Gələcəyin Tərbiyəsi
Dövrümüzdə hər gün hər sahədə qarşılaşdığımız bir çətinlik daha vardır. Bizim gələcəyimiz olan gənclər necə tərbiyə olunur, onlar bizim gələcəyimiz üçün nə vəd edir, 20% torpaqları işğal altında olan bir millət kimi bu gənclik nəyi və necə düşünür? Hörmətli oxucularımız bu sayımızdan etibarən gələcəyimiz olan gənclərimizin yaş həddinə görə tərbiyəsini, problemlərini, təhsilini, arzu-istəklərini, müasir dünyamızdakı çətinliklərini əks etdirəcəyik. Eyni zamanda valideynlərə məsləhətlər verməyə və gələcəyimizin vətənpərvər, milli ruhda sağlam bir şəkildə tərbiyə olunmasına köməklik göstərməyə çalışacağıq. Əziz oxucularımız, bu mövzuda sizin də köməyinizə ehtiyacımız var. Belə ki, məsləhət, fikir və problemlərinizi ålåêtrîn pîçt ünvanımıza yazaraq bildirsəniz, məqsədimizə daha tez nail olarıq.
Gənclərimizin hər gün cəmiyyət içərisində etmiş olduğu səhvləri gördüyümüz zaman hamının onların valideynlərini günahlandırdıqlarının şahidi oluruq. Bir də görəsən valideynləri bu uşaqlarına heç tərbiyə vermir?
Belə də məsuliyyətsiz uşaq olar, bunların ata-anaları hara baxır? Bu küçə uşaqlarını görürsən, əgər valideynləri onları vaxtında yaxşı tərbiyə etsəydi heç də belə olmazdı? – deyən insanlara rast gəlirik. Istər məktəbdə müəllimlər, istərsə də dövlət idarəsindəki vəzifəlilər və hakimlər hər zaman ata-ananı günahlandırır. Bəlkə də həyatda ən asan olan da kimisə günahlandırmaqdır. Amma heç êim valideynlərin qarşılaşdıqları problemlərlə nə maraqlanır, nə də onların həlli üçün çarələr axtarır. Yəni, övlad sahibi olan gənc ailələr nəyi səhv etdiklərini və nəyi necə edəcəêlərini haradan və necə öyrənəcəklər.
“Qaranlığa söyməkdənsə bir işıq da sən yandır.” Konfitsu
Çox təssüf ki, hər il minlərlə insan ən ağır və məsuliyyətli peşə olan valideyn olmağa qədəm qoyur. Lakin onların bir çoxu buna başlamazdan əvvəl, heç bir məsləhət almır və bunun metodunun nə olduğunu bilmir. Amma tam əksinə gündəlik həyatımızda elə bir iş yoxdur ki, onu birisindən soruşmadan və məsləhətini almadan həmin işi görməyə başlayaq. Belə ki, ən xırda bir ixtisasa sahib olmaq üçün ən azı üç-dörd il hazırlıqdan keçməyimiz lazımdır. O zaman ata-ana olacaq gənclər bu məsuliyyətli vəzifəyə başlamazdan əvvəl hansısa bir hazırlıqdan keçirlərmi? Mənə görə, bu gün ailələrdə yaşanılan bütün problemlərin əsasında məhz bu və ya digər səbəblər dayanır.
Evinizdə bir düşmən yaşayır
Bu gün hardasa bütün ailələrdə 15-25 yaşında olan gənclərlə ata-anaları arasında aşağıdakı şəkildə problem yaşanır. Uşaqlar “Ata-anam məni başa düşmür. Başa salsam da məni başa düşmək istəmirlər”, “Hər axşam evdə söz-söhbət olur”, “Hər mövzuda båynimi dəng ådirlər. Belə getsə evdən çıxıb gedəcəyəm” – deyirlər. Çarəsiz qalan valideyn öz halını belə dilə gətirir: în båş yaşındakı oğluma heç təsir edə bilmirəm. Artıq ona heç nə demirəm. Hara getdiyini, nə işlə məşğul olduğunu soruşmuram. Bizimlə danışmaq belə istəmir. Bir söz dediyimiz vaxt da “sizlik deyil” deyib ya otağına gedir, ya da evdən çıxıb gec qayıdır. Çarəsiz qalan ana ağlamaqla, ata isə ya siqaret çəêməêlə, ya da içki içməklə fikrini dağıtmağa çalışır. Görəsən müasir, inkişaf etməkdə olan zəmanəmizdə gənclərin öz valideynlərinə bu qədər “düşmən” kimi baxmalarının səbəbi nədir? Sizcə, düşmən olan iki şəxsin bir evdə uzun müddət problemsiz yaşaya bilməsi nə vaxta qədər davam edə bilər?
Həmişə özümüzü fikirləşirik.
Bu dövürdə xoşbəxt insanlar nåcə də azaldı. Biri işindən, digəri ailəsindən, dostundan, qonşusundan, siyasətçilərdən və dövlətdən şikayət edərək gününü qara edir. Yəni, hər şeyi öz istəklərimiz və düşüncələrimiz ölçüsündə qiymətləndiririk.
Unutmamalıyıq ki, həyatda heç kəs tam îlaraq mükəmməl deyildir. Amma hamıdan, xüsusi ilə uşaqlarımızdan mükəmməl olmalarını istəyirik. Yaxşı övlada sahib olmağın ilk şərti əvvəlcə özümüzün onun üçün ən yaxşı validåyn olmağımızdır. Yaxşı tərbiyə olunmuş və cəmiyyətə qazandırılmış bir gənc həm ailəsi, həm dövləti və milləti üçün ən böyük sərvətdir.
Yadımızdan çıxarmayaq ki, itirilmiş bəzi şeylərin və buraxılmış bəzi səhvlərin yerini doldurmaq mümkün deyildir. Uşaqlar buraya daxil olan ən böyük nemətdir. Ona görə də gənclik bir millətin və dövlətin gələcəyidir deyilir.
Uşaqlarınıza olduqları kimi baxsanız onları belə düşündürərsiniz:
1. Mən varam
2. Məni sevirlər
3. Mən dəyərliyəm
4. Mənə etimad edirlər
Uşaqlarınıza olduqları kimi baxmadığınız da isə:
1. Mən yoxam
2. Məni sevmirlər
3. Mən dəyərli deyiləm
4. Mənə etimad etmirlər
Diqqətli olun, eviniz gizlidən dinlənilir
Uşaqların hər qulaqda bir ədəd olmaqla iki mikrofonları vardır. Həddən artıq həssas olan bu mikrofonlar eşitdiyi hər bir sözü, mahnını, danışıqları və hər cür dili özündə qeyd edər. Yazılan hər bir yazının itməməsi üçün insanın beynində mühafizə edilərək saxlanılır. Daha sonra bu səslər uşağın kəlmə xəzinəsi və davranışları üçün bünövrə rolunu oynayır. Ona görə də uşaqlar hələ balaca ikən onlar heç nə başa düşmürlər deməyin. Buna görə də onların yanında hər şeyi danışmayın və hər şeyi də etməyin.
Yadda saxlayın!
* Valideynlərin vəzifəsi uşaqlarını kəşf etməkdir. Yəni onun qabiliyyətlərini aşkar edib inkişafı üçün şərait yaratmaqdır. Yoxsa onu etdiyi hər işə görə tənqid etmək deyil.
* Uşaqlar sözdən daha çox əməllərdən təsirlənirlər. Buna görə də davranışlarınızda həmişə səmimi və dürüst olun.
* Ailənin verə bilmədiyi və əksik buraxdığı tərbiyəni nə məktəb, nə də cəmiyyət verə bilər. Ata-ana isəniz dåməli bağçada tək başına gül yetişdirən bir bağbansınız.
ŞƏRHLƏR