İxlas - Dinin Özünü Yaşamaq
Təmizlənmək, saf olmaq və s. kimi mənalar daşıyan “xülus” kökündən törəyən ixlas məfhumu “bir şeyi onu qarışdıran və onun dəyərini itirən şeylərdən təmizləmək” mənàsına gəlir.
Termin olaraq ixlas “qulun bütün davranış və sözlərində yàlnız Allahın rizasını əsàs götürməsidir”. Məhz bu anlayışı mənimsəyən insan “muxlis” ola bilər.
Ixlasın ziddi işrakdır. Işrak şirk qoşmaq deməkdir. Ixlaslı olmayan “müşrik” adlanır. Ixlasın dərmanı qəlbə hakim olan nəfsin həzzlərini ortadan qaldırmaq, tamahkarlığı yox etmək və axirətə yönəlməkdir.
Bu gün müsəlmanların ən böyük problemlerindən biri də məhz dində ixlasla Allaha yönəlməmələridir. Ixlas şəkilçilikdən daha çox mənaya nüfuz edərək dini yaşamaqdır. Əgər bir insan şəkli aşaraq mənaya nüfuz edə bilmirsə, o zaman o ixlaslı bir müsəlman ola bilməz. Çünki şəkil və məna bir bütündür. Şəkil önəmlidirsə, məna ondan qat-qat önəmlidir.
Bir insan Islamı qəbul edərkən ilk söylədiyi ifadə kəlməyi-şəhadətdir. Amma unutmamaq lazımdır ki, sadəcə kəlməyi-şəhadəti söyləyən müsəlman olmaz. Kəlməyi-şəhadətin mənasına inanan insan müsəlman olar. Yəni ixlaslı, başqa sözlə desək, şüurlu bir müsəlman olar. Müsəlman etdiyi ibadətlərin şüurunda olan insandır. Əgər etdiyi ibadətlər onun şüuruna yerləşməmişsə bu ibadət deyildir və bu ibadətlər onu Allaha yaxınlaşdırmaz, əksinə onu şeytana yaxınlaşdırar. Çünki ibadətin ruhu ixlasdır. Ixlassız əməlin, əməlsiz də ixlasın qula heç bir faydası yoxdur. Bununla bərabər ixlassız əməl, əməlsiz ixlasdan daha pisdir. Çünki hər şeyə dəyər qazandıran ixlasdır.
Imanını sırf Allaha həsr edən insan bütün həyatını Onun yoluna fəda edər, ixlasla sadəcə Ona bağlanàr. Onun Allaha olan bağlılığı o qədər güclüdür ki, hər bir şeyi Onun üçün fəda etməyə hazırdır: “Biz Kitabı sizə haqq olaraq nazil etdik. Dini ancaq Allaha xas edərək, Ona ibadət et!” (Zümər 2)
Dində ixlasla yàlnız Allaha yönəlmək prinsipi dəyişməz bir həqiqətdir. Çünki bu, àncàq Allahın haqqıdır. Ibadətə layiq olan yàlnız Odur və təêcə Ona itaət edilməlidir. Allaha ibadəti rədd edib, başqalarına itaət edən şəxs cəhàlətdədir. Əgər o Allaha ibadət etməklə yanaşı, başqalarına da ibadət edirsə bu, şirkdir. Bir nəfər Hz. Peyğəmbərdən soruşur: "Əgər biz mallarımızı şan-şöhrət üçün sədəqə olaraq versək, Allah bizə bir mükafat verərmi?”. Hz. Peyğəmbər: "Xeyr,"- deyə cevab verir. Bu dəfə o şəxs: «Həm Allah rizası, həm də şan- şöhrət üçün sədəqə versək nåcə?»-deyə soruşur. Hz. Peyğəmbər belə cavab verir: "Allah xalis şəkildə yàlnız öz rizası üçün edilməmiş heç bir əməli qəbul etməz". Böyük Islam alimlərindən olan Susinin dediyi kimi “Ixlas, ixlası görməməkdir. Ixlasında ixlası görənin ixlası ixlasa möhtacdır”.
Insanın özünü yoraraq etdiyi elə əməllər vardır ki, Allah rizası üçün etdiyini zənn edər. Amma î yanılır. Necə ki, biri bu haqda belə deyir: “Məsciddə birinci səfdə qıldığım otuz illik namazları qəza etdim. Çünki bir gün üzürlü olduğum üçün əvvəlcədən məscidə gedə bilmədim. Buna görə də, ikinci səfdə namaz qılmaq məcburiyyətində qaldım. Amma çox utandım, məni ikinci səfdə gördülər deyə narahat oldum. Beləcə namazlarımı birinci səfdə qıldığım üçün zövq aldığımı, qəlbimin heç hiss etmədiyim bir yerdən hüzurlu olduğunu anladım”.
Dini yalnız Allaha məxsuslaşdırma, dillə söylənən bir sözdən ibarət deyildir. Bu, nöqsansız bir həyat proqramıdır. Həyatın bütün mərhələlərində bu proqram tətbiq edilməlidir. Allaha ixlasla yönələn qəlb yalnız Ona boyun əyər. Ondan başqa heç kimə boyun əyməz və başqasından håç bir şey istəməz. Onu tərk edib, Onun yaratdıqlarından heç birinə güvənməz. Allaha ixlasla yönəlmənin təsiri yàlnız insanın düşüncələrində ortaya çıxmaz. Bu təsirlər onun həyat tərzində və davranışlarında da özünü göstərməlidir. Elm toxum, əməl isə əkindir. Bu əkinin suyu isə ixlasdır.
ŞƏRHLƏR