FƏLƏQ SURƏSİ

FƏLƏQ SURƏSİ

Fələq surəsi Məkkədə nazil olmuşdur və beş ayədir. Bu surədə qullara, məxluqlarının və qaraldığı zaman gecənin şərindən Allahın himayəsinə girmələri, ucalıq və səltənətinə sığınmaları öyrədilir. Çünki gecə ruhlar təklik hiss edər,pis və əxlaqsız kəslər ətrafa yayılarlar. Surə eyni zamanda həsədçilərdən və cadugərlərdəndəAllaha sığınmağıöyrədir. Bu surə Rəsulullahın(s.ə.s) nəfsini Allahın qorumasına həvalə etdiyi "Muavvizəteyn" deyilən ikisurədənbiridir.

“(Ya Peyğəmbər!) De: “Pənah aparıram sübhün Rəbbinə! Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən; Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən; (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən; Və bir də paxıllığı tutanda paxılın şərindən!” (Fəlaq; 1-5)

Fələq, səhərdeməkdir. Ərəblər son dərəcə açıq olan bir mövzu üçün "fələq"deyərlər.Müsibət və heyrət verici şey deməkdir. Bunu nəsli, yarmaq olub"bir şeyi yarmaq" mənasına gələn sözdən alınmışdır. Yarılan hər şey istər heyvan, istər toxum olsun, fələqdir. "Səhəri yaran"(Ənam surəsi, 6/96) ayəsində də bu məna da istifadə edilmişdir.

“İpliklərə düyün edib üfləyən cadugərlərin şərindən də Allaha sığınıram”. Bu Sehrbazlar, sehrləri Allahın qullarına zərər vermək və ər-arvadı bir-birindən ayırmaq üçün edərlər: "Halbuki sehrbazlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər" (Bəqərəsurəsi, 2/102)

 

NAS SURƏSİ

Nas surəsi, Məkkədə nazil olmuşdur və altı ayədir. Muavvizəteyn surələrinin ikincisidir. Bu surədə ən böyük düşmən olan İblis və onun cürbəcür vəsvəsələrlə insanları aldadan köməkçiləri insan və cin şeytanlarının şərindən aləmlərin ixtiyar sahibinə sığınma və Onun qorunmasına girmə mövzusu izah edilmişdir.

“(Ya Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə; İnsanların ixtiyar sahibinə; İnsanların ilahına; Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən- O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, (O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]” (Nas; 1-6)

Surədə adı keçən Vəsvəs vəsvəsə verən şeytan deməkdir. Xannəs də gizli hərəkət etməyi və geridə qalmağı adət halına gətirən deməkdir."Şeytan burnunu Adəm oğlunun ürəyi üzərinə qoyur. İnsan Allahı xatırladıq da gizlənər. Allahı unutduğu zaman isə onun ürəyinə hakim olaraq vəsvəsə verər." (Hafizəl-Musuli)

Bir hadisə

Həzrət Aişə rəvayət edir: “Rəsulullaha (s.ə.s) cadu edilmişdi. Elə güclü cadu etmişdilər ki, etmədiyi bir şeyi etdiyini zənn edəcək hala gəlmişdi. Bir gün -və ya gecə- Allaha təkrar-təkrar dua etdi. Sonra mənə:"Ey Aişə! Bilirsənmi, Allah mənə istədiyimi verdi",- buyurdu.



“O nədir, ya Rəsulallah?”,- dedim. Bu cavabı verdi:

"İki nəfər (Cəbrayıl və Mikayıl) yanıma gəlib biri baş tərəfimdə, digəri isə ayaq tərəfimdə oturdu. Baş tərəfimdə olan digərinə(yaxud da ayaq tərəfimdəkidigərinə):

- Bu adamın xəstəliyi nədir?,- deyə soruşdu.

- Sehr olunub.

- Ona kim sehr edib?

- Ləbid bin əl-Asam.

- Nəilə?

- Daraq, saç və saqqal tükü, erkək xurmanın qurumuş çiçəyi ilə.

- Həmin cadu hardadır?

- Zərvan quyusunda.

Hz. Aişə deyirki: "Rəsulullah (s.ə.s) səhabələrindən bir qrupla həmin quyuya getdi. Geri qayıdanda mənə dedi:

“Ey Aişə! Vallah o quyunun suyu sanki xına kimi, ətrafındakı xurma da şeytanların başı kimidir”.

- Onu yandırmadınmı,yaRəsulallah!,-dedim.

- Xeyr, amma Allah mənə şəfa verdi. İnsanların ondan zərər görməsini istəmədim.Ancaq o quyunun doldurulmasını (bağlanmasını) əmr etdim.(Buxari, Bədul-xalq 11, tibb47, 49-50; Ədəb56; dəvət58, Müslim, Salam46.)

Cabir bin Abdullah deyirki: “Rəsulullah (s.ə.s) mənə:"Ey Cabir, oxu",-buyurdu.
“Anam, atam sənə fəda olsun, ya Rəsulallah ,nəyi oxuyum?”,-dedim.
“Fələq və Nas surələrini oxu”,-buyurdu, məndə onları oxudum. SonraRəsulullah(s.ə.s):
"O ikisini oxu, çünki sən onlar kimi başqa surə oxumamısan",-buyurdu. (İbn Hibban,Səhih, II, 84. Sünəni Əbu Davud Tərcümə və Şərhi, Şamil Yayınları: 5/431-436.)

Səhər axşam bu surələri oxumağa davam edən kimsə, Allahın izni ilə cin, şeytan və insanların şərindən, sehrdən, nəzərdən və hər cür zərərdən qorunar.a

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz