Könüllər Sultanı Mövlana
Gəl! Gəl! Nə olursan ol, yenə gəl!
Kafir, məcusi və ya bütpərəst olsan da, gəl!
Bizim dərgahımız (olan İslam) ümidsizlik dərgahı deyildir.
Yüz kərə tövbəni pozsan, yenə də gəl!
Mən ömrüm boyu Quranın bəndəsiyəm
Mən hz. Məhəmmədin ayağının tozuyam
Kimsə məndən bunun xaricində bir şey nəql edərsə
Ondan da bezaram, o sözdən də bezaram, şikayətçiyəm...
Öldükdən sonra məzarımızı yerdə axtarmayın
Bizim məzarımız ariflərin könüllərindədir...
Günəş olmaq və ümmanlara, çöllərə
Qızılı şüalar saçmaq istərdim.
Ağlın varsa başqa bir ağılla dost ol, işlərini məsləhətlə gör.
Biz torpağa sevgidən başqa toxum səpmərik.
Bu tərtəmiz tarlaya başqa bir toxum əkmərik...
Həyatı sən aldıqdan sonra ölmək də şirindir
Səninlə olduqdan sonra ölüm, şirin candan daha şirindir...
Biz gözəlik, sən də gözəlləş, özünü bəzə
Bizdən nümunə göter, başqalarına deyil, bizə bənzəməyə çalış...
Bir damla olma, özünü ümman halına gətir
Madam ümmanı arzulayırsan, damla olmaqdan vaz keç...
Yaxın gəl, yaxın!
Daha da yaxın ol! Nədir bu yol ayrıcılığı?
Madam ki, sən mənsən, mən də sən, bu sən və mənlik nədir?
Ya olduğun kimi görün, ya da göründüyün kimi ol!
İki barmağının ucunu gözünə qoy. Dünyaya aid bir şey görə bilirsənmi? Sən görə bilmirsənsə bu dünya yox deyildir.
İnsan gözdən ibarətdir, geri qalan cəsəddir. Göz isə ancaq həqiqi dostu görəndir.
İnsanın gözü nəyi görürsə dəyəri o qədərdir.
Sevgidə günəş kimi ol,
Dostluq və qardaşlıqda axar su kimi ol,
Xətaları örtərkən gecə kimi ol,
Təvazökarlıqda torpaq kimi ol,
Hər nə olursan ol,
Ya olduğun kimi görün, ya da göründüyün kimi ol!
Qabığı qırılan sədəf səni incitməsin, içində inci vardır.
Əxlaqsızların bağırtısı ilə cəsur igidlərin nərəsi tülkü ilə aslanın səsi kimi meydandadır.
Doğruluq Musanın əsası kimidir. Əyrilik də sehrbazların sehrinə bənzər. Doğruluq ortaya cıxdıqda bütün əyrilikləri udar.
Şahmatda piyada yola çıxar, sonda vəzir olar.
ŞƏRHLƏR