BƏVVABI-NƏBİ
Allah Rəsulu (s.ə.s) buyurur: “Evimlə minbərin arası Cənnət bağçalarından bir bağçadır” (Tecrid –i Sarih Tercümesi, IV, 268). “Mənim bu məscidimdə qılınan bir namaz Məscidul-Haram xaricindəki digər məscidlərdə qılınan min namazdan daha xeyirlidir” (Tecrid, IV, 249).
Sözügedən fəzilətləri ehtiva edən məsciddə Hz. Muhəmmədin (s.ə.s) dəfn olunduğu “Hücreyi-Səadət” Kəbə daxil yer üzünün hər nöqtəsindən, göylərdən və ərşdən daha üstün və şərəfli qəbul edilmişdir (Tecrid, IV, 258).
Biz Rəsulullahın “Cənnət bağçası” deyə ifadə etdiyi o mübarək yerin sətirlərə sığmayan gözəlliyini və sinələrdən qopan məhəbbət tərənnümlərini məhdud kəlmələrlə necə ifadə edə bilərik ki!
Rəsulullah eşqi ilə bağrı yanan bir aşiqin bir il Mədinədə qalaraq Rəsulullahın (s.ə.s) ayaqlarının dəydiyi, nəfəsinin toxunduğu, gözlərinin baxdığı o mübarək diyarda yerləşən Rövzeyi-Mutahhara ilə əlaqəli xatirələrini qeyd etdiyi kiçik risaləni oxuyanda əcdadımızın Rəsulullah (s.ə.s) məhəbbətinə bir daha şahid oldum.
Eyni zamanda şərəfli bir rütbə olan Əğavati-Rəsul və Bəvvabi-Rəsul vəzifələrinin günümüzə qədər gələn yönlərini Rövzədə izləməyə, müşahidə etməyə çalışdım.
Dərviş Əhməd Peşkarinin bundan təqribən iki yüz il əvvəl qələmə aldığı “Tayyibətül-Əzkar”, yəni, “Şirin Xatirələr” adlı kitabını oxuyanda Rövzeyi-Mutahharanın ətrafında xidmət etmə şərəfinə nail olmuş xadimlərin necə də müqəddəs bir vəzifədə çalışdıqlarını yenidən düşündüm.
Məscidi-Nəbi təqribən bir milyon insanın eyni anda namaz qılacağı bir sahəyə malikdir. Yüzlərlə vəzifəli, polis, məmur və s. var. Ancaq digər insanlardan paltarı və halları ilə dərhal seçilən, məscidin təmizliyi ilə vəzifəli insanların insana yaşatdığı duyğular o qədər dərin və fərqlidir ki! Bu insanların vəzifəsi Peyğəmbərimizin (s.ə.s) məscidini, Rövzəsinin ətrafını təmiz tutmaqdır. Ətrafda yayıla biləcək natəmziliyə anında müdaxilə edərək bu mübarək ərazinin təmiz qalmasını təmin etməkdir.
Onların yaşıl, mavi və qırmızı paltarları hər tərəfdən fərqlənmələrinə səbəb olur. Adətən, orada olan yüz minlərlə insanın yükünü çiyinlərinə almış kimi öz halıyla qarışqa kimi çalışırlar. Bu insanlar davamlı olaraq Peyğəmbərimizin (s.ə.s) yanındadırlar. Davamlı olaraq onun məscidin içindədirlər. Və daima o havanı tənəffüs edirlər. Böyük bəxtiyarlıqdır. Həccə və ya Ümrəyə gedən insanlar müəyyən zaman ərzində orada olurlar. Ancaq bu bəxtiyarlar həm Mədinədə, Rövzədə həm də Kəbə və ətrafında davamlı olurlar və oranın təmizliyinə baxırlar.
“Allah Dostunun Dünyasından” adında kitab şəklində nəşr edilən əsərdə Mərhum Musa Əfəndi həzrətləri söhbətinin bir yerində Ustad Sami Əfəndidən (q.s) rəvayətən Rəsulullahın məscidini təmizləyən vəzifəlilərlə əlaqəli Ustadın diqqətə layiq bir xüsusiyyətini xatırlayır:
“Sami Əfəndidə Rəsulullah (s.ə.s) məhəbbəti o dərəcə idi ki, Bəvvabı-Nəbi deyilən təmizləyənlərin əllərini öpməyə çalışır, onlara ayrı məhəbbət göstərir və “Bunlar Rəsulullahın xadimləridir”- deyərdi” (s. 121).
Məscidi-Nəbəvinin indiki təmizliyi, nəzarəti, təhlükəzliyi, şübhəsiz, ən gözəl şəkildə icra edilir. Ancaq çox yaxın bir keçmişdə Osmanlı Dövlətinin nəzarətində olan bu gözəl məkanın xidmətləri daha da diqqətli və müəyyən tərtib üzrə vəzifələri yerinə yetirilirdi.
Dərviş Əhməd Peşkarinin “Şirin Xatirələr” adlı əsərinə baxdığımızda “Cənnət Bağçası” deyilən Rövzənin işıqlandırılmasından təmizliyinə, gül ətirlərinin sürtülməsindən xalçaların yenilənməsinə qədər hər bir fəaliyyətin elə-belə təsadüfi olmadığını görürük. Əcdadın Peyğəmbərimizə (s.ə.s) olan məhəbbətini bu mübarək məkana qarşı göstərdiyi həssasiyyətindən irəli gəldiyinin şahidi oluruq.
Əhməd Peşkarinin qeydlərindən bəziləri bizim duyğularımızı dilə gətirəcək səviyyədədir. Bəlkə indi bir çox kimsə tərəfindən bilinməyən Rövzənin xidmətləri ilə əlaqəli bəzi məfhumları xatırlamada fayda vardır:
Bəvvabi-Nəbi- Bəvvab qapıcı və ya gözətçi deməkdir. Rəsulullahın (s.ə.s) məscidində xidmət edən insanlara verilən addır.
Ağavat- Məscidi-Nəbinin xidmətkarlığını öhdəsinə götürən və “Ağalar” deyə adlandırılan insanlardır. Bunların da öz aralarında müəyyən bir vəzifə bölgüsü vardır.
Fərasət- Kəbə və Peyğəmbərimizin Rövzəsinin xadimliyi, oranı süpürmə vəzifəsi və sifətidir. Qədimdən bu iş fərmanla insanlara verilir, onlar da hər il ora pul ilə bir vəkil göndərirdilər. Padşahın bu iş üçün göndərdiyi vəkilə fərasəti-şərif vəkili deyilir və bu digərlərinin başçısı olurdu.
Əhməd Peşkari risaləsində Rövzənin təmizliyinə dair bu qeydləri qələmə alır:
Rəsulullahın (cami və türbəsinin) xidmətləri ilə məşğul olan səksən ağa vardır. Qırxı əcəmidir, yəni battal deyə ifadə olunur. Qırxı da hubzi deyilən xidmət əhlidirlər. Əgər bir ayrılarsa, battallardan birini yerinə qoyarlar. Hubzi deyə ifadə edilən qırx ağanın on altısı Peyğəmbərimizin qapıçılarıdır. Bu bəvvab deyilən xidmət sahiblərinə Şeyxul-Hərəm də daxildir. Bu on altı bəvvabın xəzinədari-Hərəm və naqibi-Hərəmdir. Və bu on altı bəvvab növbə ilə gecədə dörd nəfər Hücreyi-Səadətdə xidmət edərlər.
Əshabı-Süffə məqamında diz üstə oturub kimi tilavət edər, kimisi də zikr ilə məşğul olar. Çox mübarək insanlardır. Gecə-gündüz onların dua və məhəbbəti üzərimizə lazımdır.
Hücreyi-Muattara və Rövzeyi-Mutahhara rəflərində Osmanlı padşahları və müsəlmanlar tərəfindən göndərilən əşyaların qeydləri və mühafizəsi Hərəm Mütəsəllimi, Naqibul-Ağavat və Bəvvabini Hərəmi-Nəbəvinin cavabdehliyindədir. Bu məmurlardan xəbərsiz əşyalar şkaflardan çıxarmaq olmazdı. Altı ayda bir Şeyxul-Hərəm, Mədineyi-Münəvvərə mühafizi, qazisi ilə Hərəmi-Şərifi Həzrət Nəbəvi müdirindən təşkil olunan komissiyanın xəbəri olandan sonra əşya və təbərrüqat nəzarət edilirdi.
İndilərdə bu və buna bənzər ayinlər varmı bilmirəm. Ancaq insanı ən çox təsirlədirən, yaşlısı ilə gənci, çox təvazökar halı ilə davamlı ayaqda və davamlı Məscidi-Nəbəvinin təmizliyinə baxan bu insanların dünyanın ən gözəl işlərindən birini yerinə yetirdikləridir. İçlərindən ərəb olanlarla birlikdə çoxu hindistanlı və maleziyalı bu insanlar həmişə Peyğəmbərimizin (s.ə.s) məscidində olma bəxtiyarlığındadırlar...
ŞƏRHLƏR