Təhsilin 50%-i
Hər zaman tələbələrimizin və ya şagirdlərimizin təlim-tərbiyəsindəki müvəffəqiyyətinin onların юzlərindən asılı olduğunu deyirik. Amma yaddan çıxarmamalıyıq ki, təhsil verən hər bir müəssisənin əldə etdiyi nailiyyətin 50%-i, onu idarə edən və orada təhsil verən müəllimlərin üzərinə düşür. Bu və bundan sonrakı məqaləmizdə bu mюvzuda yazmağa çalışacağıq. Bunun da səbəbi hər kəsin yay tətilinə çıxmasına baxmayaraq bu müəssisələrin gələcək təhsil ili üçün hazırlıqlara başlamasıdır.
Əsasən texnologiyanın inkişafı və onun imkanlarından hər bir insanın istifadə ettiyi bu günlərdə orta və ali məktəb idarəçilərinin daha da müvəffəq ola bilmələri üçün bir çox üstünlüklərə sahib olmaları lazımdır. Bu müəssisələrdə idarəçi olan şəxsin sadəcə təhsildə deyil, eyni zamanda idarəçilik, iqtisadiyyat və tədqiqat sahələrində də qabiliyyətli olması əsas şərtlərdəndir. Idarəçi və ya müdir müəssisənin hədəf və məqsədlərini müəyyənləşdirməli, yol gюstərərək nümunəvi şəxs olmalı, eyni zamanda da lazım olan vaxtlarda cəza və qadağalar qoyaraq əlindəki səlahiyyətlərdən mükəmməl istifadə etməyi bacarmalıdır. Bu məqsədlə müdirlər ən azı hər həftə müəllim heyyəti ilə gюrüşməli, problemlərdən vaxtında xəbərdar olub lazımi qərarları verməlidir. Bu gюrüşlər mütəmadi olaraq valideyn və tələbələrlə də keçirilməlidir.
Həyatda юz işini yaxşı gюrməyən bir insanın müvəffəqiyyət qazanması şans məsələsidir. Buna gюrə də müdirlər həm müəllim, həm də tələbələrlə olan əlaqələrdən qaçmamalı, onlara daha yaxın olub, onlardan biri olmağa çalışmalıdır. Məsələn, təzə işə başlayan bir müəllim dərs planını hazırlamaqda və onun həyata keçirilməsində, tələbələrlə ünsiyyət qurmaqda və dərs üçün əyani vasitələrin təminində çətinlik çəkərsə, ilk nюvbədə onun kюməyinə müəssisənin müdiri çatmalıdır. Eyni zamanda tələbələrin problemləri ilə maraqlanmalı, hər hansı bir tələbənin probleminin olduğunu müşahidə edərsə onunla bir dost kimi danışmalı və məsələnin həlli üçün variantlar axtarmalıdır. Lakin bunları edərkən юzünün hər şeyə sahib olduğunu gюstərməməli, lovğalanmamalı və юzünü xilaskar kimi qələmə verməməlidir. Hər bir təhsil müəssisəsinin birinci olması və yaxşı bir mütəxəssis yetişdirə bilməsi üçün idarə,ilərin aşağıdakıları təmin etməsi əsas şərtdir.
1. Müəllimlərin və keçilən dərslərin hazırlıqlarının nəzarəti və dəyərləndirilməsi.
2. Dərs kitablarının təmini, təkmilləşdirilməsi və mюvzulara gюrə gюrüntülü vəsaitdən istifadə.
3. Hər il müəllim heyətinin bir həftə olmaq şərti ilə daha təcrübəli və ixtisaslı müəllimlərlə gюrüşdürülməsi və onlardan dərs alınması.
4. Təhsil üçün lazım olan bütün kitab və texniki vəsaitin əvvəlcədən təmini.
5. Yaxşı tələbə yetişdirə bilmək üçün savadlı və bacarıqlı müəllimlərin müəssisəyə cəlb olunması.
6. Təhsil sahəsindəki yenliklərdən xəbərdar olub onların təmini və tətbiqinə çalışmaq.
Yadımızdan çıxarmamalıyıq ki, müəssisədəki müəllim və ya imkanlar hansı səviyyədə olursa olsun onun istifadəsi və tətbiq olunması müəssisə müdirinin səviyyəsindən asılıdır. Belə ki, müəllim zəhmətinin və müvəffəqiyyətlərinin müdiriyyət tərəfindən dəyərləndirmədiyini bildikdə həvəsdən düşər. Bunun nəticəsində də o, biliyini və bacarığını tam istifadə etməz və sanki bu işi zorla həyata keçirər. Müdiriyyət eyni zamanda müəllimin şəxsi problemlərindən də xəbərdar olmalı, bu problemlərin onun dərsdəki bacarığına təsir gюstərməməsinə çalışmalıdır.
Müəssisənin digər bir qalibiyyəti də müdirin hazırlamış olduğu plan və hədəflərə bağlıdır. Çünki tədris ili başlamamışdan əvvəl idarəçi əlindəki imkanlar daxilində ən azı bir illik planını hazırlamalı və il ərzində baş verən hadisələrin onun bu planını dəyişdirməməsinə çalışmalıdır. Belə olduğu zaman o idarəçi daha çox rəğbət qazanan, hər kəsin bəyəndiyi müdir və lider halına gələr.
ŞƏRHLƏR