“MÜASİR” AİLƏ MODELİ

“MÜASİR” AİLƏ MODELİ

     Cəmiyyətimizdə ən çox diqqət çəkən aktual problemlərdən biri də “müasir” ailə anlayışıdır. Səbəbi bir çox yerdən qaynaqlanan “müasir” ailə anlayışının problemləri dünyanın hər bir yerində bitib tükənmək bilmir. Demək olar ki, hər gün efirlərdə, mətbuatda bu problemlər səslənir, problemin içərisində olanlar telekanallara üz tutub özlərinə çıxış yolu axtarırlar. Öz dərdlərini başqalarına danışırlar ki, kimlərsə onlara yardım əlini uzatsın və dərdlərinə şərik olsun.

    Hörmətli oxucu, mən də gündəmdə olan “müasir” ailə problemlərini nəzərə alıb müəyyən arqumetlərə əsaslanaraq öz şəxsi fikirlərimi sizlərlə bölüşmək istəyirəm. Turizm məqsədi ilə xarici ölkələri gəzənlər, öz evində xarici telekanallardakı kino və verilişləri izləyənlərin bəziləri çox vaxt həyat tərzlərini avropalılarla eyniləşdirmək istəyirlər. Beləliklə, bəzi ailələrin müasirləşmək istəyi reallaşır. Daxili azadlıq arzusu ilə ailə üzvləri fərdlərə bölünür, ər və arvad münasibətləri soyuyur. Bu səbəbdən bir çox ailələrdə boşanmalar yaranır. Reallığı qəbul edən hər iki tərəf “müasirliyin” arzuolunmaz fəsadlarının qurbanına çevrilirlər. Hal-hazırda yaşadığımız ölkədə bu cür həyat tərzi yaşayan insanların sayı az deyil.

      Müasir dünyamızın müasir elm insanları isə bu cür ailələri müasirlikdən kənar sayır. Çünki ailə cəmiyyətin əsas strukturu sayıldığı üçün ər və arvad münasibəti ilə ailə hər cür təhlükədən qorunmalıdır. Əks təqdirdə problemli ailələrin özü də cəmiyyət üçün təhlükə sayıla bilər. Ailədəki müasirlik isə elm və təhsilin öyrənilməsi, müasir texniki avadanlıqların istifadə bacarığıdır. Bir növ bu müasirlik zamanənin tələbidir. Lakin heç bir dünya mədəniyyəti ailədəki boşanmanı müasirlik saymır. Əksinə həmişə ailənin dağılmamasına qarşı mübarizə aparır.

      Göründüyü kimi, özünü kimlərəsə bənzətmək və başqalarının həyat tərzini mənimsəmək heç də ailə üçün müasirlik sayıla bilməz. Ona görə ki, dünyanın mütəfəkkir və elm adamları hesab edirlər ki, sağlam cəmiyyət sağlam ailələrdən formalaşır.

      Cəmiyyətmizdə “Müasir ailə” anlayışına hər kəsin fikri birmənalı deyil. Hər bir insanın yetişdiyi ailədən və dünya görüşündən aslı olaraq bu haqda müxtəlif fikirlərlə rastlaşa bilərik. Hətta bəziləri boşanmanı, tənha yaşamağı və s. kimi buna bənzər həyat tərzini müasirlik hesab edir. Məlum məsələdir ki, bu cür insanlar öz səhvlərini nə vaxtsa dərk edirlər. Onda da hər şey gec olur. Ehtiyac hiss edib öz yaxın və doğmalarını axtarırlar. Onlara kimsə sahib çıxmayanda yaşadıqlar; həyat tərzi onlar üçün qəlizləşir. Sonradan onlar yol kənarında çörək pulu dilənir və bəziləri də səfil həyat yaşayırlar. Demək olar ki, hər gün yaşadığımız şəhərdə bu cür insanlarla rastlaşırıq.

     "Ailə kiçik bir dövlətdir" deyənlər fikirlərində yanılmırlar. Həqiqətən, bu belədir. Ailənin qoruyucusu, idarəçisi və tərbiyəçisi valideynlər sayılır. Əgər valideynlərdə hər hansı bir qüsur olarsa, uşaq özünə başqa idarəçi, başqa rəhbər seçir. Ona görə də ailədaxili münasibətlərdə ehtiyatlı davranmaq və kollektivlik etikasına riayət etmək lazımdır. Atalıq və analıq pirinsipinə sadiq qalaraq valideynlər özlərini ailədə doğrultmalıdır. Övladları onlardan aldığı tərbiyəni mənimsəməlidir. Ailə çərçivəsində qoyulan qanunlara hər bir valideyn əməl etməyə məcburdur. Çünki dövlət sturukturlarının iş vakansiyalarına müraciət edəndə ailə tərkibi nəzərə alınır. Əgər ailədə hər hansı bir qopuqluq olursa, həmin ailə üzvləri müəyyən problemlərlə üzləşir. Bu da o deməkdir ki, ailənin təməli sağlam olmalıdır. Nəsil şəcərəsini hər kəs qorumalıdır. Həmçinin ailə namus və şərəfini qorumaqla özünə toxunulmazlıq hüququnu qazandırır.

        Ən çox bu cür problemlərlə üzləşən Qərb ölkələridir. Qərb ölkələrinin qabaqcılları ölkədəki boşanma hallarının sayını azaltmaq üçün problemdən Ailə modelləri içərisində ideallığa yaxın ailələr Şərq üslublu ailələr sayılır. Şərq üslublu ailələr İslam meyarları çərçivəsində qurulduğu üçün ailədəki sevgi özünü doğruldur və cəmiyyət üçün hər baxımdan yararlı övladlar yetişdirilir. Hətta kiçik daxmalarda qurulan ailələr və bu ailələrdə  doğulan uşaqlar ana adı ilə vətən adını bir tutur və valideynlərinin qarşısında daim baş əyir. Bu mədəniyyət bütün Şərq ölkələrinə başucalığı gətirir.

        Müasir və klassik ailə üslubu isə Qərb ölkərinin mədəniyyətinin dünyaya təzahürüdür. Müasir ailə deyildikdə şəhər və qəsəbələr nəzərdə tutulur, klassik ailə üslubları isə kənd ailələri hesab edilir. Əslində onların da özlərinə görə ailə mədəniyyətinə mənsub müxtəlif qayda-qanunları var. Avropada daha çox kübar ailələr müasir hesab edilir. Bu baxımdan kübar ailələrdə nəsil şəcərəsi baxımından problemləri olmur. Bu da o deməkdir ki, ailədə nümunəlik əsas şərtlərdəndir.

        Bu gün özlərini cəmiyyətdə “müasir” ailə adlandıranlar bilməlidirlər ki, həyatlarını təhlükəyə atmış olurlar. Həmçinin ailəsindən ayrılmağa səbəb axtaranlar “müasir” həyat yaşamaq arzusunda olanlar, avropalılara bənzəmək istəyənlər ilk öncə bütün ölkələrin ailə mədəniyyəti ilə tanış olmalıdırlar. Onda özləri dərk edəcəklər ki, istər Şərqin, istərsə də Qərbin və Avropanın sağlam ailələri cəmiyyətə hansı töhfələri bəxş edir. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz