Hədis Dilənçisi

Hədis Dilənçisi

Əbu Abdurrahman Bakiy bin Mahləd əl-Əndəlüsi 20 yaşlarında Bagdada gedərək, İmam Əhməd b. Hənbəldən hədis almaq üçün səfərə çıxdı.

Səfərini belə anladır:

“Bagdada yaxınlaşdıqda Əhməd b. Hənbəlin başına gələnləri, ondan dərs almaьın qadaьan oldugunu eşidincə çox kədərləndim. Bir karvansaraya yerləşib Camiul Kəbirə (Məscidə) gəlib elm halqalarına qatılmaq və dərs dinləmək istədim. Yüksək bir elm məclisinə gəldim. Orada bir şəxs ravilərin zəifliyindən və ya siqa (mötəbər) olmasından bəhs edirdi. Yanımdakılardan birinə bu kimdir? -dedim. Bu Yəhya b. Maindir dedi. İlk fürsətdə ona yaxınlaşdım və:

- Ya Əba Zəkəriyyə, Allah sənə rəhmət etsin, mən vətəndən uzaq bir qəribəm. Sual soruşmaq istəyirəm. Məni də nəzərə al!

- Soruş dedi.

Qarşıma çıxan əsas hədisçilər haqda soruşdum. Bəzilərini cərh, bəzilərini  də tədil etdi. Məclisin  sonunda Hişam b. Ammarı soruşdum. Çünki ondan çox hədis almışdım. Dedi ki:

- Əbul-Vəlid Hişam b. Ammar: Namaz əhli, şamlı, siqa, hətta siqadan da üstün bir adamdır.

Məclisdəkilər səbirsizləndilər:

- Yetər, Allah sənə rəhmət etsin. İmkan ver, bir az da başqaları sual versin.

Dərhal ayaqüstü dedim ki:

- Bir nəfər də soruşacaьam: Əhməd b. Hənbəl?

Yəhya b. Main təəccüblə baxdı və dedi ki:

- Bizim kimik ki, Əhməd b. Hənbəl haqqında danışaq? O, müsəlmanların imamı, xeyirlisi və fəzilətlisidir.

Sonra oradan çıxdım. Əhməd b. Hənbəlin evini soruşdum və ora yollandım. Qapını açdı və nabələd halda baxdı. Dedim ki:

- Mən qərib bir adamam. Mən hədis tələbəsiyəm. Səyahətimin yeganə səbəbi səni gəlmək ziyarətdir. Dedi ki:

- Həyətə gir, kimsə görməsin. Hardansan?

- Uzaq qərbdən.

- Afrikadan?

- Ondan da uzaq: Əndəlüs.

- Həqiqətən vətənin çox uzaqdır. Mənim üçün sənin kimi birinə yardımçı olmaqdan daha sevimli bir şey yoxdur. Vallah bu aralarda bir bəla ilə imtahan olunuram. Hər halda eşitmisən.

- Bəli dedim. Sənin ölkənə yaxınlaşarkən xəbər mənə yolda çatdı. Əgər mənə icazə versən hər gün sənə dilənçi qiyafəti ilə gələrəm. Qapında dilənərəm. Sən bura gələrsən. Gündə bir hədis də rəvayət etsən kifayətdir.

- Olar dedi. Yalnız bir şərtlə: Halqalarda, hədisçilərin yanında görünməyəcəksən.

- Baş üstə! dedim.

Artıq hər gün dilənçi qiyafətində gəlib “Bir sədəqə! Allah sizə rəhmət etsin.” –deyirdim. Çölə çıxıb qapını baьlayır, mənə 2-3, və ya daha çox hədis rəvayət edirdi. Bu yolla ondan 300-ə qədər hədis öyrəndim. Bu hal ona təzyiq göstərən xəlifə ölənə qədər davam etdi. Onun yerinə gələn isə saleh biri idi. Əhməd b. Hənbəlin imamlıьı elan olundu. İnsanlar uzaq yerlərdən yanına gəlirdilər. Halqasına geləndə mənə yer açar və özünə yaxın oturdardı. Oradakı hədisçilərə belə deyərdi: "Elm tələbəsi" ünvanı buna yaraşır.

 

 

HİKMƏTLƏR və HAZIRCAVABLAR

 

ELMİN YAŞI YOXDUR!

Hikmət əhli bir nəfər elmi sevən, amma yaşı böyük olduьu üçün utanan yaşlı bir adama belə nəsihət etdi:
    - Ey yaşlı adam! Ömrünün sonunda ömrünün əvvəlindən daha fəzilətli bir adam olmaqdanmı utanırsan? Üstəlik “elm tələbəsi olaraq ölmək, cahil olaraq yaşamaqdan xeyirlidir.”
   

İşsiz adam qorxuludur

Bir nəfər Səlcuq hökmdarı Alparslana vəziri Nizamül-Mülkün xalqı soyub-taladıьı, xalqa zülm etdiyi barədə anonim bir məktub yazıb səccadəsinin üstünə qoyur.Alparslan bu məktubu oxuyandan sonra vəziri yanına çaьırıb belə deyir:

“Bu kaьıza bax. Əgər burada yazılanlar doьrudursa, bu işləri tərk et. Yox, əgər iftiradırsa, bunu yazan adamı cəzalandırma. Bunu yazan adama bir iş tap məşьul olsun. Onun-bunun əleyhinə danışmaьa vaxt tapmasın. İşsiz adam təhlükəlidir.”

 

                                                          Qabiliyyətlər fərqli


Sədi Şirazinin 2 tələbəsindən biri imtahandan çox əla qiymət alarkən, ikincisi çox zəif qiymət alır. Zəif tələbənin atası Sədi Şiraziyə:

- Niyə ikisinə də eyni şeyi öyrətmədiniz? Mənim oьluma az öyrətdiniz?

Sədi Şirazi bu haqsız şikayətə belə cavab verdi:

- Biz ayırım etmədik. “Təlim eyni, amma qabiliyyətlər çox fərqli!..

 

Falçı qeybi bilirmi?

 

Kürsüdə vəz edən alimə camaatdan bir nəfər:

- Ey alim! Deyirlər yeni bir falçı çıxıb hər şeyi bilir. Hətta gələcəkdə başa gələcək hadisələri də bilir.

Alim adamdan:

- O falçı yanına gedənlərdən pul alırmı? -deyə soruşdu. Adam:

- Bəli, -cavabı verdi. Həm də böyük məbləь istəyir.

Alim bu işin sonunu gözləyən camaata təskin edici sözünü belə bildirir.

- O falçıya inanmayın. O, yalançıdır. Əgər qeybi bilsəydi, yerdən xəzinə çıxarar, insanlardan dilənməzdi.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz