MƏSNƏVİDƏN

MƏSNƏVİDƏN

Həqiqi məhəbbət

Bir-birindən küsən iki dostdan biri aradan uzun zaman keçəndən sonra digərinin qapısını döyür. İçəridəki:

- Kimdir? -deyə səslənər. Qapının ardından səs gəlir:

- Mənəm!

- Burada ikimizə birlikdə yer yoxdur.

Aradan uzun bir zaman keçir... Yeni bir ümidlə sevdiyi dostunun qapısını bir də döyməyə başlayır. Yenə içəridən:

- Kimdir? –deyı soruşulur.  

- Sənsən, -deyir bu səfər. Və qapı sonuna qədər açılır.

Hz. Mövlana da:

“Birinin ürəyində taxt qurmaq, sevgisini qazanmaq istəyirsinizsə, elə sevməlisiniz ki, mənliyinizi bir kənara qoyub sanki o olmalısınız” deyir. Məhz budur həqiqi məhəbbət.

 

Öyüd

 

Bir gün Əmir Süleyman Pərvanə, Mövlanadan özünə öyüd verməsi üçün xahiş etdi. Mövlana bir az düşündükdən sonra:

- Əmir Pərvanə, Quranı əzbərlədiyini eşitmişəm, doğrudurmu? -dedi.

Pərvanə:

- Bəli.

- Şeyx Sadrəddindən hədis elmi oxuduğunu da eşitdim.

- Bəli doğrudur.

Bunun üzərinə Mövlana belə buyurdu:

- Madam ki, Allahın və onun Peyğəmbərinin sözlərini oxuyursan... O sözlərdən öyüd ala bilmirsənsə, heç bir ayə və hədisin əmrinə uymursansa, mənim nəsihətimi necə dinləyər və ona uyarsan.

Əmir Pərvanə bu sözləri eşidib ağlayaraq çölə çıxdı.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz