Axirət Olmasaydı

Axirət Olmasaydı

Allah-Təala Qurani-Kərimdə belə buyurmaqdadır:

“And olsun ki, sizə içinizdən elə bir Peyğəmbər gəlmişdir ki,sizin sıxıntıya uğramağınız Ona çox ağır gəlir. O, sizə çox düşkün, möminlərə qarşı çox şəfqətli, mərhəmətlidir.” (ət-Tövbə, 128)

      Peyğəmbərlik muəssisəsi öz həqiqi qiymətini və veriləcək qiymətə uyğun da dolğun bir şəkildə dəyərləndirilməsini gözləyən mükəmməl bir anlatma, tərbiyəetmə və məqsədə qovuşdurma sistemidir. Ümmətinə qarşı müstəsna bir məsuliyyət iqlimində yetişdirilmiş və peyğəbərlik silsiləsinin möhürü olaraq xüsusi bir imtiyaza sahib olan son peyğəmbər Hz. Məhəmmədin Quran ayələrində bu şəkildə tanıdılması bizə yalnız və yalnız bunu ərz etməkdədir.

Uca Alahın təqdiri ilə bəxtimizə özümüzü, ətrafımızı və kainatı, ən əasası isə bütün bunları yoxdan var edəni kamil şəkildə tanıma və Ona qulluq etmə mədəniyyətini anladacaq bir Peyğəmbər düşmüşdür. Allah Rəsulunun ilahi qanunların dünyəvi ehtiraslarla əhatələnən bəşəri təfəkkürdə silinməyəcək bir iz qoyması üçün apardığı cətin və ağır bir mübarizə həyatı Adəm övladlarına qiyamətədək örnək olacaq tükənməz bir mənbədir. Göz yaşlarına qərq olan mübarək bədəni, ilahi mərifət və izzətinin müqayisəsiz bir dəryası hökmünə sahib olan qəlbi ilə ümmətinə qarşı misilsiz bir vurğunluq sevdasını açıqlayan Abdullah bin Ömər (r.a) Hz Aişə anamızdan: “Rəsulullahda gördüyün ən heyrətverici halı mənə söyləyə bilərsənmi?” -deyə soruşduqda Aişə anamız uzun müddət ağlamış, sonra belə demişdir: Onun hər işi heyrətverici idi. Bir gecə yanıma gəldi, üzünü üzümə toxundurdu və sonra belə buyurdu: Ey Aişə! Bu gecə Mənə izin verərsənmi Rəbbimə ibadət edim? Mən: Ey Allahın Rəsulu! Mən sənin yaxılığını da, istəklərini də və Rəbbinə yaxınlığını da sevirəm. İzinlisən!- dedim. Rəsullullah qalxaraq dəstəmaz aldı və namaz qılmağa başladı. Ağlayırdı, hətta ağlamaqdan saqqalı da islanmışdı. Sonra səcdə etdi. Ağlamağa davam edirdi. Göz yaşlarından yer islanmışdı. Sonra yan tərəfinə çevrilib uzandı və yenə də ağlayırdı. Bilal (r.a) sübh namazına çağırmaq üçün gəldikdə ağladığını görüb:

“Ey Allahın Rəsulu! Allah sızin keçmiş və gələcək günahlarınızı bağışladığı halda Səni ağladan nədir? Bunun üzərinə Rəsulullah: Ey Bilal! Şükür edən bir qul olmayımmı? Necə ağlamayım? Allahu bu gecə mənə: “Göylərin və yerin yaradılışında: gecə ilə gündüzün bir-birinin ardınca gəlişində səlim bir ağıl sahibləri ucun gerçəkdən açıq ibrətlər vardır” ayəsini endirdi” -dedikdən sonra belə buyurdu: - Bunları oxuyub haqqında düşünməyənlərə yazıqlar olsun! (İbn Kəsir, Quran Təfsiri II 164)

      Allah Rəsulu örnək həyyatını anlatmaq şərəfinə nail olmaq, dövrümüzdə yaşayan hər bir insan üçün əlbəttə ki, son dərəcə məsuliyyətli bir işdir. Aləmlərə Rəhmət olaraq göndərilmiş və ilahi mərhəmətin ən möhtəşəm təcəllisini aləmlərə əbədi çıraq kimi saçan bir insanı əhatəli ölçüdə tanıtmaq mübarək əshabının belə onun mənəviyyatını şəkillənidirərkən nə qədər çətinliklə üzləşdiklərindən məlum olur.

Rəsulullahın rəhmət və bərəkət sərmayəsindən qidalanan və mərifət əhlinin öndəri olan Hz. Əbu Bəkrin sadəcə bir etirafı Məhəmməd əleyhissalamın mubarək qəlbindən durmadan yayılan şəfqət və mərhəmət nurlarını necə də gözəl açıqlamaqdadır. Bir dəfə Rəsulullah (s.ə.s) Hz. Əbu Bəkrdən: - Nəyi təfəkkür edirsən? –deyə sorusduqda Hz. Əbu Bəkr bu cavabı vermisdi: - Düşünurəm ki, vücudum genişlənərək cəhənnəmi əhatə etsin ve bu surətlə də Məhəmməd əleyhissalamən ümmetini Allah orada yandırmasın. Bu zaman Rəsulullah: - Bu təfəkkür 70 illik ibadətdən xeyirlidir, -buyurmuşdu.

Peyğəmbər tərbiyəsinin kamil bir təcəssümü olan Hz. Ömərin etirafi isə üstündən əsrlər keçməsinə baxmayaraq öz canlılıgını bu gün də mühafizə etməkdədir: “Qurana qab, elmə də qaynaq (mənbə) olan Allahdan günlük ruzinizi istəyin. Gunahlardan peşmançılıq duyan kimsələrlə oturub-durun, çünki onların qəlbi hər seydən ucadır. Allahdan qorxan kimsə hirsinin ardına düşməz və hər arzu etdiyi şeyi də etməz. Axirət olmasaydı dünyanı bu şəkilde görməzdiniz.”

Abır və həyanın Rəbbinə qulluq mükəlləfliyi ilə birləşərək sərgiləndiyi  Hz. Osman buyururdu ki: “Əgər qəlbləriniz təmizlənmiş olsaydı Allahın kəlamından doymazdınız.”

    Peyğəmbər nəvazişinin cazibəsində yetişən Hz. Əlinin insanlara səslənməsi dünya həyatının dəyərləndirilməsi və ondan məqsədyönlü şəkildə istifadə edilməsi baxımından misilsiz bir əhəmiyyət ərz etməkdədir: Yaxşı bilin ki, siz də öləcək və öldükdən sonra dirildiləcəksiniz. Yanınızda yalnız əməllərinizi görəcəksiniz və hesaba çəkiləcəksiniz. Dünya həyatı sizi aldatmasın çünki o, başdan-ayağa bir imtahan, bəla və müsibətlə doludur. Onun dəyəri fanilik, xüsusiyyəti isə vəfasızlıqdır. İçindəki hər şey yox olmağa doğru axıb getməkdədir.

Yaşadığımız aləmi və axirəti dərk etməyin bütün çətinlikərinə baxmayaraq mübarək Peyğəmbərimizin əbədi qurtuluş yolunu anlatmaq yönü və üslubu o qədər sadə və incə mənalar üzərinə köklənmişdir ki, bu, təmas edilən və qəlbən ilahi qurtuluş çağırışına cavab verən hər bir varlığın mahiyyətində öz əhəmiyyətli təsirini hiss etdirəcək dərəcədədir. Rəsulullah bir dəfə Muaz (r.a)-a buyurdu: “Ey Muaz! Təqva möminin təqibçisi, Quran da rəhbəridir. Allah qorxusu ən doğru yoludur. Namaz sığınacağı, oruc isə qalxanıdır. Sədəqəsi qurtuluş ödənişidir. Doğruluq əmiri, həya vəziri və Rəbbi də bütün bunların üzərində onun nəzarətçisidir. Ey Muaz, mən özüm üçün sevdiyim və istədiyim şeyi sənin üçün də istəyirəm. Cəbrayılın mənə qadağan etdiyi şeylərdən sənin də uzaq durmağını istəyirəm. Artıq Allahın sənə verdiyi bu qədər şeyin qarşısında qiyamət günü səndən daha qazanclı, vəziyyəti daha yaxşı olan biri ilə qəti qarşılaşmayım. (Əli əl Müttəqi, Kənzül-Ummal 1/164)

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz