İbrət istəyən varmı?

İbrət istəyən varmı?

Sultan III Səlim zamanında doğruluğu ilə məşhur olan bir alimi qazı təyin etmək istəyirlər. Amma bu adamın ayağına geydiyi çarıqlar yoxsulluq səbəbi ilə köhnə və yamaqlı idi.

            Bəzi adamlar:

            “Ayağına geyməyə ayaqqabısı olmayan bir adamı qazı vəzifəsinə gətirmək düzgün deyil”, deyərək  yoxsul adamın bu vəzifəyə gəlməsinə mane olmağa çalışdılar.

Bu etirazları eşidən yoxsul alim, onlara bu cavabı verdi:

“Biz hökmləri ayağımızla deyil, başımızla verəcəyik.”

 

Qurtuluşa çağırsalar!

Rəbi b. Heysəm qoca vaxtında iflic olmuşdu. Bu halıyla iki nəfərin yardımıyla məhəllə məscidinə gedib-gəlirdi. Dostları onu bu halda görüncə:

- Ey Rəbi! Allah sənə rüxsət verib. Olmazmı namazını evdə qılasan, belə əziyyət çəkməyəsən!

            Rəbi isə onlara belə cavab verdi:

- Sizin dediyiniz doğrudur. Ancaq mən hər namaz vaxtı müəzzinin, “Hayyə aləl-fəlah!” “haydı qurtuluşa!” deyərək çağırdığını eşidirəm. Adam qurtuluşa çağırıldığını eşitsə sürünə-sürünə də olsa getməz mi?

 

Dünyaya ibrət gözü ilə baxmaq.

Xatəm-u Əsam (rəh.a)-ə bəzi adamlar:

Biz dünyaya ibrət gözü ilə baxanlardan nə zaman və necə ola bilərik? Demişlərdi. O da belə cavab verdi:

-Dünyada hər şeyin xarab, hər kəsin də gedəcəyi yerin turab(torpaq) olacağını düşündüyünüz vaxt.

 

 

Hicrət

 

Səhl b. Abdullah belə demişdir:

- Hicrət qiyamətə qədər davam edəcək bir fərzdir.

Hicrət cəhalətdən elmə, Allahı unutmaqdan zikrə, üsyandan itaətə, günahdan tövbəyə gedən, sonsuz bir yoldur.

 

Halalın hesabı, haramın cəzası var.

 

Vəki b Cərrahdan soruşdular:

- Niyə nəfsini dünya nemətlərindən və ləzzətlərindən bu qədər məhrum edirsən?

Belə cavab verdi:

- Nə edə bilərəm ki, hər halalın hesabı, hər haramın da cəzası var…

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz