn çözülməsi üçün İranın da danışıqlar prosesinə cəlb olunmasının vacibliyi haqqında fikirlər səslənməkdədir.
Dördüncüsü, sanksiyaların aradan qaldırılması neftin qiymətinin çox güman ki, qismən aşağı düşməsi ilə nəticələcəkdir ki, bu da öz növbəsində vaxtilə qlobal enerji böhranı ajiotajına son qoymuş olacaqdır.
Beşincisi və ən əsası, bir zamanlar İrana qarşı mümkün ABŞ-İsrail hərbi müdaxiləsinin baş verməsinin və bunla da regionun xaosa sürüklənməsinin qarşısı alındı. Belə bir müdaxilədən sonra böyük ehtimal ki, Suriyada olan proseslərin başqa formada İranda da baş verəcəyinin şahidi ola bilərdik.
İsrailin “tarixi səhv” adlandırdığı Cenevrə sazişi imzalanandan sonra davam edən danışıqlar prosesində hələ ki, prinsipial ziddiyyətlər yaranmamışdır. Xüsusilə, İranın danışıqlar üzrə nümayəndə heyətinə başçılıq edən xarici işlər naziri Məhəmməd Cavad Zərifin kompromislərə meyilli olması, - sözsüz ki, prezidentlə məsləhətləşmə və ali dini rəhbər A.Xamneyinin razılığından sonra, - böhranın həll edilməsinə ümidləri daha da artırır. Eyni zamanda biz İranla ABEA arasında gedən danışıqlarda irəliləyişin şahidi olmaqdayıq.
Məsələnin geosiyasi tərəfinə gəldikdə isə, sözsüz ki, bu məsələdə qismən udan başqa maraqlı tərəflər də oldu. Söhbət Rusiya və İsraildən gedir. Suriyada bir neçə ay öncə dinc əhaliyə qarşı kimyəvi silah istifadə ediləndən sonra bu ölkəni ABŞ-ın hava hücumundan qorumaq üçün rəsmi Dəməşqi kimyəvi silahlardan imtina etməyə məcbur edən və bununla Əsəd rejimini xilas edən Putin hakimiyyəti növbəti dəfə İran rejiminə qarşı sanksiyaları yüngülləşdirməyə nail olmaqla Tehrana ciddi dəstək vermiş oldu. İsrailə gəldikdə isə bu ölkə, pafoslu bəyanatlarına baxmayaraq, bir tərəfdən, regionda yeganə kütləvi qırğın silahına malik Suriyadan, digər tərəfdən isə mümkün atom silahı əldə edə biləcək İranın potensial təhlükəsindən xilas oldu.
Yuxarıda qismən qeyd etmişdik, Cenevrə sazişi müəyyən səviyyədə Azərbaycanın da milli maraqlarına cavab verir. Belə ki, İranın nüvə problemi ilə bağlı mütəmadi olaraq iri dövlətlərin təzyiqləri ilə üzləşən rəsmi Bakı nəhayət ki, öz cənub qonşusu ilə daha rahat formatda münasibətlərini inkişaf etdirmək imkanı əld
ŞƏRHLƏR