Ya Həzrəti – Mövlana

Ya Həzrəti – Mövlana

1991-ci ildə Mövlana dərgahına ilk dəfə qədəm qoyarkən, o böyük zata olan duyğularımı bu misralarla dilə gətirdim.

Dərgahına gəlmişəm,

Ya Həzrəti – Mövlana!

Bir dərbədər dərvişəm,

Ya Həzrəti – Mövlana!

 

Sən ərmişlər ərisən!

Hər diridən dirisən!

Arıt göyü, yeri sən

Ya Həzrəti – Mövlana!

 

Polad dağlar eşildi,

Göy çökdü, yer deşildi...

Ruhun hələ yaşıldı,

Ya Həzrəti – Mövlana!

 

Yaşıl türbən – yaşıl şəm!

Yaşıl Pirsən möhtəşəm!

Sözdə şahi – qəşəmşəm

Ya Həzrəti – Mövlana!

 

Dərgahın sirlər kanı!

Səma etdir dünyanı:

Bəlkə dönər imanı,

Ya Həzrəti – Mövlana!

İyun 1991

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz