Müdriklərdən öyüdlər
* Bütün işlərində və davranışlarında elmdən istifadə etməlisən, çünki həqiqi comərd özünü elmə adayandır.
* Elm öyrəndiyin vaxt Allah sənə bir furqan və bir nur bəxş edər.
* Əgər bir mömin digər möminlərin dərdlərini paylaşmazsa, kədərlərinə ortaq olmazsa, aralarında iman qardaşlığı olmaz.
* Allah tərəfindən başına bir müsibət, bir bəla gələrsə şikayət eməkdən çəkin.
* Quran oxu və içində keçənləri anlamağa çalış ki, nə üçün endirildiyini biləsən.
* Elmindən, əməlindən, gözəl əxlaqından yararlana biləcəyin şəxslərlə yoldaşlıq et.
* Allah çətin anlarda dəstəmaz alan insanın dərəcəsini o anda yüksəldər və xətalarını silər. Çünki dəstəmaz əsasən gözlə görünməyən təmizlikdir.
* Kimliyindən asılı olmayaraq Allahın qullarını təhqir etmə və kiçik görmə.
* Qətiyyən lənət edən, söyən və çirkin söz söyləyən olma! Çünki mömini lənətləməyin onu öldürməkdən fərqi yoxdur.
* Xəyanətin ən böyüyü, doğru danışdığına inanan yoldaşına yalan danışmağındır.
* Allah üçün tərk etdiyin şeylərə bir daha qayıtma.
* Əgər bir camaatın liderisənsə, dua etdiyin vaxt təkcə özünə dua etmə, yoxsa xalqına xəyanət etmiş olarsan.
* Səcdə halında duanı artır ki, Allaha ən yaxın anın səcdə anıdır.
* Sıxıntıda olan borclunu bu sıxıntıdan qurtarmaq bir kölə azad etmək kimidir. Bunun da qarşılığı cəhənnəmdən xilas olmaqdır.
* Allahdan qorxusu olmayanı Allah hər şeydən qorxudar.
* İnsanların ən ağılsızı nəfs və istəklərinin arxasından qaçandır.
* Qeybət etməkdən dilini qoru ki, bir gün əl-ayağını bağlı görməyəsən.
* Könül incidənin cəzası nəticədə ağlamaqdır. (Könül incitdiyini anlaya bilsə.)
* Ey bütün gecəni səhərə qədər yatan yazıq, sabah yatacağın qaranlıq yerə də bir şam hazırla.
* Qəlbini qısqanclıqdan, dilini yalandan, gedişatını riyadan və əsas da qarnını haramdan tam mənasıyla qoruya bildinsə, imanlı olarsan.
ŞƏRHLƏR