HAQQ DOSTLARINDAN HİKMƏTLƏR -Loğman Həkim - 1

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR -Loğman Həkim - 1

Hikmətli nəsihətləriylə dillərə dastan olan Həzrət Loğman u zahiri və batini həkimlərin piridir. Rəvayətlərə görə Əyyub u ilə qohumdur[1] və bir çox peyğəmbrə xidmət etmişdir.

Loğman Həkim peyğəmbər, yaxud da vəlidir. Lakin İslam alimlərinin çoxu onun peyğəmbər deyil, hikmət və təqva sahibi, təfəkkür əhli, saleh bir şəxs olduğu qənaətindədirlər.

Loğman u-ın "hikmət" əhli olduğu, Qurani-Kərimdə onun adıyla adlandırılan surədə belə bəyan edilməkdədir:

“Həqiqətən, Loğmana: “Allaha şükür et!” (deyə) hikmət verdik…” (Loğman, 12)

Hikmət əşyanın həqiqətini və sirrini idrak edə bilməkdir. Hikmət həqiqətləri idrak xüsusunda ağla acizliyini dərk etdirməkdir. Ağılla qavrana bilməyən bir çox sirr ancaq hikmətlə açıla bilər. Kainatdakı ilahi təcəllilər də hikmət nəzəriylə oxunar.

Əgər hikmət olmasaydı, sirlər açılmazdı. Əgər sirlər açılmasaydı, könüllər irfan iqlimindən feyziyab olmazdı. Həzrət Mövlana, Abdülqadir Ceylani, Yunus Əmrə, Şah Nəqşbənd, Hüdayi və digər Haqq dostları, yəni mömin könüllər üçün müstəsna bir istiqamət və təqva meyarı olan böyük şəxsiyyətlər yetişməzdi.

Hikmət bulaqları, ancaq təzkiyə olmuş qəlbdə qaynayar. Beləliklə mömin həm Allahın, həm də Allah Rəsulu r in təzkiyə və tərbiyəsi altında daxili aləmini masivadan təmizləyə bildiyi, yəni təzkiyə edə bildiyi nisbətdə səlim bir qəlbə nail olar.

Elmin son hədəfi də, hikmətdə dərinləşməkdir. İlahi sənətin “Quran, kainat və insan”da sərgilədiyi sonsuz müəmmalarını həll etməkdir. Hər zərrədə mövcud olan ilahi qüdrət və əzəmət təcəllilərini idrak edə bilməkdir.

Məsələn, tibb elmi Allahın bədənə yerləşdirdiyi böyük qayda-qanunlarla maraqlanar. Botanika da torpaqdan bitən nəbatata qoyulan ilahi qanunları öyrənir. Hikmət isə bütün elmlərin öyrənmək istədiyi qanun və qaydaların sahibini tanıya bilməklə məşğuldur. Çünki elmdən məqsəd məlumatları zehnə yerləşdirmək deyil, o məlumatlar ətrafındakı sirr və hikmətləri qəlbin idrak edə bilməsidir. Bu da qəlbdə ilahi nurun təcəllisi ilə mümkündür.

Allah-Təala buyurur:

“Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!” (əl-Bəqərə, 269)

Həqiqətən elm, irfan və mənəvi kamillik nəticəsində qula Rəbbi tərəfindən lütf edilən hikmət söz, qərar və davranışlarda dəqiqlik üstünlüyünü də özü ilə gətirər. Təfsirçi Zəməxşəri Loğman Həkimin hikmətlərinə bir misal olaraq bu ibrətli hadisəni nəql edir:

Bir gün Davud u Loğman Həkimdən bir qoyun kəsib ən yaxşı yerindən iki tikə gətirməsini istəmişdi. Loğman Həkim də kəsdiyi qoyunun dilini və ürəyini ona gətirdi. Aradan bir neçə gün keçdikdən sonra Davud u yenə Loğman Həkimdən bir qoyun kəsib bu dəfə də heyvanın ən pis yerindən iki tikə ət gətirməsini istədi. Loğman Həkim yenə qoyunun dilini və ürəyini gətirdi. Həzrət Davud ona bunun hikmətini soruşduqda belə cavab verdi:

"-Bu ikisi yaxşı olsa, bunlardan daha yaxşısı; pis olsa da, bunlardan daha pisi olmaz!.." (Zəməxşəri, Kəşşaf, V, 18)

Həqiqətən qəlb və onun tərcüməçisi olan dil insanın iki dünyada səadət və ya fəlakətinə səbəb olan ən həyati üzvlərdir. Əbədi səadətin ilk şərti olan iman dil ilə iqrar, qəlb ilə təsdiq nəticəsində hasil olar.

Peyğəmbərimiz r də bir hədisi-şərifində:

“Xəbəriniz olsun ki, bədəndə bir ət parçası vardır. O yaxşı olsa, bütün bədən yaxşı olar; o xarab olsa bütün bədən xarab olar. Həmin ət parçası qəlbdir." buyurmuşdur. (Buxari, İman, 39)

Yenə Allah Rəsulu r fəzilət əhli səhabələrindən biri olan Muaz t a mənəvi tərəqqisi və əbədi qurtuluşu üçün hər səfərində; “Bu da kifayət etməz, ey Muaz!” deyərək, ardarda bir çox əmr və tövsiyələr buyurmuş, ən son da da:

“- Sənə (saydığım) bütün bu (fəzilətli əməllərin məqbul olmasının) özünə bağlı olduğu şeyi (məsələnin can damarını) bildirimmi?" buyurmuşdur. Muaz t:

“- Bəli, bildir, ya Rəsulallah!” dedikdə Peyğəmbərimiz r dilini tutmuş və:

"- Dilini qoru!" buyurmuşdur.

Muaz t:

"-Biz danışdıqlarımızdan da hesaba çəkiləcəyikmi?" deyə soruşduqda Peyğəmbərimiz r:

“- Allah kömək olsun, ey Muaz! İnsanları üzü üstə cəhənnəmə sürükləyən ancaq dillərindən çıxanlardır!” buyurmuşdur.[2]

Buna görə də məsuliyyətsiz söz söyləməkdən diqqətlə çəkinmək lazımdır. Ağızdan çıxan sözlərin hansı mənalara gəldiyini dəqiq hesablamaq lazımdır. Necə ki, başqa hədisi- şəriflərdə də Peyğəmbərimiz r belə buyurmuşdur:

“Bəndə ölçüb-biçmədən bir söz deyər, buna görə cəhənnəmin şərqi ilə qərbi arasından daha uzaq bir yerinə düşər.” (Buxari, Riqaq, 23)

“Bəndə Allahın xoşuna gələn bir söz söyləyər, lakin onunla Allahın razılığını qazanacağı heç ağılına gəlməz. Halbuki Allah o söz səbəbiylə özünə qovuşacağı qiyamət gününə qədər o kimsədən razı olar.

Yenə bir bəndə də Allahın qəzəbini cəlb edən bir söz söyləyər, lakin həmin sözün onu Allahın qəzəbinə düçar edəcəyini düşünməz. Halbuki Allah o adama həmin pis söz səbəbiylə özünə qovuşacağı qiyamət gününə qədər qəzəb edər.” (Tirmizi, Zöhd, 12; İbn Macə, Fitən, 12)

Demək ki, hiss və fikirlərin mənbəyi olan qəlbə və onun tərcüməçisi sayılan dilə sahib olmaq hədsiz dərəcə əhəmiyyətlidir.

Məhz bunun kimi saysız həqiqətlərə diqqət çəkən Loğman u ın hikmətli sözləri və xüsusilə oğluna etdiyi nəsihətləri Qurani-Kərim, hədisi-şəriflər və bəzi mötəbər kitablar vasitəsiylə günümüzə qədər gəlib çatmışdır. Zahiri və batini həkimlərin piri olan Loğman Həkimdən əbədi səadət resepti olan bir neçə nəsihət:

Loğman buyurur:

“…Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!).” (Loğman, 13)

[Kamil bir mömin Allahın varlıq və birliyinə şəksiz-şübhəsiz iman etmiş insandır. Bu səbəbdən kainatda baş verən bütün hadisələrdə Haqq-Təalanın yeganə hökmran olduğunun şüur və idrakı içində yaşayar. Çünki tövhid inancı şərikliyi qəbul etmir.

Ən böyük zülm olan şirk, qulu əbədi cəhənnəmə düçar edər. Şərik qoşmaq, inkar etmək və ya münafiqlik etməklə qul Rəbbinə və tövhid əhlinə heç bir zərər verə bilməz. Lakin özünü əbədi əzaba düçar etdiyi üçün nəfsinə ən ağır şəkildə zülm etmiş olar. Bu həqiqət ayeyi-kərimələrdə belə ifadə buyurulur:

“İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik“, -deyirlər. Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar.” (əl-Bəqərə, 8-9)

“Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!” (Yunus, 44)

Digər tərəfdən ibadət və saleh əməllərdə Allah rizasından başqa məqsədlər güdmək,  ixlası yox edən riya və göstərişə qaçmaq da gizli şirkə düşmək deməkdir. Edilən əməllərə faniləri və ya nəfsani mənfəətləri ortaq etmək o əməllərin boşa çıxmasına səbəb olar.

Allah-Təala bir hədisi-qüdsidə belə buyurur:

“Mən şərik qo.ulmağa ən ehtiyacsız olanam. Kim bir əməl işləyər və bu əməldə Mənə başqasını ortaq qoşarsa, o kimsəni qoşduğu ortaqla baş-başa qoyaram.” (Müslim, Zöhd, 46)

Allah Rəsulu r də səhabələrinə:

"Diqqət edin; sizin üçün Dəccaldan daha çox qorxduğum şeyin nə olduğunu söyləyimmi?" deyə soruşdu.

Səhabələr:

“- Buyur, ya Rəsulallah!” dedilər.

Həzrət Peyğəmbər r belə buyurdu:

“- Qorxduğum həmin xüsus gizli şirkdir. Məsələn, namaza duran birini düşünün. Bu kimsə başqa biri tərəfindən müşahidə olunduğunu hiss etdiyi üçün namazını diqqət edərək qılar.” (İbn Macə, Zöhd, 21)

Demək ki, Allah-Təala ibadətlərə fanilərin ortaq edilməsini istəmir. Haqdan qeyrisini hədəfləyən bir ibadət artıq ibadət deyil, əksinə, bir cinayətdir. Nümayiş üçün qılınan namaz kənardan nə qədər xoş görünsə də, daxili gizli şirklə ləkələndiyi üçün Allah qatında dəyərsizdir, üstəlik Haqqın qəzəbini də cəlb edər. İçinə bir damla necasət düşən bir bulaq suyunun bütün ləzzət və saflığını itirdiyi kimi, niyyətinə fani mənfəətləri ortaq edən xəstə və qafil ürəklərin ibadətləri də eyni qəbildəndir.

Gizli şirk sayılan riya və göstəriş üçün qulluq etməyin çox həzin bir aldanış və faciəvi bir axirət iflası olduğu, bu hədisi-şərifdə nə qədər də ibrətli şəkildə ifadə edilmişdir:

“Qiyamət günündə əleyhində ilk hökm edilən insanlar bunlardır:

Birincisi şəhid edilən kimsədir. O, Allahın hüzuruna gətirilər. Allah ona bəxş etdiyi nemətləri sayar. O da, bunları etiraf edər. Haqq-Təala:

“- Elə isə bunların əvəzində nə etdin?” deyə soruşduqda  o adam:

“- Ya Rəbbi! Sənin uğrunda şəhid edildim.” deyər.

Allah-Təala buyurar ki:

“- Yalan deyirsən! Sən yalnız qorxusuz və cəsur olduğunu desinlər deyə döyüşdün. Həqiqətən elə də deyildi.”

(Sonra) onun haqqında əmr verilər və atəşə atılana qədər üzü üstə sürüklənər.

İkincisi elm öyrənən, başqalarına da öyrədən, həmçinin Quran oxuyan adamdır. O hüzura gətirilər. Allah ona olan nemətlərini sayar. O da etiraf edər. Haqq-Təala:

“- Bunların əvəzində nə etdin?” deyə soruşduqda:

“- Elm öyrəndim. Onu başqalarına da öyrətdim. Sənin uğrunda Quran da oxudum.” deyər.

Allah-Təala buyurar ki:

“- Yalan deyirsən! Sən elmi ancaq alim olduğunu desinlər deyə öyrəndin; Quranı da ancaq o qaridir, qiraət əhlidir deyilsin deyə oxudun. Həqiqətən, elə də deyildi.”

Sonra haqqında əmr olunar və atəşə, yəni cəhənnəmə atılana qədər üzü üstə sürüklənər.

Üçüncüsü Allahın (imkan baxımından) üstün qıldığı, malın hər növündən verdiyi adamdır. O hüzura gətirilər. Allah ona verdiyi nemətlərini sayar. O da bunları etiraf edər. Haqq-Təala:

“- Elə isə bunların əvəzində nə etdin?” deyə soruşduqda həmin adam:

“- Haqqında infaq edilməsini əmr etdiyin heç bir yolu ehmal etmədim. Malımı yalnız Sənin yolunda xərclədim.” deyər.

Allah-Təala buyurar:

“- Yalan deyirsən! Onları ancaq comərd olduğunu söyləsinllər deyə etdin. Necə ki, elə də deyildi.”

Sonra haqqında əmr edilər və cəhənnəmə atılana qədər üzü üstə sürüklənər.” (Müslim, İmarə, 152)

Deməli, gizli şirk olan riya, ən məqbul əməlləri belə boşa çıxarıb sahibini ilahi qəzəbə düçar edər. Bu səbəblə mömin ibadət və itaətlərində bu ilahi xitabı əsla unutmamağa cəhd etməlidir:

“… Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!” (əl-Kəhf, 110)]

Loğman u buyurur:

Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır! (Loğman, 16)

[Yenə ayeyi-kərimələrdə buyurulur:

“Ey Rəbbimiz! Sən bizim gizli saxladığımız və aşkar etdiyimiz hər şeyi (bütün gizli və aşkar əməllərimizi) bilirsən. Yerdə də, göydə də Allahdan gizli heç bir şey qalmaz!” (İbrahim, 38)

"Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)." (əz-Zilzal, 7-8)

Haqq-Təala bütün xeyirlərə təvəssül edək deyə ilahi əfv, riza və məhəbbətinin hansı xeyirdə olduğunu gizləmişdir. Rəbbimizin razılığı bəzən çox böyük bir əməldə, bəzən orta, bəzən də kiçik kimi görünən bir əməldə gizlidir. Bu səbəblə heç bir xeyir kiçik və əhəmiyyətsiz deyil. Allah-Təala gizli-açıq, böyük-kiçik, işlənən heç bir xeyri puç etməz. Mömin daim Allah üçün yaxşılıq işləməyə, xeyirlərə açar, şər əməllərə kilid ola bilmə arzu və həyəcanıyla əlindən gələn səyi göstərməlidir.

Digər yandan Allah bütün günahlardan çəkinək deyə qəzəbinin hansı günahda təcəlli edəcəyini də gizli saxlamışdır. İlahi qəzəb də bəzən böyük, bəzən orta, bəzən də kiçik bir günahda təcəlli edə bilər. Bu səbəbdən kiçik günahları yüngül görüb əhəmiyyət verməmək, böyük bir aldanışdır. Çünki Rəsulullah r belə buyurmuşdur:

“Kiçik görülən günahlardan çəkinin! Çünki o (kiçik günah)lar bir adamda toplanar və  nəticədə onu həlak edər.” (Əhməd, I, 402-403; V, 331)

Bunun üçün də Haqq dostları:

“Kiçik günahlar tərk edilməyib israrla işləndikcə, artıq kiçik olaraq qalmaz, böyük günaha çevrilər.” buyurmuşlar.

Tabiundan Bilal bin Sadın bu xəbərdarlığı da nə qədər mənalıdır:

“Günahın kiçikliyinə baxma! Kimə üsyan etdiyinə, kimə qarşı günah işlədiyinə bax!”]

Loğman u buyurur:

“Mən hikməti korlardan öyrəndim. Çünki onlar dəyənəkləriylə, çəlikləriylə bir yeri yoxlamadan addım atmazlar.”

[Həyatın hər mərhələsində qarşılaşılan saysız günah tələləri diqqət edilmədiyi təqdirdə qiyamət günü əldə partlayacaq bir bombaya bənzəyər. Haqq-Təalanın razılığına uyğun olub- olmadığına baxmadan, halal və ya haram olduğu düşünülmədən edilən hər hərəkət belədir. Mömin görəcəyi hər işi ilk növbədə ilahi ölçülərlə hesablamalı, dünyasına və axirətinə faydalı olduğu təqdirdə etməli, əks halda ondan uzaq durmalıdır. Halal olub-olmadığını yoxlamadan heç bir qidanı ağızına qoymamalıdır.

Mövlana həzrətləri: “Hətta bir köpək belə atılan sümüyü və ya çörəyi iyləmədən yeməz.” buyurur. Deməli, halal-haram, xeyir-şər, haqq-batil demədən şüursuzca mənfəətlərin arxasınca qaçmaq insanı heyvanlardan da aşağı bir vəziyyətə salan dərin bir qəflətdir.

Yenə Mövlana həzrətləri “Kor olan bir kimsə belə, nöqsansız bir günəşin çıxdığını hərarətindən anlayar.” buyuraraq ilahi ölçülərə qarşı ağılsız və duyğusuz qalmağın ən faciəvi idrak korluğu olduğunu ifadə edir. Belə bir qəflət və qarışıqlığa isə qəlbi ölülərdən başqa heç kəs düşməz. Necə ki, Ömər bin Əbdüləziz buyurur:

“Haramlar bir atəşdir. Ona ancaq qəlbi ölmüş insanlar uzanar. Əgər əl uzadanlar diri olsaydılar, o atəşin yanğısını şübhəsiz ki, hiss edərdilər.”

Qısacası, mömin ilahi bir imtahan məkanı olan bu dünyada sanki minalı bir ərazidə gəzirmiş kimi, addımlarına diqqət yetirmək məcburiyyətindədir. Çünki Rəbbimizin bizdən istədiyi “təqva həyatı” da bu həssaslıq ilə yaşamağı zəruri qılar. Bu misal təqvanın mahiyyətini necə də gözəl xülasə edir:

Həzrət Ömər t bir gün Übey bin Kabdan təqvanın nə olduğunu soruşur. Übey t da ona:

“- Sən heç tikanlı bir yolla getdinmi, ey Ömər?” deyir.

Həzrət Ömər:

“- Bəli, getdim.” cavabını verdikdə bu səfər:

“- O zaman nə etdin?” deyə soruşur. Həzrət Ömər t:

“- Paltarmın ətəyini yığdım və tikanların mənə zərər verməməsi üçün bütün diqqətimi cəlb etdim.” cavabını verdi.

Übey bin Kab t:

“- Bax, təqva budur.” dedi.

Təqvanın ən gözəl təzahürü küfr, nifaq və şirkdən, eynilə atəşə düşməkdən qaçırmış kimi qaçmaq, Allahın əmrlərini haqqıyla əda etmək və qadağanlarından ehtiyatla çəkinməkdir.]

Loğman u buyurur:

“Ey oğlum! Könlünü kədər və qəmlə məşğul etmə! Acgözlükdən uzaq ol! Qədərə razı ol! Allah tərəfindən sənə verilənə qənaət et ki, həyatın gözəlləşsin, qəlbin fərəhlə dolsun və həyatdan zövq alasın.”

[Rəbbimiz buyurur:

“İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” –deyər. Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər.” (əl-Fəcr, 15-16)

Könlə sevinc verən təcəlli və hadisələr qarşısında razı olub, bunun əksinə, qəm və kədər verən hadisələr qarşısında küskünlük göstərmək qulluq ədəbinə uyğun gəlməz. İnsan mənəvi kamilliyin zirvəsinə çatmadıqca, bu bəşəri zəiflikdən asanlıqla xilas ola bilməz. Nəfsini təzkiyə edib “Radiyə” mərtəbəsinə çatdığı zaman isə ilahi iradənin xeyir və ya şər şəklində təcəlli edən bütün qəza hökmlərinə tərəddüdsüz təslim olub razılaşar, şikayət və küskünlüyü unudar. Belələri haqqındakı ilahi müjdə necə böyükdür:

“Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”) Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) Cənnətimə varid ol!” (əl-Fəcr, 27-30)

Səadətin dəyişməz qaydası ağlı vəhyə tabe etmək, qəlbi gözəl əxlaq ilə bəzəmək və bu sayədə həyatın acı və şirin sürprizlərinə razı ola bilməkdir. Həmçinin əsl səadət həyatın eniş və yoxuşlarını olduğu kimi qəbul etmək, məşəqqətlərinə dözmək, xətaların düzəlməsi üçün cəhd göstərmək, hər şeyin gözəl tərəfini görmək, qəhr içində gizli lütflərdən qafil qalmayıb daim aləmlərin Rəbbinə təslim olmaqla mümkündür.

Mövlana həzrətləri necə də gözəl buyurur:

“Sənin daxili aləmin bir mehmanxana kimidir. Sevinclər də kədərlər də gəlib keçicidir. Nə sevinclərə aldan, nə də qəmləri özünə dərd et! Qəmlər sevincinə mane olsa, kədərlənmə! Çünki qəmlər -səbir etsən- sənin üçün sevinc və xoşbəxtlik hazırlamaqdadır.”]

Haqq-Təala hər birimizi nəfs və iblisin hiylə və tələlərini tanıyıb onlardan Rəbbinə sığınan; üsyanı nəfsinə, itaəti Rəbbinə göstərən; nə halda olursa-olsun Haqqa təslimiyyətin sevinc və səadəti içində yaşayan saleh bəndələrindən etsin.

Amin!


[1] Bax. Slbi, rais, s. 391.

[2] Hadisnin tfsilatı üçün bax. Tirmizi, İman, 8; İbn Mac, Fitn, 12.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz