BİR AYƏ

BİR AYƏ

وَلاَ تَقُولُواْ لِمَنْ يُقْتَلُ فِي سَبيلِ اللّهِ أَمْوَاتٌ بَلْ أَحْيَاء وَلَكِن لاَّ تَشْعُرُونَ

      “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.”   Bəqərə surəsi, 154

      Bu ayeyi-kərimə şəhidlərə ölü deyilməsini qadağan etməkdə və onların ölü olmadıqlarını açıqlamaqdadır. Təfsir alimlərinin əksəriyyətinə görə bu ayə Bədr müharibəsində şəhid düşmüş səhabələr haqqında nazil olmuşdu. Bədr şəhidlərinin timsalında vətəni, milləti, dini, namusu uğrunda canından keçmiş iman sahibi insanların nail oduqları mərtəbənin adıdır “şəhidlik” məqamı.

      İnsanlar, Allah Təalanın yolunda öldürülənlər üçün “ Filankəs öldü, dünya neməti və ləzzəti ondan yan keçdi” deyərlədi. Bunun üzərinə Allah (c.c.) bu ayəni endirərək onların həqiqi mənada diri olduqları və ölmədiklərini açıqlamışdır.

      Ancaq  bu dirilyin mahiyyəti və keyfiyyəti məsələsində alimlər fərqli görüşlər mənimsəmişlər və yuxarıda qeyd olunan ayəti dəlil kimi göstərərək şəhdlərin həm ruh, həm də cəsədlə diri olduqlarını və bunun mahiyyətinin insanlar tərəfindən dərk edilməyəcəyini qeyd etmişdirlər.

      Qurani-Kərimin hökmü ilə şəhidlərin digər qəbir əhlinin üstündə bir təbəqələri vardır. Şəhidlər dünya həyatlarını haqq uğrunda fəda etdikləri üçün Cənabi Haqq kərəmindən onlara dünya həyatına bənzəyən ancaq kədərsiz, zəhmətsiz bir həyatı, bərzəx aləmi deyilən qəbr həyatında bəxş edər. Onlar özlərini ölmüş bilməzlər. Yalnız özlərinin daha yaxşı bir aləmə getdiklərini bilirlər, tam mənasıyla ləzzət duyarlar, ölümdəki ayrılığın acısını hiss etməzlər.

      Digər qəbir əhlinin hər ruhları baqi olsa da, onlar özlərini ölü kimi hiss edərlər. Bərzəxdə aldıqları ləzzət və səadəti şəhidlərin məqamına bənzəməz. Necə ki, iki adam bir yuxuda cənnət kimi bir gözəl saraya girərlər. Biri yuxuda olduğunu bilir, aldığı ləzzəti əksikdir. “Yuxudan oyansam ləzzəti qaçacaq” deyə düşünər. Digər isə yuxuda olduğunu bilmir, həqiqi bir ləzzət ilə səadəti hiss edər. Məhz bərzəx aləmindəki digər ölülər ilə şəhidlərin həyatı arasında belə bir fərq vardır. Şəhidlər öldüklərini bilmədikləri üçün o aləmdən tam mənası ilə ləzzət alarlar. İman sahibi digər ölülər isə öldüklərini və bərzəx aləmində olduqlarını hiss edərlər və və şəhidlərin mərtəbəsinə çatmazlar.

      Allahın rizasına nail olmaq məqsədi ilə mənəvi dəyərlərin qorunması üçün canını fəda etmiş insan məsud və bəxtiyar insandır ki, axirətdə onlara bəxş ediləcək mükafat və məqam onlara göstərildikdə Allahın onlara onlara olan bu lütfuna müqabil olaraq təkrar bu dünyaya geri döndürülərək dəfələrlə şəhid olmalarını arzu edərlər.

Vətəni uğrunda ölən və öldürülən şəhiddir,

Bayrağı uğrunda canından keçən şəhiddir,

Müqəddəs hesab etdiyi milli-mənəvi dəyərləri uğrunda özünü sipər edən şəhiddir.

      Uca Yaradan şəhidlik məqamının mahiyyət və mənasını dərk edib, Onun yolunda gözünü qırpmadan fədakarlıq göstərən şəhidlər zümrəsinə daxil olanlardan eyləsin!...Cümlə şəhidlərimizə Allah rəhmət və məğfirət eyləsin!!!

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz