DÜNYA XALQLARINDAN SALAMLAŞMA NÜMUNƏLƏRİ
Salamlaşma qaydaları müxtəlifdir. Məsələn, Rusiyada insanlar rastlaşanda bir-birinə sağlamlıq, dirilik arzulayırlar. Almaniyada qaydaya görə saat 12-ə qədər “sabahın xeyir”, 12-17-ə qədər “günortan xeyir”, sonra isə “axşamın xeyir” deyirlər, ancaq bəzən adi salamla da kifayətlənirlər.
Digər Avropa ölkələrinin əksəriyyətində və Amerikada salamlaşarkən “işlərin necədir”, yaxud “necəsən”- deyə soruşurlar, cavabı “yaxşı” və “normal” olur, yaxud onun əksi olur. (Pis demək ədəbsizlik sayılır). Maleziyada “hara gedirsən”, cavabı “Gəzməyə”, yəhudilər “Sizə sülh olsun”, fasrlar “şən ol”, qrenlandiyalılar isə “yaxşı havadır” deyirlər.
Ruslar, avropalılar və amerikalılar salamlaşarkən dost çesti kimi əl verirlər. Sağ əli uzatmaq yəni silahım yoxdur, niyyətim safdır deməkdir.
Fransada qeyri-rəsmi şəraitdə, hətta az tanış olan insanlar belə salamlaşarkən və sağollaşarkən öpüşürlər və yanaqları ilə toxunaraq havaya birdən beşə qədər öpüş göndərirlər.
Emosional latın-amerikalılar qucaqlaşırlar, soyuqdan donan loplandiyalılar burunlarını bir-birinə sürtürlər, mehriban yaponlar üç növ baş əymə ilə salamlaşırlar: ən alçaq, orta (30 dərəcə olur) və yüngül.
Çinlilər də baş əyir, ancaq onlar əllərini bədən boyunca uzadırlar. Hindistanda salamlaşma qaydasına görə hörmət əlaməti olaraq əlləri bərabərləşdirib sinəyə tuturlar, ərəblər əllərini sinələrinin üstünə qoyurlar, sirli tibetlilər sağ əllə papaqlarını çıxarır, sol əllərini isə qulağın arxasına qoyub dillərini göstərirlər.
Təəccüblü zuluslar “mən səni görürəm”- deyə qışqırırlar. Bir sıra Afrika tayfalarının nümayəndələri üzbəüz gəldikləri adama tüpürürlər, bu onlarda ədəbsizlik yox, hörmət göstəricisi sayılır.
Tarixə bir balaca nəzər salaq: Amerikada bir sıra hindu tayfalarının nümayəndələrinin adətinə görə qarşıdan gələnin yaxınlaşıb, onların mehriban duruşuna fikir verməyənə kimi, çömbəlib gözləyərmişlər. Bəzən ayaqqabılarını soyunarlarmış. Qədim Misir və Monqolustanda, Çində görüşərkən “mal-qaranız sağlamdırmı?”, -soruşardılar. Ehtiyatlı çinlilər isə öz əllərini sıxırdılar, yəqin belə daha təhlükəsiz imiş. Barmaq ilə işarə edib salam vermək yəhudi, əl ilə salam vermək də xristian adətidir.
Bilirsinizmi, 1973-cü ildən başlayaraq hər il 21 noyabr Beynəlxalq salamlaşma günü kimi qeyd olunur? Salamlaşma gününün tarixi olduqca maraqlı nüansa söykənir. Deyilənlərə görə, bu bayramı iki amerikalı qardaş- Maykl və Brayn Makkomak təsis edib. Belə ki, 1973-cü ildə, ABŞ ilə SSRİ arasında gedən soyuq müharibənin ən qızğın vaxtında Maykl və Brayen Makkomak qardaşları maraqlı fikir irəli sürdülər. Onlar Misir ilə İsrail arasında baş vermiş münaqişəyə etiraz olaraq on nəfərlə salamlaşmağı və salamlaşdıqları daha 10 nəfərin də eyni sayda adamla salamlaşmağını təklif etdilər. Nəticədə dünyanın 180 ölkəsində bu ideya dəstəkləndi. Həmin vaxtdan bəri dünyada bütün yaşların, peşələrin sahibləri, böyük siyasi xadimlər, iş adamları, tanınmış şəxslər bu günü qeyd edirlər.
Qardaşlar bu yolla beynəlxalq aləmdəki gərginliyə qarşı çıxış ediblər. Beynəlxalq salamlaşma gününün qaydalarına görə, həmin gün hər kəs qarşısına çıxan şəxsə, tanıyıb-tanımamağından asılı olmayaraq, salam verə bilər.
Qardaşlar səmimi salamlarla dolu olan məktubları dünyanın bütün nöqtələrinə göndərmiş və məktubu oxuyandan belə bir məktubdan, heç olmasa, daha on nəfərə göndərməyi xahiş etmişdilər. Bu fikir hər kəs tərəfindən dəstəkləndi və o vaxtdan etibarən 21 noyabr tarixi şən emosiyalar və xoş əhval-ruhiyyəli Ümumdünya Salam Günü kimi qeyd edilir.
Sülh, əmin-amanlıq mənasında işlənən silm sözü ilə eyni kökdən gələn İslama görə sadəcə ildə bir gün deyil, hər gün salamlaşma günüdür. Müsəlman hamıya əmin-amanlıq arzulayan kəsdir. Bütün oxucuları Allahın salamı ilə salamlayır, rəhməti və bərəkəti üzərinizə olsun deyirik!
ŞƏRHLƏR