Övladlarımıza Xeyir-Dua

Övladlarımıza Xeyir-Dua

İkram və lütf nə qədər böyükdürsə, bunun şükrü də o dərəcədə çox olmalıdır əlbəttə. Bilindiyi kimi şükür Allah-Təalanın verdiyi neməti yenə Onun yolunda sərf etməklə olur.

Övladlarımız Uca Yaradanımızın biz qullarına bəxş etdiyi ən gözəl ikramı və lütfüdür. Bu dəyərli varlıqların şükrünü əda etmək isə övladlarımızı Uca Rəbbimizin sevəcəyi və razı qalacağı bir qul olaraq yetişdirməklə mümkündür. Axirətini düşünən hər ata-ana bu yolda əlindən gəldiyi qədər çalışıb əmək sərf edər.

 Övladımızın dünya və axirət səadəti üçün bu əməklərlə birlikdə Rəbbimizə edəcəyimiz dualar da çox mühüm əhəmiyyət daşımaqdadır. Çünki biz nə qədər çalışsaq, nə qədər əmək sərf etsək də təqdir Uca Rəbbimizindir. Hər zaman Onun dediyi olur. Necə ki, Allah-Təala Qurani-Kərimində: “Mənə dua edin, duanızı qəbul edim…” (Mumin 60) buyuraraq həm Ona dua etməmizi, həm də duanın əhəmiyyətini bizə bildirmişdir.

Uşaqlara xeyir-dua etmək bir peyğəmbər əxlaqıdır. Ona görə həm öz övladlarımıza, həm də bütün övladlara saleh müsəlmanlardan olmaları üçün dualar edilməlidir. Zaman-zaman öz övladlarına və ümmətinin övladlarına dua edən Peyğəmbərimiz (s.ə.s): “Mən babam İbrahimin duasıyam” (Əhməd bin Hənbəl) buyuraraq duanın nəsillər üzərindəki təsirinə diqqətimizi çəkməkdədir.

Eləcə də digər peyğəmbərlər nəsillərindən gəlmiş və gələcək olan övladlarına, nəvələrinə də dualar etmiş və Allahdan onlar üçün xeyirlər diləmişdir.

Və yenə bu peyğəmbər əxlaqından öyrənirik ki, uşaq hələ dünyaya gəlmədən əvvəl xeyirli və saleh bir övlad olması üçün dua etməyə başlamaq lazımdır. Necə ki, Zəkəriyyə (ə.s) Rəbbinə: “Rəbbim! Mənə tərəfindən xeyirli bir nəsil bağışla. Şübhəsiz sən duanı haqqıyla eşidənsən” (Ali-İmran, 38) -deyə dua edincə, mələklər ona iffətli və salehlərdən bir peyğəmbər olan Yəhya (ə.s)-ı müjdələdilər. (Ali-İmran39)

Hz. İbrahim (ə.s) oğlu Hz. İslamyıl (ə.s)-la birlikdə Kəbəni inşa edərkən bir tərəfdən də belə dua edirdilər: “Ey Rəbbimiz! Bizi sənə boyun əyənlərdən qıl, nəslimizdən də sənə itaət edən bir ümmət çıxart, bizə ibadət üsullarını göstər, tövbələrimizi qəbul et; həqiqətən sən tövbələri çox qəbul edənsən və çox mərhəmətlisən.” (əl-Bəqərə 128)

Uşaq dünyaya gəldikdə də onun gələcəyi üçün sığınacaqğımız tək qapı Allah-Təaladır. Buna misal olan ən gözəl dualardan biri -Peyğəmbərimizin Hz. Həsən və Hüseynə (r.anhumə) oxuduğu duadır:

“Hər bir şeytandan, zərərli həşəratdan və pis gözdən qorumaq üçün sizi Allahın tam kəlmələrinə həvalə edirəm (sığınıram).” (Buxari)

Özünü Allaha qarşı məsuliyyətli hiss edən hər ata-ana övladlarının da ibadətlərində həssas olmalarını və onların Allah-Təalanın əmr və qadağalarına boyun əymələrini istəyər. Bu ibadətlərin ən başında da namaz gəlir. Çünki digər ibadətlər namaz ibadətinin ardından gəlir. Bu səbəblə uşaqların namaz qılmaları mövzusunda həm örnək olaraq, həm bu mövzuda onlardan ciddi tələbkarlıqla, həm də onlara dua edərək çox diqqətli və həssas davranmalıyıq. Hz. İbrahim (ə.s)-ın Rəbbinə olan bu yalvarışı (dua örnəyi) mövzumuzun çox əhəmiyyətli olduğunu göstərməkdədir: “Ey Rəbbim! Məni və nəslimdən olanları namazı davamlı (lazımınca) qılanlardan et; ey Rəbbimiz duamı qəbul buyur!” (İbrahim 40)

Qurani-Kərim möminlərə fərqli baxış üfüqləri də qazandırmaqdadır. Mömin və müttəqilərə öndər olacaq bir övlad istəyi də bu dualara çox gözəl bir misaldır. Quran ayəsi olaraq buyurulur: “(...O kəslər ki): “Ey Rəbbimiz, bizə (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq zövcələr və övladlar ehsan buyur və bizi təqva sahiblərinə öndər (rəhbər) et! - deyərlər. (əl-Furqan 74)

Xülasə olaraq, bir valideyn öz övladı üçün həm dünya, həm də axirət gözəlliyi istəyər. Amma övladlarımız bizim həm dünya, həm də axirət gələcəyimizdir, bunu da unutmayaq! Bu gələcəyin xoşbəxt olması üçün sərf edəcəyimiz hər əmək, atılacaq hər addım torpağa əkilən toxumlar kimidir. Toxum nə qədər ixlasla əkilərsə, məhsul da o ölçüdə bərəkətli olar. Bu səbəblə səmimi əməklərimizlə birlikdə övladlarımıza könüldən edəcəyimiz dualar sayəsində bizi gözəl bir gələcək qarşılayacaqdır.

Bütün bunlardan öyrəndiklərimiz və bu gün burada əsas söyləmək istədiyimiz şey bundan ibarətdir ki, istər hələ dünyaya gəlməmiş övladlarımız haqqındakı xəyal və planlarımız olsun, istərsə də hal-hazırda həyatda olan övladlarımız olsun, bunların gələcəyi haqqındakı planlarımızda Allah qarşısındakı vəzifələrimiz unudulmamalıdır. Onların gələcəyi üçün dua etməklə yanaşı həmçinin axirətlərini də qurtara bilmələri üçün çalışmamız lazımdır. Və buna özümüzü məcbur hiss etməliyik.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz