"KÖVSƏR" SURƏSİ
Kövsər surəsi Məkkədə nazil olub üç ayədir. Dünya və axirətdə Peyğəmbərə (s.ə.s) lütf edilən nemətlərdən bəhs edilir. Kövsər çayı bunlardan biridir.Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik! (1)
Bu, Peyğəmbərin (s.ə.s) uca mövqeyinə dəyər vermək və onun şərəfinin ucalığını göstərmək üçün Peyğəmbərə (s.ə.s) edilmiş bir xitabdır. Yəni, Ey Peyğəmbər! Biz sənə dünya və axirətdə çox və davamlı xeyir verdik. Kövsər çayı bu xeyirdən biridir.
Hədisi-şərifdə buyurulur: "(Kövsər) Cənnətdə bir çaydır. Sahilləri qızıldan olub inci və yaqut üzərindən axar. Torpağı müşkdən daha gözəldir. Suyu baldan daha şirin və qardan daha ağdır. Ondan bir dəfə içənbir daha susamaz" (Tirmizi, Təfsiri-Quran, 90)
Ənəsdən (r.a) belə dediyi rəvayət edilmişdir: Bir gün Rəsulullah (s.ə.s) aramızda ikən qəflətən yüngül bir yuxuya getdi. Sonra təbəssüm edərək başını qaldırdı. Biz, "Səni güldürən nədir, ya Rəsulullah?" dedik. Buyurdu: "Mənə az əvvəl bir surə nazil edildi". Sonra "Kövsər" surəsini oxudu. Sonra dedi: "Kövsər nədir, bilirsinizmi?" Biz: "Allah və Rəsulu daha yaxşı bilir" dedik. Dedi: "O, Rəbbimin mənə vəd etdiyi bir çaydır. Onda çox xeyir vardır. O bir hovuzdur ki, qiyamət günü ümmətim ondan su almağa gələcəkdir. Qabları ulduzların sayı qədərdir. Ona suya gedənlərdən bir qul tutulub uzaqlaşdırılır. Mən:"O mənim ümmətimdəndir"- deyirəm. Bunun üzərinə " Səndən sonra onun nə etdiyini bilmirsən"- deyilər" (Müslim, Salat, 53,54).
Əbu Həyyan belə deyir: Kövsərin mənasıyla əlaqədar 26 görüş izah edilmişdir. Doğru olan Rəsulullahın (s.ə.s) etdiyi bu şərhdir: "Kövsər cənnətdə bir çay olub kənarları qızıldandır və o inci və yaqut üzərindən axar. Torpağı müşkdən daha xoşdur. Suyu baldan daha şirindir" (Tirmizi, Təfsiri-Quran, 90). İbn Abbas da: "Kövsər- çox xeyirdir"- demişdir. Təfsirçilər də Ona peyğambərlik, Kitab, hikmət, elm, şəfəat, hovuz, məqami-mahmud, çoxlu ümmət, düşmənə qarşı zəfər, birçok fətih ve daha bunlara bənzər çok xeyirlər verilmişdir.
Surə Hz. Peyğəmbəri (s.ə.s) Allaha (c.c) şükür olsun deyə namaz qılmağı və qurban kəsməyi əmr edir.
Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs! (2)
Müşriklər fit verib əl çalaraq ibadət edir və bütlər üçün dəvə kəsirdilər. Bunun üçün Uca Allah Peyğəmbərinə (s.ə.s) "Sırf Rəbbin üçün namaz qıl və başqası üçün deyil, yalnız Onun üçün qurban kəs"- deyə buyurdu.
(Ya Peyğəmbər! Oğlun Qasım, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!) (3)
Təfsirçilər belə deyirlər: Hz. Peyğəmbərin (s.ə.s) oğlu Qasım vəfat edincə, As b. Vail: "Buraxın onu. O, sonsuz adamdır. Nəsli yoxdur. Öləndən sonra adı-sanı kəsiləcək" dedi. Bunun üzərinə Uca Allah bu surəni nazil etdi və hər nə qədər uşaqları olsa da, əsl sonsuz olanın o kafir olduğunu xəbər verdi. Çünki o, Allahın rəhmətindən məhrum edilmişdir. O, nə vaxt xatırlansa, lənətlə xatırlanacaq. Bu surə, düşmənlərinin rəzil olacağını Rəsulullaha (s.ə.s) müjdələyərək sona çatar. Onlar belə ikən, Rəsulullah (s.ə.s) minarə və minbərlərdə xatırlanacaq və şərəfli adı hər kəsin dilində qiyamətə qədər əbədi qalacaq. Onun zamanından qiyamətə qədər gələcək olan bütün möminlər onun ona tabe olacaqlar. O, möminlərin atası yerindədir. Allahın salat və səlamı onun üzərinə olsun.
ŞƏRHLƏR