Müdriklərdən öyüdlər

Müdriklərdən öyüdlər

* Ey oğul. Axirətdən qafil olma, bu dünya zənginliyinə  o qədər də sevinmə.

 

* Dünya bəlalarına qarşı səbrli ol, nemətə qovuşduğun zaman Allaha şükür et.

 

* Axmaqlığın üç əlaməti var:

    1) Öz ayıbını görməyib başqalarında səhv axtarmaq.

    2) Könlünə xəsislik toxumu səpdiyi halada başqalarından comərdlik gözləmək.

    3) Xasiyyəti ilə xalqı razı salmadığı üçün Allah dərgahında heç bir dəyər qazanmamaq.

 

*  Dör xüsus bu dörd şeylə tamam olur:

    1) İnsanın elmi ağlıyla kamilləşir.

    2) Niyyət, davranış və əməllə gözəlləşir.

    3) Din pisliklərdən uzaq olmaqla tam olur.

    4) Nemət də şükür ilə artır.

 

*  Dörd ünsür dörd xüsusu meydana gətirər.

    1) Dilənçilik edən xor görülər.

    2) Onu-bunu kiçik görən tək qalar.

    3) Bir işin sonunu düşünməyən nəticədə peşmanlıq çəkər.

    4) İşində ehtiyatlı davranmayanın da könlünə ağırlıqlar çökər

 

* İdarəçi ilə qarşı-qarşıya gələn işini başdan zay etmiş olur.

 

* İşi könlünün istəyinə uyğun olanın ömrünə bərəkət gələr.

 

* Düşməndən qorxma. Allahdan qorx ki, Allah səni hər şeydən qorusun.

 

* Allah qorxusu çəkənlərin əməl dəftəri təmiz olmasa belə qorxma və Onun rəhmətindən ümidini kəsmə.

 

* AlLaha təvəkkülü olmayanın vay halına.

 

* Qəlbində Allah sevgisi olmayanın əməllərindən əldə etdiyi qazancı küləkdən başqa bir şey deyil.

 

* Halını iki kəsdən gizləmə: Kamil həkimdən və həqiqi dostdan.

 

* Bir dəyərsizi vəzifədə görsən də diləyini ona bildirmə.

 

* Ey oğul! Əsla xəsisin yeməyini yemə, həyatda onların süfrəsinə lap az otur.  Xəsisin çörəyi zəhmət və məşəqqətlə doludur, comərdin çörəyi isə nur və işıq kimidir.

 

* Allah yolunda nə verdinsə öz malın odur. Geri qalan ancaq canının bəlasıdır.

 

* Dünya fanı bir ev kimidir, igidsənsə ondan uzaq ol.

 

* Daima əlaçıq ol. Çünki comərd cəhənnəmlik olmaz.

 

*  Zəkat və sədəqəsini verməyən varlıdan da ömür boyu uzaq ol.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz