İbrət İstəyən Varmi?
Balaca bir qız tanımadığı dərdli bir adama gülümsədi. Bu təbəssüm o adamın özünü daha yaxşı hiss etməsinə səbəb oldu. Bu iç rahatlığı içində, yaxın zamanda özünə yardım edın bir dostuna təşəkkür etmədiyini xatırladı.
Bir kağıza səmimi bir təşəkkürnamə yazaraq dostuna göndərdi. O dostu bu təşəkkürdən o qədər təsirləndi ki, nahar yeməyini yediyi bir yeməkxanada xidmətçi qıza bir miqdar xərclik verdi. Xidmətçi qız ilk dəfə belə bir hədiyə alırdı. Axşam evə gedərkən qazandığı bu pulun bir hissəsini hər zaman küçənin bir kənarında oturan yoxsulun qarşısındakı boş kisəyə atdı. İki gündür boğazından sudan başqa bir şey keçməyən yoxsul adam elə sevindi ki, əvvəlcə gedib qarnını doydurdu. Sonra sevinə-sevinə yüksək mərtəbəli binanın zirzəmisindəki evinə doğru yola düzəldi. Yolda gedərkən soyuqdan titrəyən bir küçük gördü. Tez onu qucağına alıb təkotaqlı zirzəmi evinə apardı. Küçük gecənin soyuğundan qurtulduğu üçün, otağın içində gecə uzunu o yan-bu yana qaçaraq oynamağa başladı. Gecə yarısından sonra binada yanğın çıxdı. Yanğının tüstüsünü hiss edən küçük incə səsiylə hürməyə başladı. Bu səsə əvvəlcə yoxsul adam, sonra isə bütün bina ayağa qalxdı. Binada yaşayanlar azyaşlı uşaqlarıyla birlikdə ölümdən xilas oldular.
Bütün bunlar maddən bir qarşılığı olmayan, amma mənən sədəqə hökmündə olan kiçik bir TƏBƏSSÜMün nəticəsi idi.
Ən gözəl qubbə
Mövlana Cəlaləddin Ruminin dostlarından biri olan Muiniddin Pərvanə bir gün Mövlananın yanına gələrək “Sultanul-uləma” deyə tanınan atası Sultan Vələdin qəbri üstünə bənzəri olmayan böyük bir qubbə düzəltdirmək istədiyini, bir oğul olaraq atası üçün belə bir qubbə tikilməsinə razılıq verib-verməyəcəyini soruşdu. Mövlananın cavabı belə oldu:
“Həqiqətən çox gözəl, tayı-bərabəri olmayan bir qubbə düzəltdirə bilərsiniz. Amma heç bir qubbə ilahi əsər olan göy qubbəsindən daha gözəl və üstün ola bilməz. O halda atamın qəbri yenə Allahın əsəri olan qubbənin altında qalsa yaxşı olar”.
Parıldayan qılınc
Venedik elçisi Antonio Yustinian Yavuz Sultan Səlimin huzuruna çıxır. Yeri öpüb etimadnaməsini bildirir, görüşməsini tamamladıqdan sonra ölkəsinə geri dönür. Hər kəs başına toplaşıb Sultan Səlimin necə adam olduğunu soruşur. Yustinian isə:
- Görmədim, -deyir.
Camaat maraqla:
- Sarayına girdiyin, yanına qədər getdiyin halda necə görmədin?
Yustiniansa:
- Qılıncı elə parıldayırdı ki, üzünə baxa bilmədim, -deyir.
Bunu sonradan eşidən böyük hökmdar:
“- Paşalarım! Osmanlının qılıncı parıldadığı müddətcə düşmənlərin başı daim aşağı olacaq. Amma Allah qorusun, bu qılınc qınına girərsə paslamağa başlayar. O zaman əyilmiş bu başlar yuxarı qalxar və bir gün bizə yuxarıdan aşağı baxarlar” -deyir.
ŞƏRHLƏR