MİSVAK SAĞLAMLIQ MƏNBƏYİDİR

MİSVAK SAĞLAMLIQ MƏNBƏYİDİR

Misvak hələ qədim zamanlardan, kortəbii şəkildə olsa da, ağız sağlamlığı üçün istifadə olunmuşdur. İslam peyğəmbəri Muhamməd (s.ə.s) misvakı cox təqdir etmiş və insanların davamlı şəkildə istifadə etməsi üçün hədislər söyləmişdir.

 Məsələn, misvakla bağlı belə buyurmuşdur: “Əgər ümmətimə çətin olmasaydı, hər dəstəmaz alanda misvakla dişlərini təmizləməyi əmr edərdim”“Həzrət Cəbrayıl mənə misvakdan o qədər danışdı ki, qorxdum ümmətimə fərz oluna”, “Misvaklanmaq ağızı təmiz edər, Rəbbimizi razı salar”.

Peyğəmbərimiz hər namazdan əvvəl, hər yeməkdən əvvəl və sonra, gecələr duran zaman misvakdan istifadə edirmiş və həyatının son anında belə gözləri misvaka dikilib qalıbmış. Həzrət Aişə anamız mübarək dişlərini misvaklamış və ondan sonra Allahın dərgahına qovuşmuşdur.

Misvak istifadə edərək qılınan 2 rükət namaz misvaksız qılınan 70 rükət namazdan üstündür. Bəli, misvak, həqiqətən, mübarək bir nemətdir. Misvak ərəb ölkələrində bitən əraq ağacının kökləridir. Təxminən karandaş uzunluğunda kəsilir, dişə sürtən zaman uc hissəsi adi fırça şəklini alır və dişin hər tərəfinə keçə bilir. Olduqca faydalıdır. Nəinki ağız boşluğuna, boğaza, qida borusuna, mədəyə, diş ətinə, hətta misvakdan daimi istifadənin gözlərə belə faydası var.

Həzrət Əli (r.a) belə demişdir: “Misvakdan istifadə hafizəni gücləndirir, bəlğəmi aparır”. Misvakın tərkibində ağızı dezinfeksiya edən, dişləri parıldadan, diş ərpini əridən maddələr var, tərkibindəki zəngin flüor dişləri daha da sərtləşdirir, çürümənin qarşısını alır, diş ləkələrini təmizləyir. Tərkibindəki saponinlərin bəlğəmgətirici, iltihab əleyhinə təsirləri vardır, zəngin kalsium tərkibi isə sümük toxumasının strukturunu bərpa edir. Tərkibində beynimiz üçün ən çox lazım olan fosfor və əzələ sisteminin çalışması üçün əvəzolunmaz olan maqnezium külli miqdardadır. Maqneziumun orqanizmdə çatışmazlığı kalsiumun sorulmasında da problemlər əmələ gətirir. Tərkibində çox miqdarda olan kalium hüceyrələrin qidalanmasına, ürək əzələsinin, hafizəmizin düzgün çalışmasına yardımçıdır, duzun əlavə təsirini neytrallaşdırır. Hətta misvakda tapılmış kükürd dioksid bütün ağız boşluğu yaralarının sağalmasını təmin edən əvəzolunmaz bir nemətdir. Misvakın tərkibindəki uçucu efirlər ağız qoxusunu götürür və ağızdan xoş iyin gəlməsinə səbəb olur, ağız göbələklərini  məhv edir. Misvakın tərkibindəki maddələr insanın ağız dadına təsir edən bütün bakteriyaları öldürür, dadbilməni yaxşılaşdırır, budan başqa, ağızın  turşu-qələvi nisbətini normallaşdırır və beləcə, başdan-başa şəfa mənbəyi olaraq qalır.

İnsanların böyük bir qismi elə fikirləşir ki, diş fırçaları ortaya çıxdı deyə artıq misvaka ehtiyac yoxdur. Amma diş fırçası ilə misvak arasında müqayisə edilməyəcək dərəcədə böyük fərq var. Misvak nəinki dişləri təmizləyir, həm dişləri, həm də ağız boşluğunu infeksiyadan, yaralardan, qoxudan qoruyur. Boğaz üçün də faydaları az deyil. Belə ki, misvakdan istifadə nəticəsində angina müalicə olunur, illərlə davam edən faringit aradan qalxır, insanın səsi gözəlləşir və ağciyərləri təmizlənir.

Misvak çubuğunun ucu kəsiləndən sonra dişlərə sürtülür və fırça kimi açılır, dişləri təmizləyir, bu zaman həm də misvakın xüsusi bir dadı gəlməyə başlayır. Dişlərə sürtünmə nəticəsində liflərin arasında olan yastıqcıqlar ağız boşluğuna yayılır ki, əsas təsir edən maddələr də elə onlardır. Sürtünmə nəticəsində dad yaranmırsa və uc hissə yapıxırsa, onda həmin hissəni qopardıb yenidən sürtmək lazımdır. Misvak 2 saata yaxın təsir edir və həmin müddətdə ağız boşluğunu qoruyur. Yaxşı olar ki, hər 2-3 saatdan bir misvakdan istifadə edəsiniz.

Mən, əsasən,  xanımlarımıza misvakdan istifadəni məsləhət görürəm. Hamiləlik dönəmində xanımların dişlərində problemlər əmələ gəlir, ağız və boğaz yaraları daha tez-tez yaranır. Çünki hamiləlik vaxtı mədədə turşuluq artır, bunun nəticəsində ağızda turşu-qələvi balansı pozulur. Bu səbəbdən də misvak xanımlar üçün cox faydalıdır. Əgər hamilə xanımlar dişlərini hər 2-3 saatdan bir misvaklasalar, heç bir ağız və diş problemi ilə rastlaşmazlar. Misvak mənşəyindən asılı olmayaraq bütün ağız qoxularını aradan qaldırır. Əgər misvakdan istifadə edə bilmirsinizsə, barmağın yarısı qədər misvak çubuğunu yarım stəkan suda 10 dəqiqə dəmləyin və bu su ilə ağızı qarqara edin. Tez-tez qanayan diş əti xəstəliklərində, ağız yaralarında, boğazgəlmələrdə çox faydalıdır.

Bunu da qeyd edim ki, Amerikada səhiyyə nazirliyi tərəfindən misvakın zəhərli olduğu iddia edilmiş və onun istifadəsinə qadağa qoyulmuşdu. Amma həşəratların öldürülməsi üçün istehsal olunan və bütün dünyanı zəhərləyən aspartame maddəsi həm içkilərə, həm də diş məcunlarına qatılaraq dünyaya satılır. Ağızda 80-ə yaxın bakteriya tapılmışdır ki, bunların 12-si diş çürümələrinə səbəb olur. Misvak bu bakteriyaların əksəriyyətini məhv edir. Xatırladım ki, Bakıda yetişən mübarək zeytun ağacının köklərindən də misvak kimi istifadə edilə bilər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz