MÖMİNLƏRİN ANASI

MÖMİNLƏRİN ANASI

     Uca Allah Qurani-Kərimdə belə buyurur:

     “Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. (Möminlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun xanımları (möminlərin) analarıdır”.  (əl-Əhzab, 6)

     “Allahın evlərinizdə oxunan ayələrini (Quranı) və hikməti (Peyğəmbərin qoyduğu qayda-qanunu) xatırlayın. Allah (möminlərə) lütfkardır, (bəndələrinin bütün əməllərindən) xəbərdardır!”. (əl-Əhzab, 34)

     Allah-Təala (c.c) hər şeydən öncə Peyğəmbərimiz Muhamməd əleyhissalamın mübarək nurunu yaratdı. Əshabi-Kiramdan Cabir bin Abdullah bir gün: -Ya Rəsulallah! Allahın (c.c) hər şeydən əvvəl yaratdığı şey nədir?- deyə soruşduqda Allah Rəsulu (s.ə.s) belə cavab vermişdi: -Rəbbim hər şeydən əvvəl sənin peyğəmbərinin, yəni mənim nurumu öz nurundan yaratdı. O zaman lövh, qələm, cənnət, cəhənnəm, mələk, səmalar, yer üzü, günəş, ay, insan və cinlər yox idi.

     İlahi yaranışın ağılalmaz heyranlıqları içərisində qərar tutan və bütün aləmlərə rəhmət qaynağı olan Muhammədi nurun əhatəli şəkildə tanınması insan övladı üçün ilahi hikmət naxışlarının seyr və təfəkkürünü asanlaşdıran bir gözəllikdir. “Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır” -deyə səslənən ilahi bəyənatın qəlbləri silkələyəcək məna dəyərlərinə  nüfuz edənlər çox gözəl dərk edirlər ki, hər şey Rəsulullahın nurundan var edildiyinə görə əsl mənada canlılığı və ilahi hüzur qarşısındakı diriliyini də məhz bu nura edəcəyi təmas qədər saxlayacaqdır. Məhz Muhammədi nurun insanı əbədi səadətin zirvələrinə aparacaq bir irfan qaynağı olması bu nura hər cəhdlə yaxınlaşma təşəbbüslərinə qüvvət qazandıran başlıca amildir. Bu təşəbbüslərin mükəmməl bir şəkil almasını ərz edən həyat nümunələri səhabə toplumunun seçkin simaları olan Peyğəmbər xanımlarında özünün ən ali təcəssümünü tapmışdır. Aişə binti Əbu Bəkr Habibətü Habibillah, yəni Əbu Bəkrin qızı Allahına qulluq, Rəsulullaha vəfa və müsəlman ümmətinə qarşı sonsuz mərhəmət həyəcanına bürünmüş həyatı, Muhammədi dirilik nurunun qəlblərə verdiyi mərifəti sərgiləyən bir nümunədir. Rəvayət edildiyinə görə bir gün Allah Rəsulu Hz. Aişə anamıza yönələrək bunları soruşmuşdu:

     - Ey möminləri anası! Sən axirətin dəhşət verici, tükürpədici, gərgin məqamlarında ümmətimin günahkarlarına necə yardım edəcəksən? Hz. Aişə (r.a): Elə bir gündə ümmətin mənə möhtac olmaz, ya Rəsulallah- dedi. Rəsulullah (s.ə.s): Əgər möhtac olarlarsa, nə edəcəksən? Hz. Aişə (r.a): -Sizə söyləmərəm. Peyğəmbərimiz (s.ə.s): Onda atana söylə. Hz.Aişə (r.a): -Ona da söyləmərəm. Peyğəmbərimiz (s.ə.s): -Onda Ömərə söylə. Hz.Aişə (r.a): -Söyləmərəm. Peyğəmbərimiz (s.ə.s): -Onda Osmana söylə. Hz.Aişə (r.a): -Söyləmərəm. Peyğəmbərimiz (s.ə.s): Əliyə (r.a) söylə. Hz. Aişə (r.a): -Ona da söyləmərəm. Peyğəmbərimiz (s.ə.s): Fatiməyə söylə. Hz.Aişə (r.a): -Söyləmərəm. Bunun qarşısında Peyğəmbərimiz (s.ə.s): -Yaxşı bəs kimə söyləyərsən? Hz.Aişə (r.a): -Allaha (c.c) söyləyərəm- dedi və qalxaraq otağına getdi. İlahi əzəmət qarşısında bütün varlığını müdhiş bir təslimiyyət  və məhviyyət iqliminə yüksəldərək Rəbbinə yalvarmağa başladı:

     “Ya İlahi! Səndən məni möminlərin anası edib möminlərin şəfqətini qəlbimə əmanət etməni dilədiyim zaman, məni onların anası etdin. Onların məhəbbətlərini də qəlbimə yerləşdirdin. Heç bir ana övladının cəhənnəmə girməsinə razı olmaz. Ya övladlarımı mənimlə cənnətə göndər, bu mümkün deyilsə, məni də onlarla birlikdə cəhənnəmə göndər”...

   Bunları söyləyərək inanılmaz bir iztirab və göz yaşlarına qərq oldu. Elə həmin sırada bütün kainatda bir sayha duyuldu və Cəbrayıl əliyhissalam görünərək bu müjdəni verdi:

     -“...Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir”. (əl-İnsan, 21)

     Səhərə qədər ümməti üçün Rəbbinin rizasını, rəhmətini, mərhəmətini, bağışlanmasını diləyərək yalvaran Allah Rəsulunun canlı şahidi və canlı təqibçisi olan və gecələri sabaha qədər günahkar qullarının əfvi üçün göz yaşı tökən, gündüzlər də əlində nə varsa hamısını yoxsul və kimsəsizlərə paylayan, xəstələri, dulları, yetimləri ziyarət edərək onların könüllərini alan Hz. Əbu Bəkrin bir parçası olan Hz. Aişə (r.a) anamızın ümmətinə duyduğu analıq hissləri Allahın (c.c) qullarına olan şəfqət və mərhəmət təcəllilərinin ana qəlbində yaratdığı möhtəşəm bir fədakarlıq əsəridir. Anamızın axıtdığı o göz yaşları isə... Onların qiymətini Allah Rəsulu (s.ə.s) belə acıqlayır:

     “Tökülən yaşlar səbəbi ilə ağaran və zəifləyən bir gözün yanmasını Allah (c.c) cəhənnəmə haram qılar. Cəhənnəm Allah üçün yaş tökən gözləri əsla yandırmaz. Hər yaxşı əməlin bir savabı vardır, Allah üçün tökülən göz yaşlarının qarşılığı isə cəhənnəm alovunu söndürməsidir. Əgər ağlayan kimsə acıdığı ümmətlərdən bir ümmət üçün ağlayarsa, o ümmət bağışlanar. Göz yaşına dəyər yoxdur və onunla atəşdən olan dənizlər söndürər”.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz