QAFQAZ İSLAM ORDUSUNUN ƏZİZ XATİRƏSİNƏ

QFQAZ İSLAM ORDUSUNUN ƏZİZ XATİRƏSİNƏ

Ümmü Gülsüm

Görüyordum ağ dümanlar, qara sislər altında

Türk elinin səadəti, xanimanı yaxılır.

Ləpə çalan qan içində, girdabların ağzında...

Qəhrəmanlar çabalayır, mərd igidlər can verir.

Of, sevgili yurdcuğazım, tayanmam bu kədərə,

Tayanamam cigərimi parçalayan zəhərə.

 

İştə gəldin, gözlərimin yaşlarını qurutdun,

Nəvazişin ovunmayan qərub ruhu oxşadı.

Heç ölçüyə sığınmayan dərdlərimi ovutdun,

Qara günüm hilalıyın işığıyla parladı.

- Artıq bana nəsib deyil şadlıq, sevic, - deyərkən

Gəldin, aldın yürəgimi, - ağlama, gül, - dedin sən.

Məhəmməd Hadi

Sizin məzarınız iştə qülubi-millətdir!

Bu sözlərim yürəgimdən qopan həqiqətdir.

Sizi unutmayacaq şanlı millətim əsla,

Əmin olun buna, ey zinəti-cəhani-vəfa.

...Çəkildiniz əbədi züldzari-rəhmanə,

Behişti-rəhmətə, yəni: diyari-rəxşanə.

O xuninizlə açıldı bəhari-hürriyyət,

Sizin də yurdunuz olsun behişti-ülviyyət.

Əhməd Cavad 


Qardaşlığın fərmanına baş əyib,

Məzlumların imdadına yetişdin.

Qaranlıqda süngü sənə yol açdı,

Sən o yolda muradına yetişdin.

 

Yürü, yürü batan günün izinə,

Gülümsəyir doğan günəş üzünə.

 

Bu qarşıkı duman çıxan bacadan,

Sən gəlmədən iniltilər çıxardı.

Geciksəydin məzlumların fəryadı

Yeri-göyü, kainatı yıxardı.

 

Yürü, yürü batan günün izinə,

Gülümsəyir doğan günəş üzünə

Bəxtiyar Vahabzadə 

Yolun kənarında tənha bir məzar 
Üstündə nə adı, nə soyadı var. 
Ey yolçu, masını əylə bu yerdə 
Soruş kimdir yatan tənha qəbirdə? 

 

Özü qoruduğu, həm can verdiyi 
Yolun kənarında dəfn edildi o. 
Uğrunda canını qurban verdiyi 
Torpağı özünə vətən bildi o.

 

 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz