Din Və İnsan Hüquqlari
Insanların həyatını nizamlama baxımından önəmli bir yerə sahib din faktoru hər bir cəmiyyətin fitnə fəsaddan xilas olub onu layiq olduğu səviyyəni qazandırma missiyasını daşıyar.
Ancaq sözsüz ki, insanların bəzi şeyləri gözardı etməsi, insanın öz şəxsi mənfəətlərini cəmiyyətin mənfəətlərindən üstün tutması istənilən nəticənin əldə edilməsin məne olur və bu da bərabərində bir çox haqsızlıqları gətirir. Burada diqqət edilməsi lazım məsələlərdən başlıcası insan haqq və hürriyətləri və bunların insanların mənəvi dəyərlərini zədələməyəcək bir şəkildə istifadə edilməsidir. Təbii ki, bu haqq və hürriyyətlər istifadə edildikləri zaman güclü bir nəzarətə ehtiyac duyarlar. Əksi təqdirdə anarxiya dediyimiz, özbaşnalıqlar cərəyan etməyə başlar. Insanlar fərqli dinlərə, mədəniyyətlərə, siyasi və ictimai rejimlərə sahibdir. Insan haqları nəzəriyyəsi baxımından bu fərqliliklər nəzərə alınmadan hər kəsin sahib olduğunu düşündüyü, fərdlə dövlət arasındakı münasibətlər baxımından müştərək məfhumu və tərifi də labüd olur. Hüquqçuların, fəlsəfəçilərin və sosioloqların insan haqları üçün verdiyi təriflər də onların dünya görüşlərini və tutduqları mövqelərinin xülasəsi mahiyyətindədir. Verilən müxtəlif təriflərdən Avropa tarixinin bir insan haqları mübarizəsindən ibarət olduğu başa düşülür. Bu səbəplə 1215 tarixli Magna Cartadan etibarən elan edilən bütün bəyannamələr Qərb üçün insan haqları nöqteyi nəzərindən önəmli irəliləyişlərdir. Son iki əsr bu irəliləyişlərin açıqca müşahidə edildiyi zaman parçası hesab edilir. 1789-da Fransada elan edilən Insan Haqları Bəyəmnaməsi Qərb dünyasında dönüm nöqtəsini təşkil edir. 1948-ci ildə BMT tərəfindən qəbul edilən Insan Haqları Beynəlxalq Bəyənnaməsi dünyada atılan ən irəli və geniş bir addımdır. Bu bəyənnamənin ilk iki maddəsi bütün insanların hürr doğulduqlarını, haqq və dəyər baxımından bərabər olduqlarını, bəyənnamədə qeyd edilən haqlardan irq, din, rəng, cinsiyyət, dil, din ayrımı edilmədən istifadə edəcəklərini elan etmişdir.
Insan haqları ifadəsi, nəzəri olaraq insanın sahib olduğu daxili və təbii olan ən azından şəxsin iki əsas ünsürü (bədən və ruh) ilə əlaqəli haqları əhatə etdiyi kimi, insana aid haqları yəni fərdi təşkil edən ünsürlərin xaricində olmaqla birlikdə, onun vazkeçilməz sayılan cəhətləri ilə əlaqəli olan haqları da əhatə edər.
Islam Dünyasında isə insan haqları, Islamın meydana çıxması ilə birlikdə başlamışdır. Islam cəmiyyətinin bağlı olduğu Qur`an-i Kərim təfərruatlı və texnik olaraq olmasa belə insan haqlarını əhatə edən məqamlara təmas etmiş və bunların mühafizə edilməsini müxtəlif arqumentlərlə qüvvətləndirmişdir. Islami təfəkkürə görə bütün haqlar yaradıcı olaraq Allahın iradəsinə dayanır və Onun insanlara hədiyyəsidir. Insanı yer üzərində xəlifə və ən qiymətli bir məxluq olaraq yaratdığı, ona çox ciddi vəzifələr verdiyi, insanın doğulduğu andan etibarən bəzi haqlara sahib olduğunu ifadə etmək mövzunun əhəmiyyətini başa düşmək üçün yerində olardı.
Insan haqlarının tanınmasının, yazılı mətinlərlə təsbit edilməsi tək başına kifayət etməz, cəmiyyətin bütün fərdləri, xüsusilə də hakim qüvvələr tərəfindən mənimsənmiş olmalı və yaşanıla bilən formada olmalıdır. Bir çox bəşəri və hüquqi dəyərlər kimi insan haqları da sağlam bir inanc və əxlaq müstəvisində, hüququn və ədalətin mövcud olduğu cəmiyyətlərdə gərçəkləşib inkişaf edər. Hüquq dövlətinin hakim olmadığı, qanunların adil olmadığı və ədalətin bir həyat tərzi olaraq həyata keçmədiyi cəmiyyətlərdə insan haqları kağız üzərində qalar. Qurani Kərimdə və Hz. Peyğəmbərin sünnətində ədalətə və hüququn üstünlüyünə davamlı diqqət çəkilməsi özbaşnalığın, insanın öz haqqını tələb etməsi olan ihqaq-i haqqın, nasların təyin etdiyi hədləri təcavüz etmənin qadağan edilməsi, hüquq rejiminin qorunması və işləyə bilməsi üçün sağlam bir zəmin hazırlama məqsədini daşıyır.
Hz. Peyğəmbərin Mədinəyə hicrətindən sonra bu şəhərdəki müxtəlif inanclara mənsub insanlarla və etnik qruplarla bağladığı "konstitusiya" mahiyyətindəki Mədinə andlaşması, müxtəlif din mənsubları və kölələrlə olan münasibətləri, bu mövzuda tövsiyyələri insan haqları baxımından böyük əhəmiyyətə malikdir. Həyatının son zamanlarında on minlərlə səhabinin hüzurunda sanki bir hüquq dərsi verən Peyğəmbər insan haqları baxımından çox əhəmiyyətli bəyanatlar vermişdi. "Ey Allahın qulları! Sizlərə Allahdan qorxub cəkinmənizi tövsiyyə edir, hamınızı Ona itaət etməyə dəvət edirəm" deyən Allahın elçisi əslində haq və hüquq məsələlərini tənzimləyən təlimatı vermişdi. Bundan sonra Vida xütbəsində can, mal və namus toxunulmazlığı da xüsusilə vurğulandıqdan sonra möminlərin qardaş olduqları bildirilmiş, daha sonra xitab kuliminasiya nöqtəsinə yüksəlmişdi: "Ey insanlar! Rəbbiniz birdir, atanız da birdir. Hamınız Adəmdənsiniz, Adəm də torpaqdandır.
Islam alimləri dinin məqsədinin əsas etibarilə "Zərurət-i xəmsə" deyilən beş əsas prinsipi insanlara təlqin edib, onu yerləşdirmək və qorumaq olduğunu ifadə edirlər. Bunlar canın qorunması, ağlın qorunması, namus və şərəfin qorunması, dinin və malın qorunmasdır ki, insanların faydalarının təmin edilməsi və insan haqları baxımından qəti surətdə göz ardı edilməyəcək prinsiplərdir.
Qədim dövrlərdən etibarən Qərbdə həyat, dini və əxlaqi prinsiplər əsasında tənzimlənmədiyinə görə güclünün hakim olduğu və başqalarının haqlarını təyin etdiyi ictimai bir həyata sahib olduğu, kölələr və qadınların ağla gəlməyən hərəkət və davranışlara məruz qaldığı üçün insan haqları sahəsində mübarizənin ilk izlərinə də qərb cəmiyyətlərində rast gəlmək mümkündür. Bu vəziyyət, insan haqları məfhumunun hansı səbəbdən Qərb mənşəli olduğunu kifayət qədər açıq izah edir. Əslində isə günümüzdə baş verən insanların mənəvi dəyər və hisslərini incidən hadisələrin hazırlayıcı səbəblərinə baxdığımız zaman ta qədimlərə söykənən həmin insan haqları mübarizəsinin düzgün bir zəmində aparılmadığını və yanlış istiqamətlərə yönəldiyini, nəticədə isə özbaşnalıqların meydana çıxdığını görürük. Və hal hazırda da başı boş bıraxılmış insan haqlarının müdafiəçisi mövqeyində olduğunu iddia edən həmin dünya ikili standardların meydana çıxması üçün əlindən gələni edir. Və bu gedişatın necə nəticələnəcəyinin sual altında olması hər bir kəsi narahat edir.
ŞƏRHLƏR