ATƏŞDƏN UZAQ TUTUN

ATƏŞDƏN UZAQ TUTUN

İş yerimdə müəllim yoldaşlarımla söhbət edərkən gözüm əlimdə tutduğum gödəkçəmin içərisindəki “Ateşten uzak tutunuz” yazısına sataşdı.

Ateşten uzak tutunuz ?!

Sanki bir şimşək çaxdı ruhumda. Bir anda mənliyimi qorxu sardı.

Dəmirçi dükanının yanından keçərkən dəmir səsinin ona Allahı xatırlatdığı üçün o an düşüb bayılan böyük Allah dostu Bəyazit Bistaminın halı gəldi gözlərimin önünə.  

Və düşüncəyə daldım.

 Deməli istehsalçı firma öz məhsulunu düşünür, onu oddan qorumağı tələb edirdı. Axı məni xəlq edən uca Yaradan da mənə əmanət etdiyi bu bədənimi oddan qorumamı istəyirdi. Məni, ailəmi, və sevdiklərimi.

Insan yaradılandan bəri gələn bütün peyğəmbərlər də, bunu bildirmirdilərmi? Bəşər övladını  “atəşdən qorunmaları” üçün xəbərdarlıq etmirdilərmi? Peygəmbərimiz də ümməti üçün bunu istəmirdimi.

Numan bin Bəşir nəql edir: “Bir gün Rəsulullahın (səv) xütbədə belə dediyini eşitdim. “Sizə atəşlə xəbərdarlıq edirəm. Sizə atəşlə xəbərdarlıq edirəm Sizə atəşlə xəbərdarlıq edirəm” Bu sözləri elə yüksək səslə deyirdi ki burda desə, bu bazardakı hər kəs eşidərdi. Bu sözü çox təkrar etdi. Hətta o qədər təkrar etdi ki, çiynindəki arxalığı ayaqlarının altına düşdü”. Başqa bir hədisi-şərifində isə belə buyurur. “Sizin misalınız oda can atan bir pərvanə, mənim misalım isə sizi oddan və yanmaqdan qoruyan kəsin halı kimidir.” İlahi, bu nə geniş bir qəlb.

Yənə bir gün səhabələri ilə söhbət edən Allah Rəsulu yanan ocağı gəstərərək: “Bəşər övladını yandıran bu od, Cəhənnəm odunun 70-də 1-i gücündədir demiş, bunu eşidən səhabələr də, “ Bu belə yetərli idi, ey Allahın elçisi. Bu belə yetərli idi” deyərək göz yaşı tökmüşdülər. Səhabənin bu mövzuda həssasiyyətlərini ta könül dünyalarında hiss edən Allah dostları da “ Üzvlərinizin oda dözə biləcəyi qədər günah işləyin” sözünü özlərinə düstür seçmişdilər.

Hər şey Onun, Yaradanın əlindədir. Cənnət də, cəhənnəm də haqqdır. Suyun vəzifəsi sərinlətməksə, odun vəzifəsi də yandırmaqdır. Bəs oddan necə qorunacağıq. Şəms Təbrizi həzrətləri onu sevənlərə belə xitab edərdi “Cəhənnəmdən xilas olmaq istəyən, halal və haramları yaxşı öyrənməli, haramdan, yəni Allahu təalanın qadağan etdiyi şeylərdən çəkinməlidir. İslamiyyətin hüdudunu aşmamalıdır. Qəflətə düşməməli, ölümü unutmamalıdır. İnsan öldüyü zaman, artıq onun qiyaməti qopmuşdur.” Adiyy bin Hakimin rəvayət etdiyi hədisi şərifdə isə belə buyurulur. “ Allah sizin hər biriniz ilə tərcüməçisiz danışacaq. İnsan sağ tərəfinə baxacaq, axirətə göndərdiyindən başqa heç nə görməyəcək. Sol tərəfinə baxacaq, axirətə göndərdiyindən başqa heç nə görməyəcək. Önünə baxacaq, qarşısında Cəhənnəm odundan başqa heç nə görməyəcək. Elə isə, bir xurmanın yarısı ilə olsa belə, özünüzü oddan qoruyun. Bunu da tapmayan gözəl bir söz ilə özünü qorusun.”

Yarım xurma, ya da gözəl bir söz.... Atəşdən qurtulmanın nəbəvi və ən bəsit formulu.

Məni düşüncələrimdən Əhməd müəllimin “ Hoca nə düşünürsən” sözləri ayırır.

Hərkəsə, “Fədxuliy fiy ibadiy, vədxuliy cənnətiy – Qullarım arasına qarışın, gəlin. Cənnətimə buyurun ” ilahı nidanı  eşitmək təmənnisi ilə.... 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz