Sükutla Danişmaq
“Dilin sümüyü yoxdur” deyirlər. Bu, danışan insanın danışarkən diqqətli olmasının zərurətini ifadə edir əslində. “İnsanın başına nə gəlsə, dilindən gələr” ifadəsi də bu düşüncəni dəstəkləyir.
İnsan danışan və düşündüyünü ifadə etməsiylə digər varlıqlardan fərqlənən bir varlıqdır. Əməllərimizdən hesaba çəkiləcəyimiz kimi danışdıqlarımızdan da hesaba çəkiləcəyik. Юmrümüzü hansı qayə uьrunda sərf etdiyimiz, nəfəsimizi harada tükətdiyimiz haqda hesaba çəkiləcəyik.
Danışmaqla sükut arasında qurulmalı olan bir müvazinət var. Hansı nюqtəyə qədər danışmalıyıq və hansı nюqtədən sonra sükut etməliyik? Nəyi, necə və nə şəkildə danışmalı olduьumuz da işin başqa tərəfidir. Dilimizi qorumalı olduьumuzu “Onlar gərəksiz sюzlərdən uzaqdırlar” (əl-Muminun, 3) ilahi kəlamından alırıq. Necə gəldi danışmaq və ya danışarkən nə deyəcəyini düşünməmək müsəlmana yaraşmaz. Faydası olmayan hər şeydən üz çevirmək müsəlmanın sahib olduьu xüsuslardandır.
Sükut çox vaxt sahibini pis vəziyyətdən qurtarar. Və ya dilin bəlasından əmin edər. Hal əhlinin daima üstündə durduьu “az ye, az danış və az yat” prinsipləri də insanın kamilləşməsi üçün çox mühümdür.
Allahın bizə verdiyi nemətlərin şükrünü əda edərək yediyimiz qidaların bizi ibadətdən soyutmaması və bizi yorьunluьa düçar etməməsi üçün az yemək lazımdır. Müsəlmanın yemək mədəniyyətində partlayana qədər yemək yoxdur. İbadətləri saьlam formada yerinə yetirəcək qədər nemətlərdən istifadə etmək vardır. Çox yeyərək vücudun haqqı verilməz. Əksinə, bədənin haqqını vermək ehtiyac olduьu qədər yeməkdir.
Az yatmaq da ibadət mərkəzli bir həyatın nəticəsində olur. Müsəlmanın az yatması qalan zamanlarda qulluьunu ən gюzəl şəkildə yerinə yetirməsi və юz üzərində haqqı olan ailə fərdlərinə xidmət etməsi üçündür.
Nəhayət az danışmaq isə aьızdan çıxan hər kəlmənin bir gün hesabının veriləcəyi həssaslıьından irəli gəlir. Bюyüklərin ifadəsi ilə desək: müsəlmanın baxışı ibrət, sюzü hikmət, sükutu təfəkkürdür. Mюmin юz həyatını bu üç təməl üstündə qurmalıdır. Sюz sюylənəcəksə mюhtəvası hikmət olmalı və o sюz xitab edilən insanda ilahi duyьular oyatmalıdır. Müsəlmanın danışması mütləq hansısa bir dərdə əlac olmalıdır. Sükutu da əslində bir nitq, bir xatırlatmadır. Təfəkkür Qurani-Kərimin biz mюminlərə ən çox xatırlatdıьı əməllərdən biridir. “Aьıl etməzsinizmi”, “nə üçün düşünmürsünüz”, “düşünən insanlar üçün ibrətlər vardır” ifadələri Quranda tez-tez rastımıza çıxan ilahi bəyanlardır. Dolayısıyla sükutumuza təfəkkürlə məna verməliyik.
Allah dostları da sюzdən çox hala üstünlük vermişlər. Qəlb diliylə danışmaq, daxili nitqi də daima zikrlə həyata keçirmək ən doьru olan yoldur.
“Sюz gümüşdürsə, sükut qızıldır” ifadəsində sükutun qızılla ifadə edilməsi sükutun sюzdən daha qiymətli və insan üçün faydalı olduьu mənasına gəlir. Bu ifadə cahilin sюhbəti qarşısında onun vəziyyətinə düşməmək və onun şərindən əmin olmaq üçün sükutu seçmək kimi də başa düşülə bilər. İmam Şafinin “Mübahisə etdiyim bütün cahillərə uduzdum. Mübahisə etdiyim bütün alimləri isə uddum” ifadəsi də sюhbəti kiminlə, nə юlçüdə edəcəyimizi anlatmaq baxımından çox mühümdür.
Əsas olan danışmaq deyil, sükut ilə təfəkkür halını yaşamaq və sюzə sükut ilə can verməkdir.
ŞƏRHLƏR