Hz. Peyğəmbərimizin (S.Ə.S.) Gözəl Əxlaqi

Hz. Peyğəmbərimizin (S.Ə.S.) Gözəl Əxlaqi

Əxlaq: xasiyyət, yaradılış və xarakter kimi bir çox mənaları ifadə edir.”Xulq” kəlməsinin cəmidir. Xulq kəlməsi, könül ilə dərk edilən, hisslərlə duyulan və ruhla təmsil edilən bir anlayışı əhatə edir.

 Əxlaqı gözəl əxlaq və pis əxlaq olmaq üzrə iki qismə ayırmaq olar. Gözəl əxlaq nəfsin istək və arzuları içərisində orta yolu seçməkdir. Pis əxlaq isə nəfsin istək və arzuları içərisində insanın ifrata varmasıdır. Başqa bir ifadə ilə desək, gözəl əxlaq  nəfsi tərbiyə etmək, pis əxlaq isə nəfsi tərbiyə etməməkdir.

Əxlaqlı xarakter  insan üçün istər fərdi yöndən, istərsə də ictimai yöndən olsun çox əhəmiyyət kəsb edir. Fərdi yöndən baxdığımızda gözəl əxlaq imanı tamamlayan, həyatı gözəlləşdirən, sahibini Allahın rizasına yaxınlaşdıran və insanları özünə heyran etdirən bir davranış formasıdır. Ictimai yöndən isə gözəl əxlaq cəmiyyəti təşkil edən fərdlərin bir-birlərinə qarşı  hörmət və izzəti təsis edən,  cəmiyyət içərisində anarxiya və özbaşınalığın qarşısını alan əsas faktorlardan biridir.

Islam bizi hər cür pisliklərdən uzaq olmağa çağırır. Buna misal olaraq spirtli içki içmək, donuz əti yemək, zina etmək və s. kimi pis əxlaqi vərdişlər islamın qadağan etdiyi davranışlar arasındadır.

Gözəl əxlaqı islami çərçivə içərisində dəyərləndirməli olsaq, Allahın (c.c.) sifətlərinin insan üzərindəki kölgəsi və bu sifətlərdən qula əõz ådən ilahi əkslərdir. Buradan yola çıxaraq deyə bilərik ki, gözəl əxlaqla bəzənmək, Allah-təalaya yaxınlığın əlaməti  olduğu kimi, bunun əksi də ilahi sifətlərdən uzaqlaşmağın açıq bir xüsusiyyətidir. Başqa bir yönüylə əxlaq ibadətlərin məqsədlərindən biri halına gəlmişdir. Məsələn: namaz və orucun bir məqsədi də insana gözəl əxlaq qazandırmaqdır. Hətta gözəl əxlaq bəzən nafilə namaz və orucun dərəcəsinə yüksəlir və onlarla əldə edilən savab eynilə gözəl əxlaqla da əldə oluna bilər. Hz. Peyğəmbər (s.ə.s.) əfəndimiz bu hàqda belə demişdir:  ”Insan gözəl əxlaq ilə gündüzləri oruc tutan, gecələri qalxıb namaz qılan kimsələrin dərəcəsini əldə edər.” (Əbu Davud, Ədəb,7)

Cənnətdə mərtəbəsi ən yüksək olan və Hz.Peyğəmbərə (s.ə.s.) ən yaxın olanlar da heç şübhəsiz gözəl əxlaq sahibləridir. Bu həqiqəti Allah Rəsulu belə ifadə etmişdir:  ”Sizin mənə ən sevgiliniz və qiyamət günü mənə yaxınınız əxlaqı ən gözəl olanınızdır”. (Ibni Hubban,II,231)

Insanları dünya və axirətdə sonsuz səadətə çatdıracaq olan heç şübhəsiz ki, islam əxlaqıdır. Eyni zamanda Quranın bizlərə “üsvei-həsənə”, yəni örnək şəxsiyyət olaraq təqdim etdiyi və bizim də onun həyat və yaşayışına uyğun bir şəkildə yaşamağımızı istədiyi şəxs heç şübhəsiz ki, yenə Hz. Peyğəmbərdir (s.ə.s.). Gözəl əxlaq abidəsi olan Hz. Peyğəmbər (s.ə.s.), Allah (c.c) tərəfindən tərbiyə edilmiş və ümmətinə təlim etdiyi əxlaq qaydalarını vəhy yolu ilə yenə ondan almışdır. Belə ki, əshabdan Sad b.Hişam Hz.Aişə anamıza:

- Ey möminlərin anası,  mənə Peyğəmbərin (s.ə.s.) əxlaqından bəhs et dediyində, O:

- Sən Quranı oxuyursanmı?- deyə soruşdu. Sad:

- Bəli. Oxuyuram deyincə, Hz. Aişə (r.anhə):

- Hz. Peyğəmbər (s.ə.s)-in əxlaqı Quran idi-dedi. (Müslim, Müsafirin,139)

Yenə Hz. Peyğəmbər (s.ə.s.) gətirdiyi risalətin məqsədini açıqlamaq səbəbi ilə: ”Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim.” (Muvatta, Husnul-Xulq, 8) deyə buyurmuşdur. Allah-təala əxlaqı gözəl insanı sevdiyi kimi onu insanlara da sevdirir. O şəxsin kamil əxlaqı sayəsində dünya həyatı gözəlləşdiyi kimi, axirət həyatı da gözəlləşər və hər iki dünyada cənnət həyatını yaşamış olar. Bu əsnada Rəsuli-Əkrəm (s.ə.s.) əfəndimiz “Möminlərin imanca ən êàmilləri, məhz əxlaqı ən gözəl olanlardır.” (Ibni-Hibban, IX, 483) buyuraraq imanın êàmilliyini, əxlaqın gözəlliyinə bağlamışdır. Eyni zamanda Hz. Peyğəmbər (s.ə.s.)-dən insanları cənnətə ən çox nəyin çatdırdığı soruşulanda:

-“Allah-təalaya qarşı təqva və gözəl əxlaq.” (Tirmizi: Birr, 62)-deyə càvàb vermişdir. Burada Hz. Peyğəmbər (s.ə.s.) gözəl əxlaqın fərdi  faydaları ilə bərabər, ictimai  faydalarını da açıqlamışdır. Belə ki, planetlər arasındakı cazibə qüvvəsi kainat nizamının davamı üçün nə qədər əhəmiyyətlidirsə, fərdlər arasındà nizam-intizam da cəmiyyət üçün ən az bu qədər əhəmiyyət kəsb edir.Tarixə baxdığımız zamanda əxlaq assimilasiyasına uğramış cəmiyyətlərin hər zaman yox olmağa, dağılmağa məhkum olduqlarının şahidi oluruq. Əbu-Hüreyrənin (r.a.) nəql etdiyinə görə, Påyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur: ”Insanları maddi yardım etməklə məmnun etmək və razı salmaq mümkün deyildir.(Yəni malınız buna kifàyət åtməz). Bunà görə də siz onları təbəssümünüzlə və gözəl əxlaqınızla məmnun etməyə çalışın.” (Hakim,I,212). Bu hədisi-şərifdən də görüldüyü kimi, digər insanları ràzı sàlmàq, yàlnız onlara maddi yardım etməklə deyil, eyni zamanda onları təbəssüm ådərəê və  gözəl əxlaqımızla da məmnun etməliyik.

Islamda iman, Allah-təala ilə əlaqənin, əxlaq isə ictimai mühit ilə münasibətin əsasını təşkil edir. Hz. Peyğəmbər (s.ə.s.) Allaha bağlılığı və gözəl əxlaqı ilə örnək olduğunà görə Islam qısa müddət ərzində könülləri fəth etmişdir.

Qurani-Kərimin Məkkədə nazil olan surələrinin əhàtə etdiyi iki əsàs prinsipdən birinin iman, digərinin də əxlaq olduğunu nəzərə alsaq Rəbbimizin əxlaqa nə qədər əhəmiyyət verdiyini daha yaxşı anlayarıq.

Hz. Peyğəmbər, (s.ə.s.)  Allah-təalanın Qurani-Kərimdə mədh etdiyi əxlaqi vəsflərin hamısını tam mənası ilə özündə  cəm edərək, bütün bəşəriyyətin  heyranlıqlà tàmàşà edəcəyi bir əxlaq timsalı halına gəlmişdir. Bu səbəbdən Allah (c.c.) Peyğəmbərimizə (s.ə.s.)  xitabən: ”Şübhəsiz ki, sən böyük bir əxlaq sahibisən!” (əl-Qələm 68/4) buyuraraq onun tàyı-bəràbəri olmayan bu gözəl əxlaqını mədh etmişdir.

Buràdàn bålə bir nəticəyə gələ bilərik ki, elm və texnikanın inkişaf etdiyi müasir əsrimizdə bəşəriyyətin möhtac olduğu şey, în dörd əsr bundan əvvəlki cəmiyyətin möhtac olduğu əxlaq dəyərləridir. Bu səbəbdən də Hz. Peyğəmbərin (s.ə.s.) kamil əxlaqını öyrənmək biz ümməti üçün ən mühüm  vəzifələrdən biridir.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz