BİR AYƏ

BİR AYƏ

وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ

Rum, 30/21

“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!”

    Uca Yaradan dünya həyatının düzgün nizamlanması üçün müxtəlif canlılar və qeyri-canlılar xəlq etmişdir. Gözlə görünən və ya görünməyən... Ancaq bunlar içərisində insanı xüsusi bir şəkildə, həm də “ən gözəl şəkildə” (əhsəni-təqvim) yaratmışdır. Məqxluqat da öz növbəsində də cinslər və qütblər şəklində kateqoriyalaşdırılmışdır sanki... Məhz yuxarıda qeyd etdiyimiz ayədə də bu həqiqət vurğulanmış və insanların qadın və kişi olaraq iki cins halında yaradılmasının Uca Yaradanın varlıq və qüdrət əlaməti kimi diqqətimizə çatdırılmışdır

    Həmçinin bu məqamda Allahın ucalığının dəlillərindən, əşyanın təbiətə məhkum olmayıb, təbiətlər üzərində hakim və onun üçün ölümdən sonra diriltməyə də qadir olduğuna işarə edən əlamətlər vardır. Ayədə də təmas edildiyi kimi cinslər arasında ülfət və ünsiyyət və həmçinin bunun nəticəsi kimi meyl edib yaxınlıq quraraq yaşam tərzinin təmin edilməsi əsas məqsədə xidmət edir. Bunun əksi əlbəttə, mümkün deyildir. Hər yaradalış öz daxilində cinsiyyət fərqliliyi göstərir. Bunun əksi olsaydı, yaradılış məqsədinə zidd bir vəziyyət ortaya çıxardı. Çünki bir kişinin və ya qadının ülfət və ünsiyyət qurması üçün başqa növ yaradılışlara köklü bir şəkildə meyl etməsi mümkün deyildir. 

    Beləliklə həm aramızda sevgi və mərhəmət təsis edərək evlənmə vasitəsilə elə insani sevgi və bağlanma yaratmışdır ki, bununla hər cür çətinlik və məşəqqətin öhdəsindən gəlmək müyəssər olmuşdur bəşər övladına.

    Allah insana zövc və zövcələr, uşaqlar, nəvə nəticə kimi bəhrələr bəxş edərkən onları bəsləyib cəmiyyətə yararlı səviyyəyə gətirməmiz və münkər olan şeylərdən (pis) uzaq tutmağımız üçün pak və təmiz ruzilər hazırlayıb verərək halalından qazanıb məişətimizi təmin etməmizi istəmişdir. İnsanların ruh və daxili aləmləri qaralmasın, vicdanları sızlamasın, əxlaqları pozulmasın deyə zərərli şeyləri də haram buyurmuşdur. Allah şübhəsiz bu hökmləri ilə daha çox sosial həyatda uçurumlar meydana gəlməməsi üçün, sağlam nəsil yetişməsi üçün ailə qurumunun düzgün idarə edilməsini istəmişdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz