Hədis Və Qurani-Kərim İşiğinda Qadin

Hədis Və Qurani-Kərim İşiğinda Qadin

Mövzuya kitabımız Qurani-Kərimə görə, Həvva anamızın yaradılışı haqqındakı ayəsi ilə başlamaq istərdim. “Ey insanlar, sizi bir tək candan yaradan, ondan da yenə onun zövcəsini vücuda gətirən və ikisindən bir çox kişilər və qadınlar yaradan Rəbbinizə qarşı gəlməkdən çəkinin.”(Ən-Nisa 4)

Onu qeyd edək ki, Islamın yàrànmàsınà qədər bir çox ölkələrdə qadının vəziyyəti heç də ürək açan deyildi. Gəlin, dünya qadınlarının Islamdan əvvəlki vəziyyətinə qısaca nəzər yetirək. Misal olaraq, keçmiş Hind hüququna görə, qadın evlənmə, miras və digər sahələrdə heç bir hüquqa malik deyildi. Hindlilərə görə, qadın ölümdən, zəhərdən, hətta ilandan pis bir varlıq olaraq təsvir edilirdi.

Bundan başqa Buddistlər qadını dinə qəbul etmir və hətta bunu çox təhlükəli bir hal hesab edirdilər.

Israil hüququnda ailədə kişi mütləq hakim kimi qəbul edilir, yəhudi qızlar ata evlərində bir xidmətçi, qul kimi qəbul edilirdilər. Atası hətta, onları sata da bilərdi.

Ən dəhşətli vəziyyət isə, Iranda hökm sürürdü. Sasani dövlətində bacı ilə evlənmək caiz görülürdü.

Dünyanın məhşur filosofu kimi tanınmış Eflatuna görə, qadının heç bir dəyəri yox imiş. Onun fikrinə görə, qadın “əldən-ələ ortaq mal kimi gəzməli imiş. Ərəstuna görə isə “qadın yaradılışda yarımçıq qalmış bir kişidir.”

Islamın ilê illərində, Ərəbistan yarmadasında da qadın yalnız kişilər üçün yaradılmış əyləncə vasitəsi kimi qəbul olunurdu.

Bütün bu çirkinliklərə məhz, Islam son qoymuş, qadınlàrın üzərinə Islam günəşi doğmuşdur.

Islam dinində qadının müstəsna bir yeri vardır. Islamın Peyğəmbəri haqq dini gətirib insanlığa təbliğ etməyə başlayınca ona ilkin inanan insan məhz qadın olmuşdur. Mübarək Peyğəmbərimiz belə söyləmişdir. “Allah mənə Hz. Xədicədən daha xeyirli bir qadın verməmişdir. Bütün insanlar inanmadıqları halda, o mənə inanmışdır. Hər kəs məni yalanlarkən o məni təsdiq etmiş, insanlar məndən qaçarkən o məni malı ilə dəstəkləmiş və Allah mənə  başqa qadınlardan deyil, ondan uşaq vermişdir.“ (Ibn-Hacər. əl-Isabə IV)

 Qurani-Kərim qız övladının qətlini şiddətlə qadağan etmişdir. “Övladlarınızı kasıblıq qorxusu ilə öldürməyin, onların da, sizin də, ruzisini verəcək olan Bizik. Şübhəsiz ki, onları öldürmək böyük bir günahdır.” (əl-Isra. 17/31)

Qadın hüququ baxımından, Islam hüququnun bu günkü Avropa qadınlarından daha üstün qənaətində olan Gaudefroy-Demombynes belə demişdir. “Qadının son dərəcə lehində olan Quran ehkamı nəzəri şəkildə olsa belə, ona indiki Avropa qanunlarının təmin etdiyi şəraitdən daha əlverişli bir şərait bəxş etmişdir. Belə ki, Islamda qadın miras haqqına, evlənmədə sərbəst fikir haqqına, ən əsası həyatının qarantı olan mehir haqqına və digər dəyərli haqlara sahibdir.

Bəzən cəmiyyətdə yalnış fikirlər doğuran suallar meydana gəlir. Belə ki, qadının örtünmə əmrini înun mütiliyi ilə əlaqələndirirlər. Söylədiyimiz kimi bu çox yalnışdır. Çünki Kitabı-Müqəddəsdə açıqlığı ayıb sàyàn və örtünməyi əmr edən parçalar vardır.

Islam anlayışına görə, qadın pis işlər üçün yaradılmış “şeytanı bir varlıq” deyildir. Əksinə, qadın Islama ilk inanan (Hz. Xədicə), Islam uğrunda ilk şəhid olan (Ummu Ümrə) möhtərəm insandır.

Ancaq qadın duyğularının incəliyi, davranışlarının cazibəsi və könlünün təmizliyi ucbàtındàn istismar edilə və aldadıla bilər.

Qurani- Kərimdə məhrəm olmayan qadınların və kişilərin şəhvət nəzəriylə bir-birlərinə baxmaları, namuslarını və örtünməyə riayət etmələrini əmr edən ayələrdəki ifadələr son dərəcə hörmət və lütflüdür. Qadın olsun, kişi olsun, heç bir insan qorxunc bir məxluq, irz və namus düşməni olaraq göstərilməmiş və əxlaqsızlıq qaynağı olaraq qəbul edilməmişdir. Mömin qadınların küçəyə çıxarkən baş örtülərini üzərlərinə almalarını əmr edən ayədə “Bu onların tanınıb əziyyət edilməmələrinə daha uyğundur” deyilir.

Bəzi dəyərli haqlar kimi Islam qadına təhsil alma hüququ da vermişdir.

Təhsil qadın üçün insanlığını idrak etməsinin ilk şərtidir.

Tarix boyunca qadın müõtəlif yerlərdə, bir çîõ problemlərlə qarşılaşmışdır. Hüququ və insanlığı idrak edərək qadın öz haqlarını istəməsini bilmiş və mübarizəsini əzmlə aparmışdır. Şərq-Islam qadınına gəlincə, o da qərblilər kimi olmaq istəmiş, halbuki onun insanlığı Islam tərəfindən qəbul edilmiş və haqları tanınmışdır.

Qadının təhsil almasına gəlincə, qeyd etmək lazımdır ki, qadın övladlarının ən mükəmməl təmsilçisi və müəllimidir. Uşağın inkişafı dövründə mükəmməl bir tərbiyə üçün qadının təhsilli olması, praktik tərbiyə və əxlaq qaydalarını bilməsi şərtdir.

Peyğəmbərimiz dövründə elmə önəm verən xanımlardan biri də, Rəsulullahın zövcəsi Hz. Aişədir. Hz. Aişə elmlə məşğul olur, bilmədiyi bir şeyi eşitdiyində onu yaxşı bilənə qədər təkrar soruşur və yaxşıca anlamağa cəhd göstərərdi.  (Buxari ålm)

Bəs görəsən, qadının bütün hüquq və vəzifələrinin içərisində qadının sərbəst həyata – iş həyatına atılma  sının səbəbi nədir və bu Islami baxımdan caizdirmi? Şübhəsiz ki, bu sualın da cavabı Islam dini tərəfindən çox gözəl açıqlanmış və  Qurani-Kərimdə belə buyurulmuşdur: “Ey Peyğəmbər qadınları!... Hüzur və sàêitliê ilə evlərinizdə oturun. Cahiliyyə zamanında olduğu kimi zinətlərinizi göstərə-göstərə gəzməyin.”(əl-Əhzab. 33)

Yaradanın verdiyi vəzifə-vücudu quruluş və ruhu baxımından qadına 4 vəzifə verilmişdir.

1.         Hamilə olmaq

2.         Uşaq dünyaya gətirmək

3.         Uşağa süd vermək

4.         Tərbiyə etmək

Bütün bunları yerinə yetirmək və bununla bərabər bir qadının işləməsi şübhəsiz ki, qadın kimi zərif bir məxluq üçün yorucudur. Uşaq dünyaya gələn kimi tərbiyə olunmur. Bunun üçün uzun bir vaxt lazımdır.Iş həyatına atılmış bir qadın bu qədər işi birdən icra edə bilərmi? Şübhəsiz ki, iş həyatının ağırlığı və çətinliyində qadının mənən yorulmasını nəzərə alsaq, o üzərinə düşən işlərin heç birini layiqincə çatdıra bilməz və onun sağlamlığına xələl gələr.

Ailədə sosial büdcəni qadın təmin etməməlidir.

Çünki onun qazandığı pul ev işləri, uşağının və geyimin xərclərini ödəməməklə yanaşı, eyni zamanda onu tez yoracaqdır.

Qurani-Kərimdə Hz. Peyğəmbərin zövcələrinə və bu timsalda bütün mömin qadınlara sükunət və hüzur içində evlərində oturmaları əmr olunur. (əl-Əhzab 33, Mükit 33)

Bu, qadınlar üçün evin normal təbii bir vəzifə yeri olduğunu ifadə edər. Fəqət qadın heç bir zaman evindən çıxmaz demək deyildir. Hz. Peyğəmbər: “Allah sizə ehtiyaclarınız üçün çıxmağa icàzə verdi.” buyurmuşdur. (Buõari. Nikah 113)

“Islamda qadın” mövzusunu Peyğəmbərimizin müràciətindəêi qadın haqqında söylədikləri ilə yekunlaşdırmağımız lap yerinə düşərdi.

“Insanlar! Qadınların haqlarını qorumaq və bu xüsusda Allahdan qorxmağınızı tövsiyə edirəm. Siz qadınları Tanrı əmanəti olaraq aldınız. Onların namuslarını, iffətlərini Allah adına söz verərək halal edildiniz. Sizin qadınlar üzərində haqqınız, onların da, sizin üzərinizdə haqları vardır. Sizin qadınlar üzərindəki haqlarınız onları ailə yuvasını xoşlanmadığınız insanlardan qorumaqdır. Qadınların da sizin üzərinizdəki haqları dinə və qayda-qanuna uyğun olaraq hər cür yemək və geyimlə təmin etmələridir.”

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz