TƏVAZÖKAR BİR HAFİZ

TƏVAZÖKAR BİR HAFİZ

Keçən ay hər bir müsəlmana, xüsusilə də Quran hafizlərinə nümunə ola biləcək Hafiz Süleyman Işık qardaşımızı Haqqın rəhmətinə uğurladıq.

Adanalı Süleyman hoca Quran, azan, mövlud, təkbir və salavat sədalarının heç əskik olmadığı bir atmosferdə dünyaya gəlmişdi. Atası Əli Işık xoca mənim də gənclik illərimdə həmişə getdiyim məscidin imamı idi və məscidə aid binada qalırdılar. Əli xocamız da bir sübh namazından sonra əllərini açaraq camaatla birlikdə dua edərkən dünyasını dəyişmişdi. Yəni həyatı da, vəfatı da mehrabda olmuşdu… Süleyman da belə bir ailə böyümüşdü.

Kiçik Süleyman ibtidai sinfi bitirdikdən sonra hafizlik etmək üçün İstanbuldakı Bayrampaşa Yaşıl Came Quran kursuna getməyə başlayır. Orada hafiz olaraq Adanaya geri dönür və imam-xətibdən məzun olur.

Bir neçə il Adanada fəxri imamlıq etdikdən sonra 1996-cı ildə Azərbaycanda tarix fakültəsinə daxil olur. Burada keçirəcəyi illər onun üçün axirət sərmayəsinə çevriləcəkdi. Hər zaman ona yoldaş olan Quran fakültədə oxuyarkən də onunla birlikdə olmağa davam edir.

Tarix fakültəsində oxuduğu Şəki şəhərində Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Quran kursunda fəaliyyətə başlayır. Bir yandan universitetdə oxumağa davam edir, bir yandan da hafiz yetişdirməklə məşğul olur. O, kursda bəlkə də yüzlərlə tələbəyə Quran oxumağı öyrətdi. Bundan da əsası odur ki, düz 30 tələbəni şəxsən özü hafiz olaraq yetişdirmişdir. Həmçinin qırxa qədər tələbəni də qismən dinləyərək başqa müəllimlərə həvalə etmişdir. Bəlkə də ən əsası, Quranı bir həyat tərzi olaraq yaşamağı təlqin etdi və şəxsən yaşadı.

Süleyman xoca Azərbaycanda ikən evlənmiş, ilk övladı Mahmud Sami burada, qızı Mələk isə Adanya yerləşməmişdən əvvəl Sakaryada dünyaya gəlmişdir. Şəkidən sonra xidmətinə İsmayıllıda davam etmiş, Türkiyəyə qayıtdıqdan sonra isə iki ilə yaxın Düzcədə pansion müdiri işləmişdir. Daha sonra Diyanət İşləri Başqanlığında imam olaraq çalışmışdır.

Azərbaycanda 10 il birlikdə işlədiyimiz Süleyman qardaşımız həddən artıq nizam-intizamı və çalışqanlığıyla hər kəsin sevgisini qazanmışdı. İşinə möhkəm bağlanaraq onu başa çatdırana qədər əlindən gələni edərdi.

Birlikdə işlədiyi Şəki Quran Kursununun müdiri Abdurrahman Nuriyev onun haqqında “Süleyman müəllim yetişdirdiyi hafizlərin təlim və təcviddə güclü olmaları ilə yanaşı hifzləri də çox qüvvətlidir. Xaricə hafizlik yarışmalarına göndərdiyimiz tələbələrin əksəriyyəti onun tələbələridir” deyir.

Təqdirəlayiq bir çox gözəl əməli vardı. Onda önə çıxan iki xüsusiyyət vardı: təvazökarlıq və gördüyü xeyir işləri gizləməsi. Bu hala iştirak etdiyimiz cənazəsində bir daha şahid olduq.

Adana Mərkəz Camesində cənazə vəsiləsiylə tanış olduğumuz Seyhan Müftisi Xəlil Uzun bəyə Azərbaycandakı xidmətlərindən və yetişdirdiyi hafizlərdən bəhs etdiyimiz zaman heyrət içində camaata belə xitab etmişdi:

“Onun təvazö əhli olduğunu bilirdik. Yaşadığı blokda təvazökarlıqla, şəxsən öz əlləriylə çay vermədiyi heç kim yoxdur. Amma bu qədər də olduğunu bilmirdik. Onlarla hafiz yetişdirəsən, amma bu haqda heç kimə bir kəlmə də deməyəsənOnun Qurana bu qədər xidmət etdiyini indi öyrəndim. Onun Quranla yoldaş olduğuna mən şahidəm, ey camaat! Nə vaxt görsəm, mütləq qarşısında Quran, dodaqlarının tərpəndiyinin şahidi olmuşam.”

Əməlinə nə isə qarışdırmamaq niyyəti ilə görməməzlikdən gələrdi. O, böyük övliyaların etdiyi kimi, mənlik və lovğalıq hissinin baş qaldırmasından qorxduğu üçün etdiyi xeyir işləri unutmaq yolunu seçirdi.

Onun bu əxlaqını hazıra İsmayıllıdakı Niyal Kursunun müdiri olan Ramiz Məmmədov da bu sözləriylə təsdiq edir: “Süleyman müəllimin etdiyi yaxşılıqlar ümumiyyətlə bilinməzdi. Etdiyi yaxşılıqların bir çoxunu o Türkiyəyə qayıdandan sonra öyrəndik.”

Süleyman xocanın bu həssaslığı da Haqqa ram olmuş, ixlaslı bir möminin qəlbindəki ixlas təcəllisi və əməllərin əcrini insanların iltifatlarıyla zədələməmək üçün ömür boyu riayət etdiyi bir həssaslıq idi.

Onun vəfat xəbəri bütün Adana məscidlərinin minarələrindən müəzzinlərin verdikləri sala ilə ətrafa yayıldı. Cümə günü olduğu üçün vaiz yoldaşları da kürsülərdən onun üçün dua etmişdilər. Minlərlə insanın iştirakıyla qılınan cənazə namazının ardınca Kabasakal qəbiristanlığına keçdikdə  bizi orada gözləyən bir izdiham vardı. Məscid imamları və müəzzinləri oraya toplaçmışdılar. Adananın bütün İmam və müəzzinləri cümə vəzifələrini ifa etdikləri üçün cənazə namazında iştirak edə bilməmişdilər. Hamısının gözlərindən Mərkəz Camesindəki mərasimə qatıla bilməməyin hüznü oxunurdu. Orada ikinci bir cənazə namazı qılınması və bu savabdan məhrum qalmamaq üçün israr etdilər. Müfti də icazə verərək; “o buna layiqdir” deyərək, yuxarıda zikr etdiyimiz çıxışı etdi. Ardından ikinci dəfə cənazə namazı qıldıq. Qibtə olunacaq bir məqam idi…

Dəfn mərasimi əsnasında yanındakı qəbrin qarşısında bunları düşündüm.

…Sənə çox xeyirli bir qonşu gəldi. Axşamlar qonşunun həyatda ikən, yatsı namazlarından sonra oxuduğu Mülk surəsi hörmətinə bir aydınlıq olacaq. Ümid edirəm ki, sənə də faydası toxunar.”

Ayaqlarıyla getdiyi xəstəxanadan tabutla yola salınan Süleyman xocaya Mövladan rəhmət, ailəsinə, yaxınlarına sevənlərinə səbri-cəmil diləyirik. Süleyman Işık və atası Əli xocanın ruhu üçün bir Fatihə üç İxlas...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz