İNSAN...
İnsan sirli və mücərrəd bir varlıqdır və onun daxilində min cür məna gizlənir. Kənardan hər hansı bir insana baxanda insan varlığını eyni simada görürük. Hər bir insanın iki əli, iki gözü və’s eynidir. Lakin zahiri baxımından insanın daxili fərqlidir. Ona görə də insanı zahiri baxımından deyil, çox vaxt daxili baxımından qiymətləndirirlər. Bir insanın ürəyində nələr düşündüyünü və nə hislər keçirdiyini dəqiq bilməsək də, onun düşüncəsini zahiri görkəmindən anlamağa çalışırıq. Şüurumuzda hər hansı bir insanı analiz etdikdən sonra həmin insana diaqnoz qoyuruq. Beləliklə yaxşı və pis insan fenomeni ortaya çıxmış olur. Həmçinin beynimizdə formalaşdırdığımız insan fenomeninin yaxşı və pis insan olduğunu gün ərzində etdiyi əməli baxımından da qiymətləndiririk. Fikirləşirik ki, insan daxilində nəyi düşünürsə, onu zahirində əks etdirir. Normal insan timsalında bunları analiz etmək mümkündür. Bunu nəzəriyyə olaraq düşünsək, hər gün yüzlərlə insan rastımıza çıxır. Onlardan yalnız bir neçəsi diqqətimizi çəkir və hal və hərəkətləri, bəzən də həmin insanın bir sözü o insanın kimliyi haqqında beyimizdə düşüncə formalaşdırır.
Yaxşı insan fenomenini bəzən insanlar müxtəlif cür başa düşürlər. Kimisinə görə yaxşı insan xasiyyəti, əxlaq və davranışları, səmimiyyəti əsas sayılır. Kimisinə görə də yaxşı insan olmaq üçün insanlara yaxşılıq edib, onların hörmətini qazanmalısan. Belə bir düşüncə formalaşır ki, sənin yaxşı insan olduğunu insanlar qiymətləndirməlidi. Yəqin ki, bu haqda müxtəlif cür düşünən insanlar var.
Aparılan araşdırmalara görə yaxşı insan olmaq hər bir insan üçün maraqlıdır. Demək olar ki, insanların əksəriyyəti yaxşılıqa doğuru addım atır. Bunu həyatı misalarla izah edə bilərik: Tacir dükanında kasıba malı ucuz satmağı, zəginin kasıbı doyuzdurmağı və insanların xeyirdə, şərdə bir-birlərinə əl tutmaları insanlar arasında yaxşılıq yaxşı insan kimi qiymətləndirilir. İnsanlar öz aralarında belə bir obraz yaradırlar ki, etdikləri yaxşılıq göz qabağında olsun. Hətta özünü yaxşi insan kimi göstərmək istəyən insanlar, öz etdiyi yaxşılıqları xalq arasında reklam elətdirirlər ki, insanlar onun xeyirxah insan kimi tanısın. Dövrümüzlə əlaqəli bu cür düşünən insanlardan statlar gətirə bilərik. Cəmiyyətdə bu cür xarakterli insanlar özlərində ki, bu xüsusiyyətlərini insanlara görsətməyə çalışırlar. Ona görə ki, pis insan fenomeni insanlar arasında bir mənalı qarşılanmır və heç kəs bu xüsusiyyəti özündə görmək istəmir.
İnsan xarakterindən asli olaraq, pis insan obrazı həm daxili və zahiri baxımdan iki yerə ayrıl Ən çox nəfsinin düşkünü olan və daxilində paxıllıq hissi olan insanlar,
düşüncələrəini daxilində gizli saxalaya bilmədikləri üçün cəmiyyətdə pis insan kimi tanınırlar. Pisxologiya alimlərinin əksəriyyəti bunu xəstəlik kimi qiymətləndirir. Çünki insan nəfsinin qulu olanda, nəfsini təmin etmək üçün gördüyü işlər xoşa gəlməz vərdiş halına gəlir və sağalmaz bir xəstəliyə çevrilir. Zahiri baxımdan isə pis insan obrazı əxlaqsızlıq, oğurluq, cinayət və’s hadisələri kimi ölçülür. Pis insan timsalında hər kəsə bu cür xarakterli insanlara lənət və nifrət edir.
İslam dininə görə, yaxşı və pis insan fenomeni Quran və sünnəylə ölçülür və yaxşı insan mömin, pis insan isə kafir kimi qiymətləndirilir. Təbii ki, yaxşı insan fenomenina aid olan bütün müsbət xüsusiyyətlər möminə məxsus sifətlərdən sayılır. Bu səbəbdən də mömin insan hər bir yaxşı əməli ilə Allahın əmrinə tabe olmuş insanlardan olur. Mömin olan hərkəs istər zahiri istərsə də daxili baxımından niyətini ancaq Allah üçün edir. Sözsüz ki, mömin insan “yaxşı insan” olmağın bariz nümunəsi Hz. Peyğəmbərimiz (s) sayılır. Hələ o, gənc ikən insanlar arasında ona Muhəmmədül əmin deyirdilər. O, bu adı özü qazanmışdı. Hər kəs onu bu adla çağırırdı və insanlar ona sevgi bəsləyirdilər. Bütün möminə məxsus sifətlər onda təcəlli etmişdi. O, yaxşı insan timsalında möminlük dərəcəsini Allaha yaxınlıq saymışdı və bütün mənfi sifətləri mömündən uzaqlaşdırmışdı. Hələ də islam sevərlər Hz. Mühəmməd ( s) əxalaqınını qəlblərində yaşadırlar. Ona Allahın yaratdığı ən gözəl insan deyirlər. Bəzilərinə görə o, çox yaxşı insan idi, amma o, özünə heç vaxt yaxşı insan demədi. Çünki o, özünə mömin deyirdi. Ona görəki mömin etdiyi hər bir yaxşılıq Allah üçündür. Möminin əməlləri heç biri reklam xarakterini daşımır, insanlardan hörmət, mənfət umulmur yalnız etdiyin yaxşılıqların qarşılığını insana Allah verir.
Kafir insan “pis insan” Allahın sevmədiyi insan... İnsan əməl və davranışlarında müstəqil olduğu üçün, Allaha şərik qoşmaqla, həmçinin nəfsinə qul olmaqla bu yolu seçir. Əslində bu cür insanların həyatı mənasız olur. Bu xarakterli insanlar ehtiyac sahibi olan insana kömək etməkdənsə onu ələ salmaqdan həzz alır. Bir zamanlar Hz. Muhəmmədin (s) dövründə yaşamış və Allahın lənətini qazanmış Əbu Ləhəb və’s kimləri günümüzdə hal-hazırda başqa bir adla yaşayırlar. Hər nə qədər yaxşlıq etsələrdə, etdiyi yaxşılıqların onlara heç bir faydası dəymir.
Yuxarıda insan haqqında düşüncələrimizi sizlərnən bölüşdük. Yaxş və pis insan, mömin və kafir müqayisəsində fikrimizi sizə çatdırmaq istədik.
Sadəcə onu deyə bilərəm ki, insanlıqa düşən əsas vəzifə hər kəs öz həyat yolunu düzgün seçməsidir. Ağıl və şüur sahibi olan insan üçün istədiyi həyatı yaşamaq öz əlindədi.
ŞƏRHLƏR