Vaxtin Qiyməti

Vaxtin Qiyməti

Bir gün Bəhlul Danəndə Abasi xəlifəsi Harun Rəçiddən soruşdu:

- Ey xəlifə, sənə üç sualım var: 1. Yerin üstündə, 2. Yerin altında, 3. Göydə ən çox nə var? Harun Rəşid belə cavab verdi:

- Yerin üstündə ən çox canlılar var. Yerin altında ən çox ölülərdir. Göydə isə ən çox olan qanadlılardır. Quşlar, kəpənəklər və s. Bəlul mənalı-mənalı baxaraq belə buyurdu:

- Xeyr, ya xəlifə, sən işin zahiri tərəfini söyldin. Həqiqətini demədin. Yer üzündə ən çox olan şey tamahlardır, ehtiraslardır, qısqanclıq və bitmək bilməyən nəfsani arzulardır. Yerin altında ən çox mövcud olan şey “eyvah”, “vay” ilə “kaş ki”lərdir. Göydə isə ən çox olan Allaha şıxan saleh əməllərdir.

Bu baxış nöqteyi-nəzərindən bizdən ayrılan illəri, hətta hər nəfəsi düşünməliyik.boşuna tükətdiyimiz hər zaman üçün “eyvah” deməliyik. Bu peşmançılığı torpağın altına girmədən etməliyik. Yaşadığımız müddətdə bu təfəkkürdən qafil qalmamalıyıq. Düşünməliyik ki, görəsən Allah bu an canımızı alsa nə qədər “eyvah, kaş ki” deyərdik.

Rəsulullah (s.ə.s) belə buyurur:

“Bütün ləzzətləri kökündən qoparan ölümü çox xatırlayın!”

Əcəba, yer üzündə bizə günün birində “eyvah” dedirdəcək nə qədər tamahların, ehtirasların, həsrətlərin və vaxtı ziyan edən təmayüllərin arxasınca düşməkdəyik?

Heç düşünürsünüzmü nə üçün

“Fəcrə (səhərin aydınlığına) and olsun” buyurulur? (əl-Fəcr, 1)

 

HAQQ DOSTLARINDAN

Mömin kimdir, gör!

 

Yəhya b. Muaz bir risaləsində möminlərin xüsusiyyətlərindən birini belə izah edir:

“Mömin çox utancaqdır, başqalarını incitməz, fəsadçı deyil, doğru sözlüdür, az danışar, çox iş görər, az səhv edər, gərəksiz işlərlə az məşğul olar. Yaxınlarını himayə edər. vüqar sahibidir, şükür edəndir. Dolanışıq sıxıntısına düşdükdə üsyan etməz, qardaşlarına qarşı üzüyoladır, nəzakətlidir, şəfqətlidir, lənət oxumaz, ayıblamaz, qeybət etməz, söz gəzdirməz, tələskən deyil, qısqanc deyil, kin saxlamaz, təkəbbürdən uzaqdır, özünü bəyənməz, dünyaya ehtirasla bağlanmaz, gərəksiz xəyallar qurmaz, çox yatmaz, qəflətə çox düşməz, riyakar, münafiq, xəsis deyildir, gülərüzlüdür, nə qüsurları araşdırar, nə də insanların arasını vurar. Allah üçün sevər, Allah üçün razı qalar. Allah üçün qəzəblənər, azuqəsi təqva, düşüncəsi axirət, yoldaşı zikrdir, dostu Mövlasıdır, çalışmaları axirətə yönəlikdir.”

 

HƏQİQİ DOST

 

Əbud-Dərda (r.a) belə deyərdi:

İnsanı əyləndirən nemətlərə dalaraq, gizli şəhvətə qapılmanızdan qorxuram. Bu şəhvət elm baxımından ac qaldığınız halda, mədənizi yeməklə yaxşıca doldurduğunuz zaman ortaya çıxar. Sizin ən xeyirliniz dostuna bu nəsihəti edəndir:

“Haydı, gəl ölmədən əvvəl oruc tutaq!” Ən şərliniz də dostuna belə deyəndir:

“Gəl, ölmədən əvvəl əylənək, yeyib-içək, həyatın dadını çıxaraq...”

Bu, insan üçün acı bir xüsrandır. 

 

XEYİRDƏ YARIŞ

 

Rəsulullah (s.ə.s) əshabını həyatı gözəlliklərlə dolu yaşamaq tərbiyəsilə yetişdirmiş, biz ümmətinə də onları misal vermişdir. Bir gün Rəsulullah sübh namazını qıldıqdan sonra əshabına tərəf döndü və:

- Bu gün içinizdə oruc tutan varmı? Hz. Ömər:

- Ya Rəsulallah, gecə oruc tutmaq ağlıma gəlmədi, onun üçün oruclu deyiləm,    -dedi. Hz. Əbu Bəkrsə:

- Gecə oruc tutmağı düşündüm və səhərə oruclu çıxdım, -dedi.

Ardından Rəsulullah (s.ə.s) ictimai həyatla bağlı belə sual verdi:

- Bu gün içinizdən xəstə ziyarəti edən varmı? Ömər (r.a):

- Ya Rəsulallah, sübh namazımızı qıldıq, hələ yerimizdən ayrılmadıq. Necə xəstə ziyarət edə bilərik? –dedi. Hz. Əbu Bəkr (r.a) isə:

- Qardaşım Əbdürrəhman b. Əvfin xəxtə olduğunu eşitdim. Məscidə gələrkən ona baş çəkdim. Sonra buraya gəldim, –dedi. Yenə Rəsulullah belə soruşdu:

- Bu gün içinizdə bir yoxsul doyuran varmı? Hz. Ömər:

- Ya Rəsulallah, sübh namazını yeni qıldıq, hələ yerimizdən ayrılmamışıq, dedi. Hz. Əbu Bəkr isə:

- Məscidə girərkən ehtiyacını ərz edən bir adam gördüm. Oğlum Əbdürrəhmanın əlində bir parça arpa çörəyi vardı. Onu alıb yoxsula verdim, dedi.

Bunun müqabilində Allah Rəsulu:

- Səni cənnətlə müjdələyirəm! –buyurdu. 

Həzrət Ömər dərin bir ah çəkdikdə Rəsulullah (s.ə.s) könlünü alaraq belə buyurdu:

- Allah Ömərə rəhmət etsin, Allah Ömərə rəhmət etsin. Nə vaxt xeyir bir iş görmək istəsə, Əbu Bəkr mütləq onu keçər.

“Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: "Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm!..” (əl-Muminun, 99-100)

“Hər kəsin (hər ümmətin) üz tutduğu bir qibləsi vardır. (Ey müsəlmanlar!) Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olun, Allah sizi (qiyamətdə) bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!” (əl-Bəqərə, 148)

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz