Qəlbləri təslimiyyətə dəvət edən İlahi bəyan

Qəlbləri təslimiyyətə dəvət edən İlahi bəyan

Uca Allah Qurani-Kərimdə belə buyurur:

            “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun! Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!” (əl-Həşr 18)

            Aləmlərin Rəbbi olan Allah-Təalaya şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz.Muhammədə salətu-salam olsun!

            İlahi Rəhmətin bənzərsiz əsəri olan insan övladının güc yetirəcəyi ölçülər çərçivəsində Rəbbinə təslim olaraq Ona həqiqi qul olma səadəti üzərində çalışmasıolduqca vacib bir məsələdir. Rəbbimiz bu yoldaqulundan səmimi bir təslimiyyət istəməkdədir. Eyni zamanda bizdən ilahi möhtəşəmlik qarşısında acizliyi etiraf edəcək, oturması, ayaqda durması, yeriməsi, içməsi, danışması, çalışması ilə yalnız və yalnız Rəbbinə borclu olan, Ona yönələn və daima Onu anan bir qəlb istəməkdədir. Qullarında olacaq itaət və vəfa qətiyyətlərinəxüsusi bir əhəmiyyət verən Uca Allah onları axirət həyatında bəxtəvərliyə nail edəcək səbəbə ciddi şəkildə sarılma fərasətinə də dəvət etməkdədir:“Cənnət Rəhmandan (Onu) görmədən qorxan və (Rəbbinin hüzuruna) itaətkar qəlblə gələn bəndə üçündür!”(Qaf33) Başqa bir ilahi bəyanda da: “O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!” (əş-Şüəra 88,89) buyurulmaqdadır.

            Deməli, Allah hüzurunda qulun həm üzünü, həm də əməlləriniağardacaq qurtuluş vəsiləsi günah kirindən arındırılmış səlim bir qəlbdir. Aşağıdakı ayələr ilahi məhkəmənin qurulacağı axirət aləmində səlim qəlbin insana hansı dərəcədə faydalı olacağını bir daha bəyan etməkdədir:

            Uca Rəbbimiz qullarına qarşı son dərəcə lütfkar bir yaradıcı olaraq insana son nəfəsdə və axirət meydanında onu gözləyəcək aqibət səhnələrini Qurani ifadə ilə:“gözlərin (dəhşətdən) bərələcəyi” (əl-Qiyamə17) və “qorxudan ayaqların dolaşacağı”na (əl-Qiyamə29) qədər varan incəliklə bildirməsi adəm övladlarınıdünya sərxoşluğundan oyanmağa dəvət edən ibrət qaynağıdır. Fani sevgilərin qucağında bəslənənlərə yönələn Rəbbimiz belə buyurur:“Xeyr, xeyr!Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz. Axirəti isə tərk edirsiniz. O gün neçə-neçə üzlər sevinib güləcək, öz Rəbbinə baxacaqdır! O gün neçə-neçə üzlər tutulub qaralacaq, (sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır! Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi, “(Onu bu bəladan) kim xilas edə bilər?” – deyiləcəyi, (can üstə olan kimsənin) ayrılıq dəminin gəlib çatdığını anlayacağı və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman, aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)! (əl-Qiyamə 20-30)

            Aləmlərdə tayı-bərabəri olmayan böyük məhkəmənin açıldığı axirət meydanını zehinlərdə canlandırmaqo qədər də asan məsələ deyil. O gün dünyadakı ömrünü mənasız əməllərə həsr edərək dünyanı həqiqət, axirəti isə xəyalət zənn edənləriinanılmaz bir mənəvi vəfiziki sarsıntı bürüyəcəkdir. Allahı inkar edib Peyğəmbərlərəüsyan edən kimsələrin, xəcalətin verdiyi zillətdəndolayı,“yerə batırılmaları”nı istədikləri (ən-Nisa42), günahkarların “zəncirlərə vurulduğu”nu (İbrahim49) və onlara heç bir müjdənin verilməyəcəyindən günahkarların: “Yazıqlar olsun bizlərə ki, Allahın Rəhmətindən tamamən uzaq tutulmuşuq” (əl-Furqan22)-şəklində inləyişlərini eşidib,Peyğəmbərləri belə sarsıdan bu zillət qazanına kim düşmək istər? İnsanın “qardaşından, anasından, atasından, həyat yoldaşından və uşaqlarından qaçacağı” gündə (Abəsə34-36)görünməyən bir rüsvayçılıq da özünü göstərəcəkdir. Günahkar kimsə o günün əzabından qurtulmaq üçün oğullarını, həyat yoldaşını, qardaşını, onu qoruyub yetişdirən bütün ailəsini və yer üzündə yaşayanların hamısını fidyə vermək istəyəcək. (əl-Məaric11-14)

            Axirət səhnəsində cərəyan edəcək bu vahiməli duruma düşməmək üçün, dünyada ikən keçirdiyimiz hər günü Rəbbimizi məmnun edəcək əməllərə həsr etməmiz vacibdir. Bununla yanaşı ilahi hüzurda yalnız günah kirindən  arınmış səlim bir qəlbin Rəbbimizin izni ilə ayələrdə bildirilən rəzalət səhnələrindən bizləri qoruyacağı əsla yaddan çıxmamalıdır. Uca Yaradanın qulları üçün dünya  malikanəsində biçdiyi itaət əsaslarına, verdiyi hökmlərinə bir sözlə hər yönü iləqulunun xeyrinə olan təqdirinə insan övladının sözsüz boyun əyməsi, öz mahiyyətində böyük bir qurtuluşun əlamətlərini daşımaqdadır. Məhz bu istiqamətdə Rəhmani hikmət nurları ilə tərbiyə yönlərinə ram olan səmimi qəlblər: “Ey hüzur içində olan nəfs! Sən Ondan razı, O da səndən razı olaraq Rəbbinə dön, (gözəl) qullarımın arasınaqatıl (və) Cənnətimə gir” (əl-Fəcr27-30)- iltifatına nail olma ümidini daşıya bilərlər. Nəfsin üsyankar təbiətini ələ alan Mövlanə həzrətləri onunla mücadilənin ağılla aparılmasını və əməli yaddaşda daima diri tutulmasını belə dilə gətirməkdədir:“Ağlını başına al və o yaramaz nəfsi öldür. Çünki onun üzündən sən hər an bir əziz varlığa qəsd etməkdəsən. Onun üzündən bu gözəl dünya sənə dar gəlir. Haqq ilə də, xalq ilə dəsavaşmaqdasan. Nəfsini öldürüb onun  sözünü (istəklərini heçə saymaqla) dinləməzsən, etdiyin xətalardan dolayı ondan-bundan üzr istəməkdən qurtularsan. Allahın hökmünə və təqdirinə qarşı ölü kimi təslim olmaq gərəkir ki, sabahın Rəbbi olan Allahdan bir qəhr (əzab) yarası almayasan”.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz