Asklepiousun Xoruzu...

Asklepiousun Xoruzu...

Əmin insan olmaq başqalarının sənə hər şeylərini etibar edə biləcəyi şəxs olmaqdır.  Sözün əsl mənasında isə insanın sahib olduğu mövqe, imkan və şəraitə görə məsuliyyət duymasıdır.

 Bəlkə buna görədir ki, Uca Allah insana bəxş etdiyi o dəyərli şeyə (kimisinə görə Quran, kimisinə görə aıl, kimisinə görə bilgi, kimisinə görə iradə (hamısını eyni nəticəyə dəlalət etmirmi!?) “əmanət” adını verir!

        Əmanət öhdənə götürdüyün vəzifədir, yerinə yetirməkdə cavabdeh olduğun işdir. Əmanət başqasının qorumaq üчün verdiyi hər hansı bir əşyadır. Yaxud başqasına verilməməsi məqsədilə qoyduğu şeydir, sözdür, fikirdir və ya sirdir. Nə olur-olsun, əmanətdir.

       Müqəddəs Quran buyurur:

       “Allah sizə əmanətləri öz sahiblərinə qaytarmaınızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyinizi əmr edir. Həqiqətən, Allahın bununla sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir!” (ən-Nisa, 58)

       Əmanət sahibi olmaq, yəni güvənilən və mötəbər olmaq ictimai həyatın ən zəruri amillərindən biridir. Əmanət duyğusunun yox olması ictimai tənəzzülün xəbərчisidir. Hər şeydən əvvəl peyğəmbərlərin ən bariz xüsusiyyəti əmanətdir. Hətta Hz. Məhəmmədin (s.ə.s) peyğəmbərlik vəsfinə bürünmədən əvvəlki ilk əlaməti “Məhəmməd əl-əmin” olmasıdır.

       Ancaq əmanət duyğusunu sadəcə peyğəmbərlərə xas görmək kifayət etməz. Hz. Peyğəmbər əl-Əminin “münafiq(liy)in əlaməti üчdür: əmanətə xəyanət etmək….” sözü əmanətə ən layıq olanın möminlər olduğunu xatırladır şübhəsiz. Hz. Peyğəmbərə inanmayan yəhudilər belə öz əşyalarını ona əmanət etmədilərmi? Yaxud əmanətini yerinə yetirən kafirlər belə Quranın dili ilə Allahın nadir olan tərifinə layiq olmadılarmı? “(Kitab əhlindən elə kəslər vardır ki, əgər onlara bir dinar (чoxlu) əmanət verərsənsə, onu tamamilə sənə qaytararlar;  elələri də vardır ki, onlara təkcə bir dinar qızıl əmanət versən, başlarının üzərində möhkəm durub tələb etmədikcə sənə qaytarmazlar. Bunun səbəbi budur ki, onlar: “Ümmilərə görə (kitab əhli olmayan cahil ərəblərin mallarını mənimsəməyə görə) bizə irad tutulmayacaq”, - deyər və bilə-bilə Allaha qarşı yalan söyləyərlər. Xeyr (elə deyildir). Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən чəkinsə (əmanətə xəyanət etməsə), şübhəsiz ki, Allah (belə) müttəqiləri sevər”  (Ali İmran, 3/75-76)

       Bu iki hadisə arasındakı qəribə bənzərlik əmanətin sadəcə dini, örfi, məhəlli əxlaqi yox, qlobal bir əxlaqi davranış olduğunu göstərir. Tarixə nəzər salaq.

       Dünyamızın yazılı tarixini qədim yunanlara qədər izləyə bilirik. Ancaq həmən tarixin yazısı olmadan tarix olanları da mövcuddur – Sokrat. Həyatı boyu bir sətir belə yazı yazmamışdır. Ancaq dünyanın harasında olursa-olsun, az-чox fəlsəfə kitabı vərəqləmiş birisindən “həqiqi filosof kimdir?” deyə soruşsanız tərəddüdsüz “Sokrat” deyər hər halda. Sokratı yalnız “bilgi sevənlər” tanımır. Bəzən “bilgi sevməyənlər” belə Sokratın məşhur sözünü özlərinə istinadgah seчirlər. Məsələn, belə deyirlər: “Sokrat deyir ki, oxudum, oxudum, oxudum və ən axırda bircə onu bildim ki, mən heч nə bilmirəm”. Tənbəllərin sıındıı “limandır” bu düşüncə tərzi.  (halbuki Sokratın demək istədiyi “mən nəyi bildiyimi və nəyi bilmədiyimi də bilirəm” –dir).

     Ancaq Sokratı bu qədər məşhur edən şey nə onun özünü bilgili zənn edənlərə yönəltdiyi uşaqvari bezdirici sualları, nə iчindən ona tanrının чox deyil bir olduğunu pıчıldayan o “səs” (Daimon), nə də   bir  mütəfəkkirin “bütün qərb fəlsəfəsi ondan alınmış bir sitatdır” dediyi, tələbəsi Əflatun olmuşdur. Sokratı məşhurlaşdıran və qalıcı qılan şey edam kürsüsündə zəhəri qaşıqlayarkən tövsiyə etdiyi “Asklepiousun xoruzu”dur.

    Sokratı öldürmək üчün toplanmış heyətin sədri Sokratın yaxın dostu olan Kritondu. Məhkəmənin qaydalarına uyğun olaraq  Sokrata zəhəri yedikdən sonra ölümün necə gələcəyini başa salır: “Чox чətin deyil, dostum. Yedikdən sonra bir az hərəkət elə. Sonra ayaqlarında bir aırlıq hiss edəcəksən. Aırlıq hiss edəndə uzanarsan. Beləliklə zəhər tədricən bütün bədəninə təsirini göstərəcək və öləcəksən.”

Soyuqqanlılıqla bunu dinləyən Sokratın arvadından fəryad qopur. Onu son dəfə vidalaşmaq üчün Sokratın yanına gətirirlər:

- Niyə ağlayırsan?

- Bilirəm ki, səni nahaq yerə öldürürlər, Sokrat!

- Sən nə deyirsən!? Haqlı yerə öldürülsəydim dahamı yaxşı olardı!

Sokrat zəhəri son damlasına qədər iчir, bir az yeriyir və uzanır. Ondan son sözünü söyləməsini istəyirlər. Üzünü Kritona tərəf чevirir və:

- Asklepiousa bir xoruz boyun olmuşdum, onu kəsərsən! Unutma ha!

- Unutmaram, bəs başqa sözün yoxdurmu?

Cavab gəlmir və Sokrat ölür.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz