HƏR KƏS ONU GÖSTƏRİR

HƏR KƏS ONU GÖSTƏRİR

“İnsanların hidayəti üçün Hz.Muhammədə (s.ə.s) göndərilən Qurani-Kərim hikmətlə dolu parlaq bir kitabdır. Hz.Muhammədin (s.ə.s) həqiqi peyğəmbər olduğuna şübhə yoxdur”. (Fransız filosof A.Lövazan)

 

“Modern dünyanın liderliyini Hz. Muhamməd (s.ə.s)  kimi bir insan öhdəsinə götürsəydi, dünyanın bütün problemləri həll olunardı. Ehtiyacımız olan sülh və əminamanlığı da təmin edərdi”. (Nobel mükafatçısı Bernard Shaw)

 

“Hz. Muhammədin (s.ə.s) o dövrün barbar, qantökən vəhşi adətlərini saysız üstün məziyyətlərə çevirməsindən başqa şöhrətə ehtiyacı yoxdur. Onun ağıl və hikmət dolu dini dünyanı hakimiyyəti altına alacaqdır”. (Dahi rus yazıçısı L.N.Tolstoy)

 

“Hz. Muhamməd milyonlarla insanı hərəkətə keçirməklə qalmadı, eyni zamanda düşüncələrini, inanclarını və ruhlarını dəyişdirdi. Hər kəlməsi qanun olan bir kitab ətrafında hər irqdən və dildən millətləri topladı. Bunları İslam eşqi ilə bir-birlərinə bağlayıb mənəvi bir millət meydana gətirdi. İnsan böyüklüyünü ölçən ölçülər üzərindən baxıldığında hansı böyük bir insan Hz. Muhamməddən daha böyük ola bilər?” (Fransız yazıçı, siyasətçi A.Lamartine)

 

“Hz. Muhamməd (s.ə.s) dünyadakı böyüklərin ən böyüyüdür. Zaman bir daha onun kimi birini görməyəcək. Onun müqəddəs dini, dünyadakı dinlərin ən kamilidir”. (Alman fizik J.J.Becher)

 

“İnsanlar hər şeydən çox Hz. Muhammədi (s.ə.s) dinləməlidir. Digər bütün sözlər onun qarşısında boşdur”. (İngilis tarixçi, Thomas Carlyle)

 

“Hz. Muhammədi (s.ə.s) sevməyənlər onu yetərincə tanımayanlardır”. (Amerikalı yazıçı Gibson)

 

“Böyük İslam peyğəmbəri uca yaradıcının qatına çıxıb onunla görüşmüşdür. Mən Meraca bütün qəlbimlə inanıram”. (Yazıçı, F.M.Dostoyevski)

 

“Bizdə heyranlıq oyandıran Onun dininin yayılması  deyil, sabitliyidir. Mükəmməl təsirin on iki əsr sonra da eynilə mühafizə edilməsidir”. (İngilis tarixçi və millət vəkili E.Gibbo)


“Heç kim Hz. Muhammədin (s.ə.s) prinsiplərindən daha irəli bir addım təyin edə bilməz. Avropaya nəsib olan bütün uğurlara baxmayaraq, bizim bütün qanunlarımız İslam mədəniyyətinə baxdıqda çox əskikdir. Biz Avropa millətləri, böyük mədəni imkanlarımıza baxmayaraq, Hz. Muhammədin son pilləsinə çatmış olduğu nərdivanın daha ilk pilləsindəyik”. ( Filosof J.W.Von Goethe)

 

“Sənin əsrində yaşamadığıma görə çox üzgünəm, ey Muhamməd! Öyrətdiyin və təbliğçisi olduğun bu əsər sənin deyil, o, ilahidir. Onun ilahi olduğunu inkar etmək, mövcud olan elmlərin olmadığını söyləmək qədər gülüncdür. İnsanlıq sənin kimi seçkin bir qüdrəti bir dəfə görmüş, bundan sonra da görməyəcəkdir. Mən ucalığın qarşısında hörmətlə baş əyirəm”. (Məşhur alman siyasətçi O.Von Bismark)

 

“Bu uca Peyğəmbərin həyatını araşdıran, onun xarakterini və ətrafındakıları necə yetişdirdiyini bilənlərin insanın üstünlüyünü təmsil edən bu şəxsə qarşı dərin bir hörmətdən başqa bir şey hiss etməsi mümkün deyildir”. (Sosioloq A.Besant)

 

“Hz. Muhammədin (s.ə.s) həqiqi möcüzəsi bir mələk vasitəsi ilə göydən endirilmiş böyük ayələrdən ibarət olan Qurani-Kərimdir”. (Fransız şərqşünas Jean-Paul Roux)

 

“Muhamməd (s.ə.s) böyük bir insandı idi, yetkinlik və mükəmməllik nümunəsi ilə böyük insanlar yetişdirdi. Qoyduğu qanunlar xidmətə əsaslanan, ədalətli bir idarəçi, zirvə peyğəmbər idi. Onun sayəsində dünya misligörülməmiş dəyişikliyə şahid oldu”. ( Fransız filosof Voltaire )

 

“Mən bu qənaətə gəldim ki, İslamiyyətin sürətlə yayılması qılıncla deyil, əksinə, hər şeydən əvvəl sadəliyi, məntiqli olması və Peyğəmbərinin böyük təvazökarlığı, sözünü daima tutması, yaxınlarına və müsəlman olan hər kəsə qarşı sonsuz bağlılığına görədir. İslam dini bir çox insan tərəfindən sevə-sevə qəbul edilmişdir”. (Mahatma Gandhi)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz