Həzrət Məhəmmədin (S.Ə.S.) Yazmayin Deyə Qadağan Etdiyi Sözləri Və Hərəkətləri Niyə Yazildi

Həzrət Məhəmmədin (S.Ə.S.) Yazmayin Deyə Qadağan Etdiyi Sözləri Və Hərəkətləri Niyə Yazildi

Iki həftədə bir toplandığımız dost məclislərində söhbət etmək üçün başqa bir mövzuya başlamaq istəyərkən orada belə bir sual verildi: “Həzrət Məhəmməd əleyhissalam məndən,  Qurandan başqa hər hansı bir şey yazmayın. Kim məndən, Qurandan başqa  bir şey yazmışsa, onu dərhal məhv  eləsin” (Müslüm, Zühd 72) dediyi halda nə üçün arada bu qədər  hədislər var. Buna nə qiymət vermək olar?- dedikdə söhbətimiz bu sualın məcrasına yönəldi və orada belə bir qərara gəldim ki, dinimizin iki sütunundan biri olan Peyğəmbərin hədisləri barəsində tarixi və metodoloci cəhətdən yalnız tələbələrimizin deyil, õàlqımızın da lazımi qədər məlumatlandırılmasına zərurət var imiş. Məhz  həmin səbəbdən bu saydakı yazımı bu mövzuya həsr etmək istədim.

Islàmdàn öncəki ilahi dinlərin təhrif olunduğunu hamımız bilirik. Bu kitabların başına gətirilənləri ən yaxşı bilən Həzrət Məhəmməd əleyhissalam, əshabınà Quranın nazil olduğu ilk illərdə hədis yazmağı qadağan etmişdi. Bunun səbəbi:

Möminlər  nazil olan ayələrlə yeni tanış olmuşdular. Onlarda ayə mentaliteti hələ yeni yaranırdı. Peyğəmbərdən eşitdikləri bir sözün ayə yoxsa hədis olduğunu ayırd etməkdə çətinlik çəkə bilərdilər. Yəni, bu iki məfhumu bir-birinə qarışdıra bilərdilər. Burada diqqət mərkəzində duran Quran ayələrini əzbərləyərək başqa sözlərlə qarışmasının qarşısını almaq idi. Bu ilk illərdə hədislər yazılmasa da,  səhabənin şəffaf yaddaşına həkk olunmuşdu. Peyğəmbər nə deyirsə, nə edirsə  edilən hər hansı məsələyə müsbət və ya mənfi reaksiya verirsə bunları eşidir, görür və ya onu rəvayət edərək danışan yoldaşlarından məlumat alırdılar. Yazmasalar da, əzbərləyirdilər. Bəlkə də yazmağın qadağan olunması hafizələrini inkişaf etdirmişdi.

Nə zaman ki, Əshabi Kiramdan artıq hafizlər yetişdi, eşidilən kəlamın ayə olub-olmadığı asanlıqla bilinən  hala gəldi, bundan sonra Peyğəmbərimiz səllallahu əleyhi və səlləm hədislərin yazılmasına icazə verdi, hətta bunu tövsiyə etdi.

“Sözümü eşidib gözəl bir şəkildə mənimsəyən və mənimsədiyi kimi başqalarına çatdıran (təbliğ edən) şəxsin Allah üzünü ağartsın” (Əbu Davud, Elm, 10; Tirmizi, Elm 7; Ibn Macə, Müqəddimə 18; Darimi; Müqəddimə 24; Əhməd Ibn Hənbəl, I, 37,III, 225, V, 183).

Qiymətli dindaşlarım!

Hədis elminin hansı mərhələlərdən keçərək bizlərə miras qaldığını əgər daha əvvəllər  oxuyub  öyrənmək imkanı əldə etmədinizsə, bu sətirləri diqqətlə oxuyun. Bundan əmin ola bilərsiniz ki, əcdadımızdan bizlərə qalan iki misli bərabəri olmayan xəzinə; Allahın kitabı və Rəsulullahın sünnəsi çox sağlam yollardan keçə-keçə günümüzə qədər gəlib çatmışdır.

Qurani-Kərimlə bağlı görülən mühüm işləri, görülən tədbirləri gələn saylarımızın birinə saxlayaraq Həzrət Peyğəmbərin həyat tərzi (sünnə) və hədisləri ilə bağlı hissəni burada araşdıracağıq.

Digər ilahi dinlərin müqəddəs kitabları da təhrif olunduğu halda, Həzrət Peyğəmbərə aid sözlər, davranışlar necə olmuş ki, bu günə kimi sağlam bir şəkildə gələ bilmişdir?

Tarixi bir həqiqətdir ki, Həzrət Peyğəmbərdən nə öncə, nə də sonra heç bir insanın həyatı onun êimi ən incə təfərrüatına qədər araşdırılmamış və bəşəriyyətə çatdırılmamışdır.

Bütün həyatı Quranın təfsiri mahiyyətində keçən Həzrət Peyğəmbərin Əshabına öyrətdiyi ən mühüm şey Ondan öyrəndiklərini başqalarına çatdırmaq vərdişi idi. Buna təbliğ də demək olar. Çünki bu təbliğ vəzifəsi də yenə Həzrət Peyğəmbərin verdiyi bir missiya idi. “Burada olanlarınız, olmayanlara (eşitdiklərini) çatdırsın”; “Çünki ola bilər ki, burada iştirak edənləriniz sözü özündən daha anlayışlı birisinə təbliğ etmiş olar.” (Buxari, fitən,8; elm 9; Tirmizi, elm 7).

Rəbbimizin endirdiyi Qurani -Kərimi şərh etmək üçün  səlahiyyət verdiyi peyğəmbərin əshabı, başlanğıcdan bəri onun hədislərinə və həyat tərzinə həddindən çox maraq göstərmiş, onları əzbərləmiş, yaşamış, onları əslinə uyğun şəkildə öyrənmək, tətbiq etmək və başqalarına çatdırmaq üçün həqiqətən böyük səy göstərmişlər.

Bir qarın yeməklə peyğəmbərin qapısından ayrılmayan Əshabi Suffə bu elmin ilk bünövrəsini qoymuşdur. Səhabələrin bir qismi günaşırı növbələşərək məscidi-nəbəviyə getmiş, gedə bilməyən qonşu, gedən qonşusundan yeni məlumatları öyrənmişdi. Məsələn: Həzrət Ömər bu ikinci qrupdandır.

Səhabələrdən sonrakı ikinci nəsil sayılan tabiun nəsli də eyni xüsusiyyətləri daşıyırdılar. Belə ki, yeni bir hədisi,  bir öncəki ravidən eşitmək üçün minlərlə kilometrlik məsafəni o günün şərtlərində  qət edərək  “rihlə” deyilən elmi axtarışların əsasını qoymuşlar. Hədisləri alarkən o qədər diqqətlə yanaşmışlar ki, təkcə bir hədisi rəvayət etmək üçün yanına gəldikləri  şəxs,  dəvəyə yem uzadaraq onu  aldatdığını gördükdə, ravinin xarakterinə mənfi qiymət vermiş və o hədisi ondan dinləyərək rəvayət etməkdən imtina etmişdilər. Bu davranışın əsasında peyğəmbərin tənbehi var . Yetmişə yaxın səhabənin rəvayət etdiyi bir mütəvatir hədisdə Peyğəmbər əleyhissalam deyir ki:

“Hər kim mənim adımdan yalan uydurarsa, cəhənnəmdəki oturacağı yerini hazırlasın.” Məhz buna görədir ki,  istər səhabə, istər tabiun (II nəsil), istərsə də təbə-tabiun (III nəsil) Həzrət Peyğəmbərə aid söz və davranışları rəvayət etməkdə əvvəllər heç kimin sistemləşdirmədiyi qaydaları formalaşdırmışdır. Ilk islam nəsillərinin bu əməyi ilə nə qədər fəxr edilsə də azdır. Qələm- kağızla işlərin görüldüyü bir dövrdə o üsulları tətbiq etmək,  kompüteri kəşf etmək qədər əhəmiyyətli idi.

Onlar hadisələri və rəvayətləri yalnız zikr etməklə kifayətlənməmişlər. Ravilərin şəxsiyyətini, etibarlılığını ən incə detallarına qədər araşdıraraq bir nəticəyə gəlməyi əsas saymışlar. Bu barədə cildlərlə müstəqil əsərlər qələmə alınmışdır.

Sənəd və mətn deyə iki hissədən ibarət olan hədisi analiz etməyə imkan verən “hədis üsulu” elmi bütün bu işlər üçün müəyyən edilmiş elmi bir qayda-qanundur. Bu üsul sayəsində bir hədis ya rədd edilir, ya da qəbul edilir.

Qəbul və ya rədd edilməsi baxımından rəvayətlər în prinsipdə analiz edilmişdir. Hədis üsulunun tənqid hədəfi  olması onun səhih olduğuna dəlalət edir. Həm də hər yetənin mən eşitdim ki, Həzrət Peyğəmbər belə demişdir deyə bilməməsi üçün, əvvəla Həzrət Peyğmbərin yuxarıdakı təhdid edici hədisi, ikincisi də olma ehtimalı mümkün olanların qəbulu və ya rədd (tədil, cərh) edilməsi mexanizmi sayəsində uydurma hədislərin qarşısı alınmış oldu.

Buna baxmayaraq yenə də hədis uyduranlar olmadımı? Əlbəttə ki, olmuşdur. Lakin biz onları yenə bu üsul sayəsində bilmək iqtidarına malikik. Belə şifahi rəvayətlərin yayılmış olduğu səhabə dövründən başlayaraq hicri dördüncü əsrə qədər olan vaxt ərzində rol oynamış, sonralar onsuz da hər şeyin qeyd edildiyi hədis kitablarında yazılı hala gətirilmişdir.

Indi isə ravilərin saf-çürük edildiyi o qeyri-adi mexanizmi nəzərdən keçirək.

1.         Ravinin hədis rəvayətində yalançılığının müəyyən edilməməsi. Əgər ràvi yàlànçı îlàrsà belə bir ravinin rəvayətinin uydurma olduğu qəbul edilmişdir.

2.         Gündəlik həyatda yalan danışdığı bilinən  birisinin rəvayətinə əsla etibar edilməz.

3.         Islamın əmr və qadağalarına tabe olmayan bir ravinin rəvayəti də qəbul edilməz.

4.         Ravinin şəxsiyyətinin və ya mənsubiyyətinin bilinməməsi səbəbindən də rəvayət mübhəm (nə olduğu dəqiq bilinməyən) qəbul edilir və ravi cərh (rədd) edilir.

5.         Ravinin bidət əhlindən olması.

6.         Rəvayətində çoxlu səhvə yol verməsi.

7.         Ravidə həddindən çox qəflət halının olması. Diqqətinin dağınıq olması.

8.         Hədisin sənəd və mətnini düzgün zənn edib bəzi xətalara yol verməsi.

9.         Hədisdə özündən daha üstün bir ravinin rəvayətinə müxalif olması.

10.       Ravinin hafizəsinin iti olmaması.Yaddan çıxararaq tez-tez õətàlàr edən şəxs olması.

Buradan göründüyü kimi əcdadlarımız, Peyğəmbər əleyhissalama aid sözləri, onun etdiklərini, onun xasiyyətini və fiziki xarakterini vəsf edən rəvayətləri, hətta onun yanında baş verməyən hadisələrə reaksiyasını və sükunətini bizlərə çatdırarkən nə qədər həssas davranmışlar. Təkcə hədis üsulu əsasında onlarla elm sahəsinin yarandığını xatırlatmaq bu məqamda yerinə düşən  bir vicdan borcumuzdur.

Bundan başqa ravilərin şəxsiyyətlərini, ləqəblərini, vətənlərini tanıdacaq elm sahələri meydana gəlmişdir. Məhz bu tədbirlər sayəsində rəvayət anarxiyasının qarşısı alınmışdır. Onu da qeyd etmək lazımdır ki, indiyə kimi sadaladığımız xüsusiyyətlər yalnız hədisin sənəd hissəsi ilə bağlı tədbirlərdir. Mətnlə bağlı hissəni gələn sayımızda çatdırmaq niyyətindəyəm.

Öncəki ümmətlər ilahi kitablarını belə qoruya bilməmişdir. Bizim kitabımızı qoruyacağına Allah özü söz verir: “Şübhəsiz Quranı Biz endirdik və onu Biz qoruyacağıq.” (Hicr 9) Lakin Peyğəmbərimizə aid hədisləri qoruyub saxlaya bilmək üçün bu ümmət özü nəsə etməli idi. Çünki, o sünnəyə çox möhtac idik və bu gün də möhtacıq.

Nəyə görə möhtacıq? Bu sualın cavabı çox geniş bir mövzunu əhatə edir. Bundan başqa bəzi maraqlı suallar da soruşurlar. Məsələn, bu rəvayət Buxaridə, Müslümdə varmı? Uydurma rəvayətləri necə tanımaq olar? kimi. Gələn sayımızda bu məsələlərə toxunmaq arzusu ilə.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz