Həqiqi Hürriyyət

Həqiqi Hürriyyət

Hürr əsirin ziddidir. Istəməyərək bir başqasının düşüncəsinin təsirində qalmaq bir əsarətdir. “Mən elə düşünmürəm” deyə bilən başqasının əsarətində deyildir..

 O halda əsarətdən, köləlikdən xilas olmaq hürriyətə qovuşmaq demək deyilmi?

 

Hürriyyət hər şeydən əvvəl insanın daxili məsələsidir. Bu åyni zàmàndà ruh məsələsidir.

Varlığımız hürriyyətsiz təsəvvür edilə bilməz. Fikri mübahisələri ilə hüriyyəti lüzumsuz göstərməyə çalışanlar bunu edərkən belə hürr düşüncə ilə hərəkət etdiklərini hiss etməyənlərdir. Insan ya hürr olacaq, ya da heç olmayacaq...

Insanın labàrîtoriya şəraitində mənəvi və maddi olaraq  varlığını incələmək mümkünmü? Onu, varlıq şərti olan cəmiyyət içində tədqiq etməyə məcbursunuz. Elə bir cəmiyyətdə ki, hürriyyətin mahiyyəti tam dərk edilə bilinməsin. Bu səbəbdən də hürriyyət məsələsi bir labirint kimidir. Hardan girilib, hardan çıxılacağı məlum deyil. Çünki cəmiyyət çox qarışıqdır. Cəmiyyət mütəmadi olaraq  düşüncələrin və fəlsəfələrin təsiri ilə müsbət və ya mənfi surətdə dəyişikliyə məruz qalır. Bu da öz növbəsində hürriyyət məfhumunun başa düşülməsini bir xeyli çətinləşdirir.

Hürriyyətlə əlaqəli çox sayda müxtəlif təriflər verilib. Amma yenə də bunlar subyektivlik çərçivəsindən kənara çıxa bilmir. Materialist görüş xaricində, müxtəlif hürriyyət anlayışlarının hamısında da müştərək olan və hamısının da qəbul etdiyi bir nöqətə vardır: “hürriyyət insanın doğuluşundan sahib olduğu bir xassədir”. Bu anlayış reform hərəkətlərinin fikirlərə gətirdiyi işıq və aydınlıq sayəsində yayılmış və özünəməxsus bir yer tutmağa başlamışdır.

Hürr olmaq, öz həyatını birbaşa sərbəst nizamlamaq və bunu maddi və mənəvi olaraq bàcàrmàqdır.

Istər Böyük Fransa inqilabı, istərsə də Amerika Müstəqillik Bəyannaməsi hürriyyətin keyfiyyəti və mahiyyəti məsələsində eyni mövqedən çıxış etmişdir. Praktikada təêcə Fransa və Amerikada deyil bütün cəmiyyətlərdə hürriyyətin özünü tanıtmaq istəyi müqavimət sayəsində mümkün olmuşdur. Şübhəsiz hürriyyət yalnız müqavimət demək deyildir. Cəmiyyətlər uzun müddət öz hürriyyətlərini əldə edə bilməê üçün nə qədər müqavimət yolunu üstün tutdulàrsà da, ancaq bu müqavimətin daha çox düşüncə, fəlsəfə və  fikir müstəvsində göstərilməsi effektiv nəticələr verə bilmişdir. Günümüzdə bir parçasını təşkil etdiyimiz bu dünyanın son dərəcə inkişaf etmiş bir sferasının keçmişinə baxdıqda, qeyd etdiyimiz hürriyyəti əldə etmək üçün daha çox ikinci yolun seçildiyinin şahidi oluruq.

“Hürriyyət bir müqavimətdir” deyildikdə başa düşülən məna “başqalarının düşüncəsindən fərqli düşünmə iqtidarı” olmalıdır. Başqaları tərəfindən irəli sürülən müxtəlif fikirlərdən birinə və ya digərinə dəyər verə bilmə ixtiyarı olmalıdır. Bu da, təbii ki, seçməklə olur. Demək ki, hürriyyət eyni zamanda seçə bilməkdir.

Irəliləyiş və inkişaf olduğu kimi qalmamaq, daha yaxşıya doğru dəyişmək deməkdir. Bunun üçün əsas olaraq düşüncənin donmuş vəziyyətdə olmaması zərurət təşkil edir. Bəşəriyyət insanın yer üzərindəki zühuruna dayanan tarixdən etibarən hər zaman daha yaxşı bir varlıq və həyat şəraiti təmin edə bilmək uğrunda mübarizəni davam etdirmişdir. Rahatlıq, təhlükəsizlik, rifah və bir sözlə səadət arxasınca getməyə iştahlı olmuşdur. Bu məqsədinə çata bilmək üçün insan, mövcud olan bir çox şeyi dəyişdirməyə məcbur qalır. Bunu da edə bilmək üçün  düşüncəsini hərəkətə keçirir. Ağlındakı düşüncələrini kəşf və icad edirmiş kimi həyata keçirməyə çalışır. Nəticədə ona, bunu həyata keçirməsi üçün ixtiyar və hürriyyət verilir. Demək ki, hürriyyətin açarı insanın yeni bir şeyi, mövcud olandan daha fərqli surətdə düşünə bilməsidir. Mütəfəkkirlər də hürriyyəti izah etmək üçün bu məfhumda bəşəri inkişaf ünsürünü əsas görürlər və “hürriyyət insan səadətini təmin edəcək şərtlərdə hər hansı təzyiqin olmaması, imkanların məhdudlaşdırılmamasıdır”- deyirlər.

Hürr əsirin ziddidir. Istəməyərək bir başqasının düşüncəsinin təsirində qalmaq bir əsarətdir. “Mən elə düşünmürəm” deyə bilən başqasının əsarətində deyildir. O halda əsarətdən, köləlikdən xilas olmaq hürriyyətə qovuşmaq demək deyilmi? Insanın maddi əsarətdən qurtulmasını təmin etmək kifayət etməz. Əsas məsələ insanın daxili əsarətindən xilas olub-olmamasıdır. Çünkü ən qorxulu əsarət məhz odur. Və onun təsirindən azad olmaq bir o qədər asan deyil.

Insan istəmədiyi halda bir hərəkəti etməsi üçün təzyiqə məruz qaldığı və ya istədiyi bir işi görməsinə mane olunduğu zaman hürriyyətini itirir. Lakin, istədiyi kimi hərəkətləri başı-boş buraxıldıqda anarxiyaya düşmə təhlükəsi ilə qàrşılàşır. Bu özbàşnàlığın qarşısının alınması isə dövlət tərəfindən qoyulmuş qayda və qanunların icrası ilə mümkün olur. Bu zaman Alman filosofu Hegelin “hürriyyət qanuna itaətdir” sözü həqiqət kimi qarşımıza çıxır. Ancaq bu anlayış da öz növbəsində hürriyyətin qanun yolu ilə ortadan qaldırılması düşüncəsinin ortaya çıxmasına şərait yaradır. Qanunun isə əsas missiyası hüriyyətin qorunmasıdır. Hürriyyətləri məhdudlaşdırmaq deyil....

Hürriyyət hər zaman və məkanda qazanılması ən çox arzulanan nemət olmuşdur. Ancaq bir o qədər də məşəqqət tələb edən bir arzudur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz