Kürdəmirdən Çinə

Kürdəmirdən Çinə

Avtobusla Kürdəmir yolundayam. Yanımda çinlilər var. Çantaları doludur, eyni şəhərə gedirik.

Çinliləri gördükdə ilk olaraq bunlar gəlir ağlıma: qıyıq gözlər, qısa boy, düyü, Çin səddi, keyfiyyətsiz mallar və Vəhb bin Kəbşə həzrətləri...

Yollarda dörd mövsümü yaşayaraq bir il yol gedən böyük səhabə Vəhb həzrətləri... Bir illik səfərdə dörd mövsümün paltarını daşımaq belə böyük yükdür. Biz də yollardayıq, amma mövsümləri miniklerdə yaşamırıq.  Maşının peçiyle  kondisionerlər sayəsində üşümə və tərləmə nemətindən məhrum şəkildə yol alırıq.

Çinlilərin çantaları doludur. Məşhur söz var: boş bardaqla təqdim olmaz. Çinlilər təqdimi çanta üzərində edirlər. Yanında heç bir sənaye malı olmayan Vəhb həzrətləri nə dalınca getmişdi? Turist və tacir kimi getmədiyi dəqiqdir. Üstəlik dil probleminin yaşandığı bir ölkədə qıyıq gözlü olmamağın çətinlikləri varkən. Vəhb həzrətlərinin bir çinliyə ilk dəfə Allahı tanıtmaq cəhdlərini düşünürəm. Əcəba, rəngi, gözü, boyu ilə özündən fərqli, uzaqdan gəlmiş bu insana çinlilər  necə baxmışdı?

Çinlilər qazanc əldə edərək vətənə dönmək dərdindədirlər. Vəhb həzrətləri vətəninə nə məqsədlə qayıtmaq istəyirdi? Vəhb həzrətlərinin hədəfini və yaşaya biləcəyi problemləri düşünərkən sürücünün qoyduğu İbrahim Tatlıses şarkısı araya girir:

Aşiretler bir yigidi medh eder

Pala Remzi derler  onun namına

Alem Remziden razı

Sordum namın verdiler

Pala Remzi dediler….

Pala Rəmzi və Vəhb həzrətləri uzun Kürdəmir yolunda Tatlısesin iştirakı ilə bir araya gəldilər. Bəzilərini oynadan şarkıdan bunları anladım:

Mədh olunmaq üçün hansısa bir sahənin igidi olmaq gərək. Pala Rəmzini aşirətlər mədh edərkən Vəhb həzrətlərini ümməti-Məhəmməd rəhmətlə anır. Pala Rəmzi oynadır, Vəhb həzrətləri oyandırır. 

Pala Rəmzi üçün “aləm Rəmzidən razı” deyilir. İnsanlar demir, aləm deyir. Yəni quşlar, böcəklər, balıqlar, cansız əşyalar – bütün məxluqat…

Dinimizdə saleh insan məfhumu vardır. Saleh ilə sülh kəlməsi eyni kökdəndir. Saleh insan nəfs və şeytandan başqa bütün məxluqatla sülh halında olandır. Hər cür maddənin israf edilməsi o maddə ilə insan arasında savaşın başlamasıdır. Bu savaşda insan qalib gəlsə də dünya və ekologiya, başqa ifadə ilə desək, aləmlər zərər görməkdədir.

Vəhb həzrətlərinin Çində nə işi vardı? Bu sualın cavabı “aləm Rəmzidən razı” cümlələri olur. Saleh insanın sülhündən fərqli olaraq vəhy tərbiyəsi görməmiş insan nəfsi və şeytanı ilə sülh halındadır. Digər varlıqlarla münasibəti zülm, haqsızlıq, mənfəət və eqoizm təməlləri üzərinə qurulmuşdur. Buna görə Vəhb həzrətləri insanları Allahla, kainatla, ailəsiylə, qonşularıyla, valideynilə, təbiətlə, heyvanlarla, ekologiya ilə sülh şəraitində yaşayan saleh insan olmağın yollarını öyrətmək üçün yollara düşmüşdü.

Söz İbrahim Tatlısesdə:

Pala bıyığı değil

Yüreğidir dediler

Aleme bir gül gerek

Yiğitlere pir gerek

Menzile varmak için

Remziyi bilmek gerek.

Hər şeyi var edən Allahdır.

Görün nə ürəklər yaratmış.

Remziiiiiiii

Evini, telefonunu, maşınını, kompyuterini, ev əşyalarını dəyişə bildiyi halda, özünü dəyişə bilməyən iradəsi zəif insanların dövründə yaşayırıq. Maşınının Mercedes olmasını istəyirsən, amma şəxsiyyət və əxlaqın Moskviç də deyil. Sözü Mövlanaya verək: “Deyək ki, Əlinin zülfüqarı səndə, Əlidəki ürək hanı səndə!”

Çinlilər, Vəhb bin Kəbşə, İbrahim Tatlıses və Pala Rəmzi ilə davam edən səfərimizə avtobusdakı Cd oxudan səssiz qalarmı? Bu səslər gəlir:

Bas qaza aşkım bas qaza

Kim tutar seni bas qaza

Yollar senin hiç durma…

Elədir, yollar insan üçündür. Vəhb həzrətləri də bir yolla getdi, Əbu Cəhl də. Kimisi yaxşı yollarda, kimisi də pis yollarda qaza basdı sonuna qədər.  Ömür bitər, yollar bitməz deyirlər. Sən hansı yolda qaza basırsan? Maşınım yoxdur deyib çıxış yolu axtarma! Vəhb həzrətlərinin maşınımı vardı, qaz pedalına sahib olanların aşa bilməyəcəyi yolları, dağları, iqlimləri aşdı. Şəhərlərdə ictimai nəqliyyat vasitələrindən istifadə etsək də, və ya özəl miniklərlə eyni yollardan getsək də əslində yolların sayı məxluqatın nəfəsi qədərdir. Bütün yollar cə cə deyə başlayan iki yerdən başqa yerə çıxmaz.

Yollar... Yaxınlaşma və uzaqlaşma dualizmini tozlarla birlikdə daşıyırlar. Yolumuza diqqət edək, kimlərə yaxınlaşdırır və kimlərdən uzaqlaşdırır?

1400 il əvvəl nazil olmuş, yeniliyini itirməyən, hər hərfinə qədər əzbərlənən bir kitabda “hara gedirsiniz?” deyə xitab olunur. “Bas qaza aşkım yollar sənin” deyən şarkı sözlərinə cavab alana qədər bu sözlərlə bəlkə minlərlə nəqarət gərək:

Hara gedirəm?

Kimin yolunda qaza basım?

Ballar balını buldum deyən Yunus da İbrahim Tatlıses, İsmail Y.K, Pala Rəmzidən ibarət bu qrupa aşağıdakı sözlərlə qatılaraq müəmmanı bir az da artırır:

“Bu yol uzundur

Mənzili çoxdur

Keçidi yoxdur

Dərin sular var.”

Yollarınızın açıq olması duasıyla…

 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz