Dua Et Ki, Rəbbin Sənə Dəyər Versin

Dua Et Ki, Rəbbin Sənə Dəyər Versin

Allahim! Əziz Peyğəmbərimizə bizim üçün dua və yalvarışları olmasa onlara nə deyə dəyər verim... dediyini bilirik. (əl-Furqan, 77)

Şanı uca Rəbbimiz! Hər gecə, gecənin son üçdə biri qaldıqda dünya göyünə nazil olaraq “Bağışlanma diləyən yoxmu, tövbə edən yoxmu, dua edən yoxmu?” “Kim Mənə dua edir, duasını qəbul edim! Kim Məndən istəyir, istədiyini verim! Kim Məndən bağışlanma diləyir, onu bağışlayım!” buyurduğunu da həbibin bizlərə xəbər verdi. (Buxari, Dəavat, 14)

Yenə “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!” (əl-Mumin, 60) deyərək tənbeh edişindən də xəbərdarıq, ya Rəbbi!

Allahım! Günahlarımıza israrla davam edə-edə Səndən məğfirət istəməyimiz bəlkə də üzsüzlükdür. Lakin Sənin əfv və məğfirətinin genişliyini bildiyimiz halda istiğfar etməyi də tərk etmək bəlkə də axmaqlıqdır. Zira, “Ey Adəm oğlu, Mənə dua etdiyin və Məndən ümidvar olduğun müddətdə nə niyyətlə etsən də günahlarını bağışlayaram. Ey Adəm oğlu, sənin günahların göy üzünə qədər çatsa da, sən bağışlanma diləsən, səni bağışlaram. Sən Mənə yer üzünü dolduracaq qədər günahla gəlsən və Mənə ortaq qoşmamış halda hüzuruma çıxsan, Mən səni bir o qədər məğfirətlə qarşılayaram.” (Tirmizi, Dəavat, 98) deyirsən. Səndən başqa yalvaracaq qapı da yix, sığınacaq da.

Əziz Peyğəmbərinin diliylə söylərsək, Allahım, Sənin məğfirətin günahlarımızdan daha böyükdür... Rəhmətin isə əməllərimizdən daha dəyərlidir...  Bizə möhtac olmadığın halda nemətlərinlə bizə nə qədər çox şəfqət göstərirsən. Biz isə Sənə möhtac olduğumuz halda günahlarla qəzəbini qazanırıq. Bizim böyük günahlarımızı böük əfvinin içinə qoy, ey mərhəmət edənlərin ən mərhəmətlisi!

Əbu Bəkr (r.a) Rəsulullah (s.ə.s)-ə belə dedi: “Mənə namazımda edəcəyim bir dua öyrət!” Peyğəmbər (s.ə.s) belə buyurdu:

“Allahım! Mən nəfsimə çoz zülm etdim. Günahları ancaq Sən bağışlayarsan. Mənə qatından bir məğfirət buyur, mənə mərhəmət et. Çünki Sən çox məğfirət edənsən, çox mərhəmət edənsən.” (Müslim, Zikr 48, 2705)

Hz. Əlidən rəvayət edildiyinə görə Rəsulullah (s.ə.s) namazda salam verdikdən sonra belə deyərdi:

“Ey Allahım, öncədən işlədiyim və arxada qoyduğum, gizlədiyim və açığa vurduğum, həddi aşdığım və Sənin məndən daha yaxşı bildiyin bütün xətalarımı bağışla. Önə keçirən də, geriyə qoyan da Sənsən. Səndən başqa ilah yoxdur.” (Əbu Davud, Kitabus-Salət, 83)

Əbu Hüreyrə (r.a) rəvayət edir: “Rəsulullah (s.ə.s) səcdələrində bunları deyərdi: “Allahummə-ğfir lizənbi kulləh, diqqahu və culləh, əvvəluhu və əxiruh, sirrahu və aləniyyəh. (Allahım! Böyük-kiçik, birinci-sonuncu, gizli-açıq, bütün günahlarımı məğfirət eylə!)” (Müslim, Salət, 216)

Həzrət Aişə anamız deyir ki:

            “Bir gecə oyandığımda Allah Rəsulunu yanımda görmədim. Digər xanımlarından birinin yanına getmişdir, deyə düşündüm. Əlimlə ətrafı yoxladım. Əlim ayaqlarına toxundu. O zaman Allah Rəsulunun səcdədə olduğunu anladım. Qulaq asdım, hıçqıra-hıçqıra ağlayır və yalvararaq belə dua edirdi:

            “Allahım! Sənin qəzəbindən Sənin rizana sığınıram! Allahım! Başqa deyil, Səndən yenə Sənə sığınıram. Səni səna etməkdən acizəm. Sən zatını necə səna etdirsənsə eləsən!” (Müslim, Salət, 222; Tirmizi, Dəavat, 75/3493)

Əziz qardaşlarım, unutmayaq ki, bu duaları edən insanın, yəni Peyğəmbər (s.ə.s)-in keçmiş, gələcək, nə qədər zəlləsi varsa hamısı bağışlanmışdır. (əl-Fəth, 2) Buna baxmayaraq Rəbbinə yalvarıb-yaxarması bizə örnək olmalı deyilmi? Bəs biz günahkar bəndələr nə qədər tövbə-istiğfar etməliki görəsən?!

 İstiğfar edərkən günahdan həqiqətən peşman olmaq gərəkdir. Günahı söküb atmadan istiğfar etmək yalançıların işidir. Rabiyətul-Ədəviyyədən rəvayət olunan söz buna çox bənzər. o belə deyirdi: “Bizim istiğfarımız çox istiğfara möhtac olur. Günahları kökündən ataraq tövbə etmədiyimiz üçün çox istiğfar etməmiz lazım gəlir.”

 

ALLAHIN TƏVƏCCÖHÜ NECƏ ƏLDƏ EDİLİR

Əbu Umamədən gələn bir rəvayətdə Rəsulullahın belə dediyi nəql olunur:

“Ya ərhamər-rahimin (Ey mərhəmət edənlərin ən mərhəmətlisi) deyən kəs üçün Allahın vəzifəli bir mələyi vardır. kim bunu üç dəfə söylərsə, mələk ona belə deyər: Mərhəmət edənlərin ən mərhəmətlisi (olan Allah) sənə təvəccöh etmişdir, istə...” (Hakim, əl-Müstədrək)

 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz