Əyri Olma(ma)q

Əyri Olma(ma)q

Qazaxıstanın paytaxtı Astanada əyri binaları sizə rəqs edir deyə təqdim edərlər. (Şəkil 1) Öz-özünüzə “əyriliyə gözəl don geydirmişlər. 

Bəlkə də mühəndislər səhvən ortaya çıxan əyriliyi gördükdə özlərini itirmədən binaların adını “rəqs edən binalar” qoymuşlar. Rəqs etmək əyilməkdirsə, rəqs etməmək doğru olmaqdırmı?” -deyə düşünərkən qulağınıza Azərbaycanda şır-şır axan çay səsi gəlir. Çay səsi yüksək səslə bağıran satıcılar kimi “gəlin peşman olmazsınız, mənimlə dəstəmaz alın, suyum sizi təmizləsin, sizinlə təmizlənsin” deməkdədir.

Rəqs edən (əyri) binalardan Şəki-Zaqatala arasında axan Əyri çaya gedər, sərin suyunda dəstəmaz alarsınız. (Şəkil 2) Yol uzundur. İstiqamət batan günəşə, yəni qərbə doğrudur. Uzaqlardan köhnə adıyla əyri, günümüzdəki adıyla Ağrı dağını görərsiniz. (Şəkil, 3) Bu dağa bu boyda əzəmət və ucalığı verənin dağdan daha böyük olduğuna inanaraq: “Allah ən böyükdür” deyərsiniz.

Dünyanın harasında doğru çay var ki? Yollarda çayların əyri axışını görər “insan da su kimi olmalı, ilişib qalmamalı, aşa bilməyəcəyi əngəllər olduqda su kimi yanından dolanaraq getməli” deyə düşünərkən Sivas Kızılırmağındakı əyri körpüyə gəldiyinizi görərsiniz. (Şəkil, 4) “Əyri körpü olarmı? Suyun, sapın əyilməsini başa düşdüm, ancaq daşların əyri düzülməsi nə deməkdir?”  deyərkən sizi hiss edən bir ağsaqqal körpünün hekayəsini nəql edər: “Vaxtilə bir usta ilə şagird varmış. Şagird ilə ustasının arası dəymiş və ayrılmışlar. Bundan sonra şagird Sivasdakı bir körpünün tikintisini öhdəsinə götürmüş. Körpünü görənlər şagirdi ustanın yanında tərifləyirlər. Usta da Sivasa gələrək gizlincə tikintiyə baxır. Körpünün tikintisi xoşuna gəlir. Şagirdini yanına çağıraraq belə deyir:

Usta idik olduq şagird,

Al bardağı suya səyird,

Heç nəzərdən qorxmadınmı?

Körpünü sən əyri çevirt.

Şagird də ustasına hörmət əlaməti olaraq körpünü əyərək tikintiyə davam edir.” “İnsan ölər əsəri qalar, hevan ölər səməri qalar.” deyiblər. Adı bilinməyən şagirddən də yadigar qalan Əyri körpüdən əyrilmədən dosdoğru keçdikdən sonra Aksaraya giririk. Uzaqlardan gördüyümüz minarəni əyri görərək “Allah, Allah” deyib gözlərimizi ovuşdurarıq. “Yolçuluq məni sərsəmlətdimi əcəba, nə oldu mənə?” deyərik. (Şəkil, 5) Yaxınlaşınca minarədəki əyriliyə heyrət edərik. Cameyə girib səflərin əyri olmamasına diqqət edərək namaza durarıq. Minarə nə qədər əyri olsa da sənin yönün, qəlbin, qəlibin doğru olsun məntiqiylə namazı tamamlayarıq.     

Camenin yanındakı çayxanada dincələrək çay içərkən şəkildə gördüyümüz Pizza qülləsi (Şəkil, 6) əyri minarənin yanından əl sallayar. Pizza qülləsi və əyri minarəni gəzən turistlər “əyriliyin hörmət və qazanca, doğruluğun isə çox zaman etibar görməməyə səbəb olduğu reallığını xatırladır. Çay stəkanından çıxan buxar siqaret tütsüsü kimi qıvrıla-qıvrıla yüksələrkən rəqs edən binalar, Əyri çay, Əyri köprü, Əyri minarə və Ağrı dağını göstərən film kadrlarını isladır. Öz-özünüzə “nə qədər çox əyrilik var, “boynun niyə əyridir?” sualına “haram düzdür ki?” deyə cavab verən dəvə bunları görsəydi hər halda boynunun və bədəninin doğru olduğunu iddia edərdi” deyərsiniz. 124 min peyğəmbər doğruluğun bərqərar olması və davamı üçün göndərilmişdir.

Minarəyə, körpüyə, çaya, binaya müxtəlif ad və sifətlər qoymadan əyriyə əyri, doğruya doğru danışaraq əyri qiyməti verənlərə salam olsun. Əyriliyi əyri bina nümunəsində olduğu kimi dəyişik ad və sifətlərlə şər’i və sevimli göstərənlərin şərli illuziyalarından Allaq qorusun. Kəlmələri dəyişdirərək “rəzilliyi” “çılğınlıq”, “həyasızlığı” “cəsarət”, “əyriliyi” “fərasət”, “həddi aşmağı” “azadlıq”, “azğınlığı” “özünəxaslıq” olaraq görtərən boyalı və radiasiyalı hər varlığın təhlükələrinə qarşı əyilməmək, qırılmamaq və geri çəkilməmək duasıyla.

Olsun! Yollar, körpülər, binalar, minarələr əyri olsun. Məhşər meydanına gətirilərək hesab verəcək deyillər ki? “Əmr olunduğun kimi dosdoğru ol!” xitabı biz insanlaradır…

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz