HƏYAT DƏFTƏRİNDƏN

HƏYAT DƏFTƏRİNDƏN

GECƏ VƏ GÜNDÜZ

Müdrik bir ustad tələbələriylə birlikdə səyahət edərkən bir yerdə qonaqlamışdılar. Günəş örtüyünə bürünüb çəkilərkən öz yerini yavaş-yavaş axşama verincə gecənin qaranlığını hikmət nuruyla aydınlatmaq istəyən alim tələbələriylə söhbətə başladı. Söhbət əsnasında belə bir sual verdi:

“Gecə ilə gündüzü bir-birindən necə ayırd edərsiniz? Tam olaraq nə zaman qaranlıq başlayar, nə zaman hava açılar?”

Tələbələrdən biri ədəblə izin alaraq: “Uzaqdakı sürüyə baxaram. Qoyunu keçidən ayıra bilmirəmsə deməli axşam olub.”

Başqa bir tələbə də söz alaraq “Ustadım, əncir ağacını zeytun ağacından ayırdığım zaman anlayaram ki, səhərdir.”

Müdrik alim bir xeyli susdu. Tələbələr maraqla: “Siz necə düşünürsünüz, əziz müəllim?” –deyə soruşdular.

Müdrik adam sözlərə yeni mənalar yükləyərək olduqca ibrətamiz bu cavabı verdi:

“Yolda gedərkən qarşıma bir qadın çıxdıqda gözəlmi, çirkinmi, qara, yoxsa ağ deyə ayırmadan ona “bacım” deyə bildiyim zaman və yenə qarşıma çıxan hər kişini zəngin-yoxsul kateqoriyasına ayırmadan, millətinə, irqinə əhəmiyyət vermədən onu “qardaşım” saya bildiyim zaman anlayaram ki, səhər açılmış, aydınlıq başlamışdır.”

 

GÜNAHIN SİRAYƏTİ

Xorasanda namuslu, iffətli və təmiz bir ailə yaşayırdı. Evin kişisi zərgərlik, xanımı da ev işləri ilə məşğul imiş.

Bir gün qadın süd satarkən süd almaq üçün həmişəki kimi qapının arasından qabı uzatdı. Amma südçü həmişəki kimi hərəkət etməyərək, qadının qab uzadan əlindən şəhvətlə tutdu.

İffətli qadın özündən çıxaraq qabı südsatanın üzünə çırpdı, qapını bağlayaraq evə qapandı. Axşam əri evə gələnə qədər də göz yaşı tökdü. Əri gələndə ona hirslə bunları dedi: “De görüm, bu gün nə etdin ki, mənim başıma bunlar gəldi?” Kişi halını etiraf etmək məcburiyyətində qalaraq:

“Düzdür, xanım! Etiraf edirəm ki,  bu gün indiyə kimi heç etmədiyim bir iş etdim. Bilərzik almaq istəyən bir qadın “Taxa bilmirəm, kömək et” dedikdə bilərziyi qoluna taxarkən bunu sanki çətin bağlanırmış bəhanəsi ilə gecikdirərək etdim ki, əlindən bir az çox tutum. Məhz sənin də başına gələnlərin səbəbi budur.” –dedi.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz