Nikah - Zina Dualizmi
Islam dünyasında çoxlarının əzbər bildiyi və qısa olmasından ötrü ən çox oxunan surə Ixlas surəsidir. Bu surədə keçən Allahın Sàməd adı Onun heç bir şeyə möhtaç olmaması, Allahdan başqa nə varsa, hamısının ehtiyac sahibi olması varlıq və varlığın Yaradıcısı arasındakı ən böyük dualizmdir.
Ilk insan və ilk peyğəmbər Həzrət Adəm (ə.s.) cənnətdə milyonlarla nemət arasında olarkən yenə xoşbəxt olmamış, həyatında yånə də bəzi şeylər çatışmamışdı. Qarşı cinsə olan ehtiyac və hər iki cinsin bir-birini tamamlaması Bəqərə surəsində “Siz onlar (qadınlar) üçün bir örtü, onlar da sizin üçün bir örtüdür” ayəsi ilə maddi olaraq ifadə edilərkən, qarşı cinsə olan ehtiyacın ruhani və duyğu tərəfi Rum surəsi 21-ci ayədə bålə buyrulur:
“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!”
“Nikahda kəramət vardır”-zərbi-məsəli də cəmiyyətin istifadə etdiyi bir məsələdir. Yuxarıdakı ayədə keçən evlənmə ilə rahatlıq və sükunətə qovuşaraq aralarında sevgi və mərhəmətin olduğu insanların müsbət duyğu və yüksək dərəcəyə qovuşmaları cəmiyyət tərəfindən müşahidə edilərək kəramət kimi ifadə edilmişdir.
Nikah və zina arasında dərin bir dualizm vardır. Bu dualizmi görməyənlər bəzən nikah və zina arasındakı davranış cəhətindən ortaqlığı görərək nikaha “rəsmi intim qovuşma sənədi” kimi baxmışlar. Bu baxışla çayırda otlayıb cinsi istəkləri oyanan varlıqların qarşı cinslərinə baxışı arasında heç bir fərq yoxdur. Bålə düşüncə sahibləri ana-bacı və həyat yoldaşı arasındakı fərqi görə biməyərək hamısına birdən qadın deyən və bunu da elmi və məntiqi izah edənlərdir. Nikahın imkan və icazə verdiyi davranışla, zina arasında zahiri olaraq heç bir fərq yoxdur. Hər ikisi də bədəni rahatlığa qovuşdurur. Ancaq bədəni rahatlıq verən zina əməlinin Rum surəsi 21-ci ayədə bildirilən və nikahla əldə edilərək kəramət kimi ifadə edilən sevgi və mərhəməti tərənnüm etməsi mümkün deyildir.
Zinanın əmələ gətirdiyi ictimai və fərdi narahatçılıqlar saymaqla qurtarmaz. Bunlardan bəziləri aşağıdakı kimidir:
1. Ər-arvad arasında inamın və əhdə-vəfa qavramının zədələnməsi;
2. Zinadan əvvəl və ya sonra günah psixologiyası ilə narahatçılıqlar keçirmək;
3. Uşaq düşürmə və tərk edilən uşaqlar;
4. Nəslin qarışması və atanın qeyri-müəyyən olması;
5. Cinsi xəstəliklərin çoxalması (QIÇS);
6. Ailə nəvazişi və tərbiyəsi görməyən uşaqların cəmiyyətə zərər verəcək xüsusiyyətlərə màliê olmaları;
Insan niyə evlənir? Bunun yüzlərlə cavabı ola bilər: Eşq, pul, intim münasibəti ictimai qayda və adət olduğu üçün...
Islam alimləri nikahı və ailəni bir məktəb kimi görürlər. Nikah fərdin inkişafını (seyri-sülük) tamamlayan böyük bir ünsürdür.. Imam Qəzzali həzrətlərinə görə, nikahın beş faydası vardır:
1. Övlad boya-başa çatdırmaq və nəslin davamı;
2. Şəhvət hisslərini sakitləşdirmək;
3. Ev, ailə və uşaqları idarə etməyin çətinliklərini görərək, Allahın kainatı nåcə idarə åtməsinin (Rəbb) böyüklüyünü hiss etmək;
4- Yaxınları və qohumları artırmaq;
5- Nəfs mübarizəsi aparmaq, səbri öyrənmək; (Ehya, Nikah kitabı c.2)
Həddimizi aşaraq və böyük imamdan (Imam Qəzzalidən) üzr istəyərək 6-ci maddəni belə ifadə edə bilərik: Insan həddi-büluğa çatandan sonra gələcəkdə ömrünü (orta yaş, yaşlılıq, ölüm) dəfələrlə görür. Amma öz varlığının başlanğıcını, yəni ana rəhminə düşməsi, doğulması, iməkləməsi, danışması kimi yaşayıb lakin xatırlamadığı həyat filminin fraqmentlərini öz uşaqlarında görərək həyata bütöv bir baxışla baxır.
Məktəblərdə elm öyrənmək və yetişkinlik üçün sanki elmə kölə olmaq, azadlığı azaldılmış həbsxanaya oxşayır. Şəfa tapmaq üçün xəstəxanada yatmaq məcburidir. Bu mənada Imam Qəzzaliyə görə, nikah bir növ istəyə bağlı köləlik və əsarətdir. Gedəcəyin yer və məqsədin ülvi olması səbəbindən buna səbr edilir. Allah-təala bu əsarəti zövq halına gətirmək üçün ər-arvad arasına sevgi, mərhəmət və yardımlaşmanı gətirmişdir. Hər iki cins arasındakı nikahdan sonrakı həyatın necə olacağı haqqında Həzrət Məhəmmədin (s.ə.s.) bu tövsiyəsi çox maraqlıdır. “Həzrət Əli və Həzrət Fatimə evlənməyə hazırlaşırdılar. Həzrət Peyğəmbər hər ikisini qarşısına oturdaraq onlara belə dedi: “Ey Əli qızımı sənə cariyə olaraq verirəm. Amma unutma ki, sən də onun köləsisən” (“Yüzàêı” curnàlı, Nî:8, səhifə :115)
Böyük əxlaq alimi olan Qəzzali yalnız şəhvəti sakitləşdirmək üçün evlənmək haqqında bu ifadəni işlədir:
“Yalnız şəhvət üçün evlənilirsə, mənəvi mükafat olmaz. Onun üçün yaxşı niyyətdən uzaqlaşılmamalıdır. (Daha gözəl qulluq və kamilləşmək üçün) Elə şəri hökmlər vardır ki insanın şəhvət arzularına da uyğun gəlir. Yəni həm dini, həm də nəfsani arzuların bir araya gəlməsi imkansız deyildir”. (Nikah, qurban kəsmək…). (Ehya, Nikah kitabı səhifə: 96)
Aşağıdakı sözlərdən isə Imam Qəzzali həzrətlərinin şəhvətin gücünü və reallığını inkar etmədiyini başa düşürük:
“Ən abid insan əzalarını zinadan qoruya bilər. Amma qəlbini cinsi istək və duyğulardan qoruması çox çətindir. Çünki qəlb öz iradəsində deyildir. Insanlar nəzərində dil nə isə, Allah qatında da qəlb odur.” (Ehya, Nikah kitabı)
Məntiqli bir səbəbi yoxsa, evlənməməyin nəticəsini Imam Qəzzali həzrətləri belə ifadə edir:
“...Evlənməmək, Allah-təalanın, Adəmdən başlayaraq dünyanın sonuna qədər davam etməsini istədiyi nəsli yox etmək və kəsmək deməkdir.” (Åhya, Nikah kitabı: səhifə :70)
Subaylıq haqqında “subayın pulunu it, yaxasını bit yeyər” deyərlər. Hedonist (zövqə aludə) fəlsəfəni qəbul etmiş, işi-gücü sadəcə zövqləri arxasında qaçmaq olan insanların, özlərini aldatdığı “subaylıq sultanlıqdır” mentalitetinə ən gözəl cavabı yenə xalq “subaylıq sultanlıqsa, evlilik imeparatorluqdur” məsəli ilə vermişdir.
Yeniyetmə Qəzzali təfəkkürün girdabına düşüb boğulmamaq üçün otağından çıxdı. Hava almaq istəyirdi. Sanki son yağış damcısını daşıyan mələyin təsiri ilə oldu, başa düşmədi, bağçadakı siçovullar, quşlar, ağcaqanadlar, ağaç yarpaqları, toz zərrələri və divardakı boyaya qədər hər şey Qəzzaliyə iki cümləni xor halında qulaqları kar edəcək şəkildə oxuyurdular: “...Bu yol uzundur, dayanacağı, keçidi yoxdur, dərin suları var”... Yeniyetmə Qəzzali əlini qulaqlarına apardı, qısıq bir səslə “acizəm Rəbbim, yardım et”-dedi. Bu sözdən sonra mədrəsədəki xor səsləri kəsildi. Hər biri öz zövqünə görə, öz-özlərinə bir şeylər deməyə başladılar…
ŞƏRHLƏR